1980-ci illərdə kommunist Şərqi Almaniyasında yazı makinanız varsa, onu qeydiyyatdan keçirtməli idiniz. Makinada yazılmış bir mətnin nümunəsi qeydiyyatdan keçməli idi. Bununla hökumət bütün yazıların qaynağını bilirdi. Səhv bir düşüncə ehtiva edən bir kağız tapdıqlarında, bu düşüncənin yazarını tapa bilirdilər. Və bizlər Qərbdə belə bir halı qeyri-mümkün, ifadə azadlığına böyük bir zərbə olaraq hesab edirdik. Buna öz ölkələrimizdə heç vaxt icazə verməzdik. Amma bu gün 2011-ci ildə, hər hansı məşhur bir markanın lazer çap cihazını(printer) alıb nəyisə çap etsəniz, hər bir səhifədə yalnız sizin printerinizə məxsus olan və printeri başqalarından fərqləndirəcək müəyyən sırayla düzülmüş solğun sarı nöqtələr avtomatik olaraq çap olunacaq. Bu bugünümüzün reallığıdır. Heç kəs də buna məhəl qoymur. Bu hökumətimizin texnologiyadan bizə- öz vətəndaşlarına qarşı istifadə etdiyinin bir nümunəsidir. Bu problem üç əsas onlayn problemlərdən birincisidir. Onlayn problemlərə nəzər saldıqda isə müəyyən qrupların başçılıq etdiyi onlayn hücumları görürük. Bu hücumçular 3 əsas qrupa bölünürlər. Birinci, onlayn cinayətkarlardır. Bu şəkildəki, Ukraynanın Kiyev şəhərindən olan Dmitri Qolubov kimi. Və onlayn cinayətkarları cinayətə itələyən səbəbləri anlamaq çox da çətin deyil. Bu adamlar pul qazanır. Çox çox, həddən artıq çox pul qazanmaq üçün onlayn hücumlar edirlər. Əslində onlayn hücumlarıyla milyoner, multimilyoner olan insanları görmüşük. Bu Estoniyanın Tartu şəhərindən Vladimir Tsastsidir. Bu Alfred Gonzalezdir. Bu isə Stephen Watt. Bu Bjorn Sundin. Bu Matthew Anderson və Tariq Al-Daourdir.. Siyahını uzatmaq da olar. Bu adamlar sərvətlərini onlayn qazanırlar, amma bunu qeyri-qanuni yollarla edirlər, biz onlayn əməliyyat edərkən bank hesaplarımızdan pul oğurlamaq üçün bankçılıq virusu kimi şeylər istifadə edirlər, ya da biz viruslu bir kompüterdən onlayn alış-veriş edərkən düymə oxuyucu proqramlarla kredit kartı məlumatlarımızı toplayırlar. iki ay əvvəl ABŞ gizli xidmət orqanı bu rəsmdəki Sam Jain adlı şəxsin İsveçrə bankındakı hesabını dondurdu. Dondurularkən hesabda 14,9 milyon ABŞ dolları var idi. Sam Jeinin harada olduğunu isə heç kəs bilmir. Məncə bu gün, onlayn məkanda cinayət qurbanı olmaq ehtimalımız həqiqi dünyadan daha böyükdür. Və açıqca görünür ki, vəziyyət getdikcə daha da pisləşir. Gələcəkdə, cinayətlərin böyük qismi onlayn baş verəcək. Onlayn hücumlar edən ikinci böyük qrupu bu işə cəlb edən səbəb pul deyil. Onları bu işi görməyə sövq edən səbəblər etiraz, fikir azadlığı, gülüş ola bilər. Anonymous kimi qruplar son bir il ərzində böyüyüb və onlayn hücumlarda əsas yer tutmağa başlayıb. Üç əsas hücumçulardan ikisini saydım: bunlar pul üçün bu işi edən cinayətkarlar, etiraz üçün edən Anonymous kimi xaker qruplardır. Üçüncü əsas qüvvə isə, dövlət və hökumətlərdir. DigiNotar kimi şirkətlərdə baş verənlərə nəzər salaq. Bu, hökumətlər öz vətəndaşlarına hücum edərkən nə olduğunun bariz nümunəsidir. DigiNotar Hollandiyadakı bir Sertifikat Təşkiltıdır-- daha doğrusu--elə idi. Keçən il payızda onlayn hücuma məruz qaldıqlarından iflas etdilər. Kimsə sistemlərinə girib bütün sistemi çökdürmüşdü. Və keçən həftə bir yığıncaqda Hollandiyalı hökumət nümayəndələrinə bu haqda sual verdim, Dövlət rəsmilərindən birindən DigiNotarın çökdürülməsinin insan ölümünə səbəb olduğuna inanıb inanmadığnı soruşdum. İnandığını dedi. Necə olur ki, belə hücum nəticəsində insanlar ölür? DigiNotar onlayn Sertifikat Təşkilatıdır. Onlayn Sertifikat satırlar. Sertifikalarla nə edirlər? Https-ə əsaslanan veb səhifəniz varsa, və Gmaildə də olduğu kimi SSL şifrələmə servisindən istifadə etmək istəyirsinizsə bu sertifikata ehtiyacınız var. Gmail və ya oxşar xidmətlərdən çoxumuz istifadə edirik, ancaq bu kimi xidmətlər İran kimi totalitar rejimi olan ölkələrdə daha məşhurdur. Bu ölkələrdə müxaliflər Gmail kimi xarici xidmətlərdən daha çox istifadə edirlər, çünki SSL şifrələnməsi kimi ximətlərə qoşulduğundan yerli hökumət emaillərinə nəzarət edə bilmir. Ancaq bu nəzarət, belə xidmətləri təklif edən xarici Sertifikatlaşdırma Şirkətlərinin səhifəsini dağıtmaqla mümkündür. DigiNotar şirkətinin başına gələn də bu idi. Ərəb Baharı və məsələn, Misirdə baş verənlər necə? Misirdə, 2011 Aprelində üsyançılar Misir gizli polisinin mərkəzlərini talan etdilər. Binanı axtararkən bir çox sənəd aşkara çıxardılar. Bu kağızların arasında, "FINFISHER" başlıqlı bir fayl var idi. Və bu faylın içində Almaniya mənşəli bir şirkətin qeydləri var idi. Şirkət Misir hökumətinə vətəndaşlarının ümumilikdə bütün əlaqə vasitələrini nəzarət altında saxlamaq üçün vasitə və proqramlar satırdı. Bu vasitələri Misir hökumətinə 280,000 avroya satmışdılar. Şirkətin mərkəzləri tam burada yerləşir. Qısacası, Qərb hökumətləri totalitar hökumətləri öz vətəndaşlarını nəzarət altında saxlamasını təmin edəcək cihazlarla təmin edir. Amma Qərb hökumətləri bunu öz vətəndaşlarına də edirlər. Məsələn; bir neçə həftə əvvəl Almaniyada Dövlət Virusu adını verdikləri bir virus tapıldı. Bu virus Alman hökuməti tərəfindən öz vətəndaşlarını təhqiq etmək üçü yaradılmışdı. Hansısa cinyətlə günahlandırılırsınızsa hamıya məlumdur ki, telefonunuz dinlənilir. İndi isə bundan da artıqdır. İnternet əlaqənizi təqib edəcəklər. Dövlət Virusunu komputerinizə yoluxdurmaqla, bütün əlaqələrinizə nəzarət edə bilir, onlayn müzakirələrinizə qulaq asa bilir, şifrələrinizi öyrənə bilirlər. Bu kimi məsələlərdən danışarkən çox adam böyük ehtimal ki, belə cavab verir: " Düzdü, yaxşı bir iş deyil, ancaq mən qanuna riayət edən vətəndaşam, mənə çox təsiri olmaz. Mən niyə narahat olum ki? Gizli heç bir şeyim yoxdur axı." Ancaq bu çox yalnış fikirdir. Gizlilik(şəxsilik) şərtdir. Müzakirə mövzusu deyil. Bu təhlükəsizlik və məxfilik arasındakı seçimlə bağlı deyil. Bu azadlıq və nəzarət arasındakı seçimlə bağlıdır. Və 2011-ci ilin bu günündə hökumətimizə inanır və hansısa hüququmuzdan imtina ediriksə bu xeyrimizədir. Ancaq gələcəkdəki, məsələn 50 il sonrakı hökumətimizə də gözü bağlı inana bilərikmi? Və bu kimi məsələ və suallar gələcək 50 ildə bizi narahat edəcək məsələlər olmalıdır.