18-ci əsrdə ingilislər və hindlər arasında əlaqə daha da güclənmişdi, xüsusilə də Ost-Hind şirkəti ilə. Beləcə Qərb məktəblərində sanskrit və vedas dilləri tədris olunurdu. Buna görə də təkcə sanskrit dilinə deyil, həm də digər Qərb dillərinə də, ingilis dili də daxil olmaqla böyük təsir oldu. Bu, 1786-cı ildən ingilis filoloqu tərəfindən gətirilmiş bir sitatdır, bu şəxs xüsusi ilə yazılı dillərin tarixini öyrənmişdir, Villiam Cons. O yazır ki, sanskrit dili nə qədər qədim olsa da, gözəl struktura malikdir. yunandan daha mükəmməl, latından daha əlverişli və ikisindən də zərif bir dildir, hər ikisinə yaxından baxdıqda feil və qrammatika formaları təsadüfi olaraq qurulmamışdı. Gəlin bunun altından xətt çəkək. Beləliklə, o deyir ki, sanskrit, latın və yunan dillərinin çox ortaq xüsusiyyətləri var, bir-biriləri ilə çox əlaqəli və yaxındırlar, buna görə də təsadüfi olaraq yaranmayıb. Belə ki, heç bir filoloq onların ümumi bir mənbədən qaynaqlandığına inanmadan bu dilləri yoxlaya bilməz. Bunun da altından xətt çəkək. Heç bir filoloq onların ümumi bir mənbədən qaynaqlandığına inanmadan bu dillər barəsində bir şey deyə bilməz. O qədər güclü bir arqument olmasa da, belə bir fikir var ki, onlar qot və kelt əsilli dillərdir, müxtəlif mənalı sözlərin eyni kökə mənsub olması da bunu göstərir, qədim fars dili də bunlara aid edilə bilər. Onlar vedası öyrənmək istədikdə sanksritə baxıb bu dillərin əlaqəli olduğunu görmüşlər. İndi müasir filoloqlar buna daha çox inanırlar. Əlaqələrə, qrammatik və söz strukturlarına, lüğətlərə gəldikdə onlar bildirir ki, bu dillərin, sanskrit, latın, alman və kelt dillərinin kökü Proto-Hind-Avropa dilinə gedib çıxır, bu dil isə artıq məhv olub. Lakin biz düşünürük ki, sanskrit dili Proto-Hind-Avropa dilinin ən qədim nümayəndələrindən biridir. Sanskrit dili Hind, Benqal, Pəncab kimi dillərin inkişafında böyük rol oynayıb. Latın dili hal-hazırda işlək dil deyil, ispan, italyan və fransız dillərinin inkişafında rol oynamışdır. Həmçinin ingilis dilinin də, hansı ki, bu dil strukturuna görə alman dilinə aid edilir, lakin latın və fransız dillərinin böyük təsiri olmuşdur, onlar hamısı bir kökdən gəlir. Ümumi bir qənaətə gəlsək ki, niyə filoloqlar buna inanır, ilk dəfə görəndə bunu belə düşünmüşdüm. İndi sizə sanskrit sözləri arasındakı əlaqələri göstərəcəm, hind, benqal və pəncab dilində danışanlarda da sanskrit ilə əlaqəni görmək olar. Maraqlısı isə bu sözlərin latın dili ilə necə əlaqələnməsidir. İran spikerləri bunu asanlıqla anlaya bilər ki, ingilislərin danışdığı dil bu dillə necə əlaqələnir. Burada bəzi ingilis və latın dillərindəki sözlərə bənzəyən sanskrit sözləri var. Çoxu latındır. Bir neçəsini latın dilində vermişəm. Sanskrit və latın dilində bu cür yazılan bu sözün mənası ana deməkdir. Həmçinin biz bilirik ki, bu sözə uyğun gələn digər ifadələr də var ki, latın dilində işlədilir. Ümumi olaraq, bu sözdəki t səsi ingilis dilində a səsinə çevrilir, alman dillərində bunu özünüz də görəcəksiniz. Sanskrit və latın dillərində bu söz ingilis dilində atalıq mənasını verən sözlə əlaqəlidir. Burada da tha (-da) səsi a səsinə çevrilir. Bu halı həmçinin Proto-Hind-Avropa dillərində də görmək mümkündür, xüsusilə sanskrit dili ilə müqayisə etsək, a pa səsi a fa səsinə çevrilir. - - Na sanskrit dilində təxmin etdiyiminiz kimi yox deməkdir. Gau Hind dilində mal-qara deməkdir, ingilis dilində də bu söz oxşardır. - Naama isə ad deməkdir. Latın dilində nomen, dvar sözləri də var. Çox maraqlı mövzudur. Bunlara baxmayana qədər bilmirdim. Anamika sanskrit dilində bilinməyən, gizli mənasını verir. Kaal isə sanskrit dilində vaxtı göstərir, hind və benqal dillərində də bu söz vaxt mənasını verir, sabah, dünən. İngilis dilində təqvim sözü var. Naas sözü isə ingilis dilində burun sözü ilə oxşardır. Məkan sözü də bu iki dildə bir-biri ilə yaxınlıq təşkil edir. Lubh sözü isə sevmək mənasında işlədilir, ingilis dilində də bu söz oxşardır. Bu sadəcə nümunə idi, digərlərinə özünüz də baxa bilərsiniz. İngilis və sanskrit dilləri arasında əlaqəni gördükcə heyrətlənəcəksiniz. İndi isə sizə digər bir nüansı göstərəcəm, bu təkcə dillə əlaqəli deyil, mənəvi olaraq da əlaqəlidir. Bu, səma tanrısının adıdır, vedas dilində bu, tanrı Dyauspithr adlanır. Bəzən bunu Dyaus da adlandırırlar. Səma tanrısının adıdır. Pithr sözü haqda artıq danışmışıq, ata deməkdir. Bu da səmanın atası mənasını verir. Bunu eşidəndə bir qədər təəccüblənə bilərsiniz. Yunanlarda isə Zevs olaraq adlandırılır, mənası da oxşardır. Yazılışı fərqli olsa da, tələffüzdə oxşardırlar. Dyaus, Zevs. Pithr yerinə ata sözü var, səmanın atası mənasını verir, burada qeyd olunub. Bu da digər bir əlaqədir. İlk görəndə bunu düşünməmişdim. Latın dilində Yupiterə baxaq. - - - - Dyauspitr yerinə Yupiter. - Bir-birlərinə çox yaxın sözlərdir, yazılışları isə fərqlidir, tələffüzdə çox yaxın səslənir. Bu da yunan, sanskrit və latın dilləri arasındakı əlaqəni göstərir. Bu, səma tanrısıdır. Bu da Zevsin şəklidir. İnanıram ki, bu onun şəklidir. Maraqlı olan məqam isə odur ki, İnranın atası Dyauspitr olmuşdur. O da tanrıların kralı kimi tanınırdı. Vacib məqamlardan birinə də Hinduizmdə rast gəlmək olar. Vedasda məhz İndra adlanır, bu da vedasda ən çox haqqında danışılan tanrıdır. Bir neçə xüsusiyyət yunan və roma ənənələrindən Zevs ilə əlaqəlidir. İndra səma tanrısıdır, şimşək yaradırdı. Əslində Skandinaviyadan Tor ilə oxşarlığı var. Bu xalq Hind-Avropa xalqıdır. İndra isə öz çəkicini atırdı, düşmənlərini məhv edirdi. Bütün bunlar Tor ilə əlaqəlidir. - Bunları görməzdən əvvəl bu sözləri və fikirləri necə əlaqələndirəcəyimi düşünürdüm. Bütün bunlar bir-biri ilə əlaqəsiz görünən sivilizasiyaların bir ərazidən necə əlaqələndiyini göstərmiş oldu. Müasir filoloqlar və tarixçilər Proto-Hind-Avropa dillərinin Qafqazda da danışıldığını düşünür. Bu söz Qafqaz ərazisində yaşayan əhalinin məskənini adlandırmaq üçün işlədilir, lakin əmin deyilik. Köçüb gəlmiş də ola bilərlər. Şimali Avropaya gəldikdə isə alman qəbilələri haqda danışmaq lazımdır. Kelt qəbilələri Şimal Cənub Mərkəzi Avropa ərazisində yaşayıblar. İtalyan, latın və yunan qəbilələri haqda da danışa bilərsiniz, Hind-Ari tayfaları haqda da danışmaq olar, onlar, Şimali Hindistanda və İranda məskunlaşıblar. Bunlar hamısı əlaqəlidir.