Gen ekspressiyasının tənzimlənməsi transkripsiyanın başlanğıcından zülalın transkripsiyadan sonrakı modifikasiyası arasındakı müddətin hər anında və prosesin hər anında dəyişdirilə bilər. Hüceyrənin çox yönlü olmasına və adaptasiya bacariğına sahib olmasına kömək edən bu fərqli mərhələləri tənzimləyə bilmək qabiliyyətidir, buna görə hüceyrə enerjisini yalnız ehtiyac olduğu zaman uyğun zülalları ekspressiya etmək üçün istifadə edir. Və ya hüceyrəni mümkün qədər az enerji sərf etmək istəyən tənbəl bir insan olaraq da düşünə bilərsiniz. Beləliklə, genin ekspressiyasının başlanğıcından başlayaraq, DNT və xromatin tənzimlənməsi ilə əlaqədar gen tənzimləməsindən danışaq. Gəlin DNT-nin quruluşundan danışaq.