Gen ekspressiyasının tənzimlənməsi transkripsiyanın başlanğıcından zülalın transkripsiyadan sonrakı modifikasiyası arasındakı müddətin hər anında və prosesin hər anında dəyişdirilə bilər. Hüceyrənin çox yönlü olmasına və adaptasiya bacariğına sahib olmasına kömək edən bu fərqli mərhələləri tənzimləyə bilmək qabiliyyətidir, buna görə hüceyrə enerjisini yalnız ehtiyac olduğu zaman uyğun zülalları ekspressiya etmək üçün istifadə edir. Və ya hüceyrəni mümkün qədər az enerji sərf etmək istəyən tənbəl bir insan olaraq da düşünə bilərsiniz. Beləliklə, genin ekspressiyasının başlanğıcından başlayaraq, DNT və xromatin tənzimlənməsi ilə əlaqədar gen tənzimləməsindən danışaq. Gəlin DNT-nin quruluşundan danışaq. DNT xromosomların içinə xtomatid şəklində paketlənir, Xromatin DNT, histon zülallar və histon histon olmayan zülallardan təşkil olunub. Xromatində nukleosom adlanan təkrarlanan vahidlər var, bu ikiqat zəncirin 146 əsas cütündən təşkil olunub, 8 histondan ibarət özəyin ətrafına sarılır. Səkkiz səkkiz histon quruluşunda bilməli olduğunuz dörd müxtəlif histon növü var. Onlar H2A, H2B, H3 və H4 adlandırılır, bu, sadəcə onlara verilmiş nomenklaturadır. İndi, asetilləşmə bu histon zülallarının amin terminalında histon asetiltransferaza adlandırılan enzim vasitəsilə baş verir, bu enzimi HAT olaraq qısaldacam. Bu geri dönəbilən modifikasiyadır, histonların asetilləşməsi başqa bir enzim tərəfindən tənzimlənir, bu enzim asetil qruplarını kənarlaşdırır və histon deasetilaza və ya HDAC adlandırılır. Histonların asetilləşməsi xromatin strukturundakı qıvrımların açılmasına səbəb olur və bu transkripsiya mexanizmlərinin genin ekspressiyası üçün xromatinə girişini təmin edir. Bunun əks tərəfində isə histon deasetilləşməsi xromatinin sıx və ya qapalı bir quruluşa sahib olmasını təmin edir və bu, daha genlərin az transkripsiyası deməkdir. Gen ekspressiyasını tənzimləyən bu modifikasilalar irsi olduqda, onlara epigenetik tənzimləmə deyilir. Gen ekspressiyası və DNT-yə gəldikdə, siz təməl olaraq DNT-ni iki kateqoriyaya ayıra bilərsiniz, sıx yığılmış və traskripsiya cəhətdən qeyri-aktiv olan DNT heteroxromatin və daha az sıx olan, transkripsiya cəhətdən aktiv DNT isə euxromatin adlandırılır. Mən heteroxromatini sıx bir şəkildə yığılmış və qış yuxusuna hazır heyvan kimi düşünməyi sevirəm, heteroxromatin və heyvan ikisi də H ilə başlayır, qış üçün mağaralarına sığınmış bir dəstə ayı kimi, euxromatin isə qollarını açaraq transkripsiya mexanizmini transkripsiya olunmaq üçün gözləyirlər. Histon deasetilləşməsini DNT tənzimlənmə mexanizminin başqa növü olan DNT metilləşməsi ilə birləşdirildiyini tez-tez görürsünüz Bu, genin susdurulması adlanan bir prosesdə baş verir. Bu genlərin transkripsiyasının qarşısını almağın daimi yoludur. DNT-nin metilləşməsində DNT-nin sitozin nukleotidlərinə metil transferaza adlandırılan enzim tərəfindən üç hidrogenli karbon olan bir metil qrupu əlavə edilir. Və bu tipik olaraq CpG adacıqları adlandırılan sitozinlə zəngin ardıcıllıqlarda baş verir. p hərfi sitozin və quaninin birləşdiyini göstərir. DNT metilləşməsi genin ekspressiyasını davamlı şəkildə dəyişdirir və bu, hüceyrələrin bölünüb, embrional kök hüceyrələrindən spesifik toxumalara differensasiya etdikdə meydana gəlir. Və bu normal inkişaf üçün zəruridir və genomik imprinting və x-xromosom inaktivasiyası ilə əlaqəlidir