18-ci əsrdə
ingilislər və hindlər arasında
əlaqə daha da güclənmişdi,
xüsusilə də Ost-Hind şirkəti ilə.
Beləcə
Qərb məktəblərində
sanskrit və vedas dilləri tədris olunurdu.
Buna görə də
təkcə sanskrit dilinə deyil,
həm də
digər Qərb dillərinə də,
ingilis dili də daxil olmaqla
böyük təsir oldu.
Bu, 1786-cı ildən ingilis filoloqu tərəfindən
gətirilmiş bir sitatdır,
bu şəxs xüsusi ilə yazılı dillərin tarixini
öyrənmişdir,
Villiam Cons.
O yazır ki,
sanskrit dili nə qədər qədim olsa da,
gözəl struktura malikdir.
yunandan daha mükəmməl,
latından daha əlverişli və
ikisindən də zərif bir dildir,
hər ikisinə yaxından baxdıqda
feil və qrammatika formaları
təsadüfi olaraq
qurulmamışdı.
Gəlin bunun altından
xətt çəkək.
Beləliklə, o deyir ki, sanskrit, latın və
yunan dillərinin çox ortaq xüsusiyyətləri var,
bir-biriləri ilə çox
əlaqəli və yaxındırlar,
buna görə də təsadüfi olaraq yaranmayıb.
Belə ki,
heç bir filoloq onların ümumi bir mənbədən
qaynaqlandığına inanmadan bu dilləri
yoxlaya bilməz.
Bunun da altından xətt çəkək.
Heç bir filoloq onların ümumi bir mənbədən
qaynaqlandığına inanmadan bu dillər
barəsində bir şey deyə bilməz.
O qədər güclü bir arqument olmasa da,
belə bir fikir var ki, onlar qot və kelt əsilli
dillərdir, müxtəlif mənalı sözlərin eyni
kökə mənsub olması da bunu göstərir,
qədim fars dili də
bunlara aid edilə bilər.
Onlar vedası öyrənmək istədikdə
sanksritə baxıb
bu dillərin əlaqəli olduğunu
görmüşlər.
İndi müasir filoloqlar
buna daha çox inanırlar.
Əlaqələrə, qrammatik və
söz strukturlarına, lüğətlərə gəldikdə
onlar bildirir ki,
bu dillərin, sanskrit, latın,
alman və kelt dillərinin
kökü Proto-Hind-Avropa dilinə
gedib çıxır, bu dil isə
artıq məhv olub.
Lakin biz düşünürük ki, sanskrit dili
Proto-Hind-Avropa dilinin ən qədim
nümayəndələrindən biridir.
Sanskrit dili Hind,
Benqal, Pəncab kimi dillərin
inkişafında böyük rol oynayıb.
Latın dili hal-hazırda işlək dil deyil,
ispan, italyan və fransız dillərinin
inkişafında rol oynamışdır.
Həmçinin ingilis dilinin də, hansı ki,
bu dil strukturuna görə alman dilinə aid edilir,
lakin latın və fransız dillərinin böyük təsiri
olmuşdur, onlar hamısı bir kökdən gəlir.
Ümumi bir qənaətə gəlsək ki,
niyə filoloqlar buna inanır,
ilk dəfə görəndə bunu
belə düşünmüşdüm.
İndi sizə sanskrit sözləri arasındakı
əlaqələri göstərəcəm,
hind, benqal və pəncab dilində
danışanlarda da
sanskrit ilə əlaqəni
görmək olar.
Maraqlısı isə bu sözlərin
latın dili ilə
necə əlaqələnməsidir.
İran spikerləri
bunu
asanlıqla anlaya bilər ki,
ingilislərin danışdığı dil
bu dillə necə
əlaqələnir.
Burada bəzi ingilis və latın
dillərindəki sözlərə bənzəyən
sanskrit sözləri var.
Çoxu latındır.
Bir neçəsini latın dilində vermişəm.
Sanskrit və latın dilində bu cür
yazılan bu sözün mənası
ana deməkdir.
Həmçinin biz bilirik ki, bu sözə
uyğun gələn digər ifadələr də
var ki, latın dilində işlədilir.
Ümumi olaraq,
bu sözdəki t səsi
ingilis dilində a səsinə çevrilir,
alman dillərində bunu özünüz də
görəcəksiniz.
Sanskrit və latın dillərində
bu söz ingilis dilində atalıq mənasını
verən sözlə
əlaqəlidir.
Burada da
tha (-da) səsi
a səsinə çevrilir.
Bu halı həmçinin
Proto-Hind-Avropa dillərində də
görmək mümkündür,
xüsusilə sanskrit dili ilə
müqayisə etsək,
a pa səsi a fa səsinə çevrilir.
-
-
Na sanskrit dilində
təxmin etdiyiminiz kimi
yox deməkdir.
Gau Hind dilində
mal-qara deməkdir,
ingilis dilində də bu söz oxşardır.
-
Naama isə ad deməkdir.
Latın dilində nomen,
dvar sözləri də var.
Çox maraqlı mövzudur.
Bunlara baxmayana qədər
bilmirdim.
Anamika sanskrit dilində bilinməyən,
gizli mənasını verir.
Kaal isə sanskrit dilində
vaxtı göstərir, hind və benqal
dillərində də
bu söz vaxt mənasını verir,
sabah, dünən.
İngilis dilində təqvim sözü var.
Naas sözü isə
ingilis dilində burun sözü ilə
oxşardır.
Məkan sözü də bu iki dildə
bir-biri ilə yaxınlıq
təşkil edir.
Lubh sözü isə sevmək mənasında
işlədilir,
ingilis dilində də bu söz oxşardır.
Bu sadəcə nümunə idi,
digərlərinə özünüz də
baxa bilərsiniz. İngilis və sanskrit dilləri
arasında əlaqəni gördükcə heyrətlənəcəksiniz.
İndi isə sizə
digər bir nüansı göstərəcəm,
bu təkcə dillə əlaqəli deyil,
mənəvi olaraq da
əlaqəlidir.
Bu, səma tanrısının
adıdır, vedas dilində
bu, tanrı Dyauspithr adlanır.
Bəzən bunu
Dyaus da adlandırırlar.
Səma tanrısının adıdır.
Pithr sözü haqda artıq danışmışıq,
ata deməkdir.
Bu da səmanın atası mənasını verir.
Bunu eşidəndə bir qədər
təəccüblənə bilərsiniz.
Yunanlarda isə
Zevs olaraq adlandırılır,
mənası da oxşardır.
Yazılışı fərqli olsa da,
tələffüzdə
oxşardırlar.
Dyaus,
Zevs.
Pithr yerinə ata sözü var,
səmanın atası
mənasını verir,
burada qeyd olunub.
Bu da digər bir
əlaqədir.
İlk görəndə bunu düşünməmişdim.
Latın dilində Yupiterə baxaq.
-
-
-
-
Dyauspitr yerinə Yupiter.
-
Bir-birlərinə çox yaxın sözlərdir,
yazılışları isə fərqlidir,
tələffüzdə çox yaxın
səslənir.
Bu da yunan, sanskrit
və latın dilləri arasındakı
əlaqəni göstərir.
Bu, səma tanrısıdır.
Bu da Zevsin
şəklidir.
İnanıram ki, bu onun şəklidir.
Maraqlı olan məqam isə
odur ki,
İnranın atası
Dyauspitr olmuşdur.
O da tanrıların kralı kimi tanınırdı.
Vacib məqamlardan birinə də
Hinduizmdə rast gəlmək olar.
Vedasda məhz İndra
adlanır,
bu da vedasda ən çox haqqında
danışılan tanrıdır.
Bir neçə xüsusiyyət
yunan və roma ənənələrindən
Zevs ilə əlaqəlidir.
İndra səma tanrısıdır,
şimşək yaradırdı.
Əslində Skandinaviyadan Tor ilə
oxşarlığı var.
Bu xalq Hind-Avropa xalqıdır.
İndra isə öz çəkicini atırdı,
düşmənlərini məhv edirdi.
Bütün bunlar Tor ilə əlaqəlidir.
-
Bunları görməzdən əvvəl
bu sözləri və fikirləri
necə əlaqələndirəcəyimi
düşünürdüm.
Bütün bunlar bir-biri ilə əlaqəsiz görünən
sivilizasiyaların
bir ərazidən
necə əlaqələndiyini
göstərmiş
oldu.
Müasir filoloqlar və tarixçilər
Proto-Hind-Avropa dillərinin
Qafqazda da danışıldığını düşünür.
Bu söz Qafqaz ərazisində
yaşayan əhalinin məskənini
adlandırmaq üçün işlədilir,
lakin əmin deyilik.
Köçüb gəlmiş də ola bilərlər.
Şimali Avropaya gəldikdə isə
alman qəbilələri haqda danışmaq lazımdır.
Kelt qəbilələri
Şimal Cənub Mərkəzi Avropa ərazisində
yaşayıblar.
İtalyan, latın
və yunan qəbilələri haqda da
danışa bilərsiniz,
Hind-Ari tayfaları
haqda da danışmaq olar,
onlar, Şimali Hindistanda və
İranda məskunlaşıblar.
Bunlar hamısı əlaqəlidir.