Mənfi 3/4 çıx 7/6 çıx 3/6.
Bunu həll etməyin bir neçə
üsulu var.
Burada bir məqam diqqət çəkir.
İki kəsrin məxrəcində 6 yazılıb.
Bu haqda bir qədər düşünək.
Mənfi 7/6 çıx 3/6.
Mənfi 7/6 çıx 3/6
mənfi 7 çıx 3 böl 6-ya
bərabərdir.
Qarşıdakı mənfi 3/4 kəsrini də
buraya əlavə
etməliyik.
Bu iki həddin cəmini tapaq.
Mənfi 7 çıx 3 = mənfi 10.
Mənfi 10 böl 6.
Buna mənfi 3/4 əlavə etməliyik.
Ortaq məxrəc tapmağa çalışaq.
Onları eyni ölçüdə yazaq.
Bu iki kəsrin ortaq məxrəcini tapaq.
4 və 6-nın ən kiçik bölünəni neçədir?
12.
4-ün vuruqlarına nəzər salaq.
Bu iki ədədi sadə vuruqlara
ayıraq.
Bu iki ədədin ən kiçik
ortaq bölünəni neçədir?
Burada 2 ədəd 2 var.
Burada 2 və 3 var.
2 ədəd 2 və 3, yəni 4 vur 3 = 12.
Bu kəsrləri məxrəci 12 olan
kəsrlər kimi yazaq.
Məxrəcdə 4-dən 12 almaq üçün
məxrəci 3-ə vururuq.
Surəti də 3-ə vurmalıyıq.
Mənfi 3 vur 3
mənfi 9-a bərabərdir.
Məxrəcdə 6-dan 12-ə getmək üçün
2-yə vurmalıyıq.
Kəsrin qiymətini dəyişməmək üçün
surəti də 2-yə vurmalıyıq.
Mənfi 20 alınır.
Toplayaq.
Ortaq məxrəc 12-dir.
Mənfi 9 üstəgəl mənfi 20 alınır.
Bunu çıx 20 böl
12 kimi yaza bilərik.
Mənfi 29 böl 12.
29 sadə ədəddir.
29 və 12-nin 1-dən başqa ortaq vuruğu yoxdur.
İfadəni sadələşdirdik.