Kod Saatına xoş gəldiniz... Salam, mənim adım Kətlin Kennedidir və mən "Ulduz Müharibələri: Gücün oyanışı" filminin prodüsseriyəm. Bu gün siz qəhrəmanlarımızdan biri, "BB-8"lə işləyəcəksiniz. "BB-8" kürəşəkilli bir droiddir. Ediyi hər şey və hər hərəkət kompüter proqramı ilə idarə olunur. İnformatika marketinq və səhiyyədən tutmuş kino sənayesinə qədər bütün sahələrə təsir edir. Əslində "Gücün oyanışı" kimi bir filmi ərsəyə gətirmək üçün yüzlərlə kompüter mühəndisi birgə işləyib. Salam, mən Reyçel Rouzam. Mən "ILM" şirkətində tədqiqat və inkişaf üzrə baş mühəndisəm, animasiya və məxluqların hazırlanması qrupuna rəhbərlik edirəm. "Gücün oyanışı" filmində mən