Təzyiq və həcm barəsində bir az danışmaq istəyirəm. Səbəb olduğum bəzi səhv fikirlərə aydınlıq gətirmək istəyirəm. Bunun üçün üzr istəyirəm. Amma düşünürəm ki, bu yolla həm öyrəndiklərimizi nəzərdən keçirdəcəyik, həm də yeni fikirlər əldə edəcəyik. Həcm bu, təzyiq isə bu istiqamətdə olacaq. Qeyd etmək istədiyim şeylərdən biri də sistolanın sonundakı təzyiq-həcm əlaqəsidir. Bunu belə çəkirik. Təzyiq və həcm arasındakı əlaqəni sistolanın sonu adlandırırıq. Həcmin artmasını dərhal qeyd edək. Sarı xətt ilə bərabər həcmdə artır. Şəkil üçün özümə bir az yer açım. Həcmin belə artımı bir az çaşqınlıq yarada bilər. Məsələn, daha öncə sol mədəciyi bu cür çəkmişdik. Qan sol mədəciyə bu formada dolmağa başlayırdı. Ürək daha çox qan ilə dolmuş olur. Belə bir şəkil çəkdim və bir neçə məqama toxunmaq istəyirəm. Bu onun dolduğunu bildirir. Bu hissədə hər şey aydındır. Ancaq bu hissədə aydın deyil, bu fikrə əsasən sanki həcm sabit olmalıdır. Ürəyin və ya sol mədəciyin həcmi sabit olduğu görünür. Daha çox bu stəkanı su ilə doldurmağa bənzəyir. Bu bir stəkandır. Sol mədəciyi bu şəkildə düşünərək daha yaxşı başa düşə bilərsiniz. Sol mədəcik qan ilə dolan zaman həcmində artdığını bu xətdə əsasən deyə bilərik. Zaman keçdikcə dolduğunu hiss edəcəyik. Hər şey belə başlayır. Sonra daha çox qan əlavə edirik . Nəhayət, o belə dolmuş olur. Bu yolla sol mədəcikdə nə baş verdiyini daha dəqiq göstərə bilərik. Bu 3-ü zamanla sol mədəciyin müxtəlif məqamlarında olurlar. İkinci şəkil onun dolduğunu bildirir, deməli, ürək qanla doludur. Amma həcmin dəyişməsini göstərməyin daha yaxşı yolu var. Sol mədəcikdəki həcm dəyişir,sabit deyil. Bax bu doğrudur. Bunu bilməyin ən yaxşı yolu budur. O şar ilə oxşar olduğu üçün doldurma prosesini şara bənzədə bilərsiniz. Sol mədəciyin stəkana bənzəmədiyi bizə aydın oldu. O şara bənzəyir. Sabit həcmli deyil. O dəyişir. Bu yəqinki daha dəqiq düşüncə tərzidir. Belə bir şəkil çəkdiyim üçün üzr istəyirəm. Doğrusu,sizi çaşdırmaq niyyətində deyildim, amma doldurmanı belə göstəmək istəyirdim. Yəqinki bu sürətli və cəld yol idi. Bu məqamı indi aydınlaşdırmaq istəyirəm. Belə görünə bilər. Bir addım irəli gedək və bunu etsəm nə ola bilər? Əgər bu 3 məqamın en kəsiyini götürsəm və onu bıçaqla kəssəm nə olar? Bunu belə qəbul edək əslində, en kəsiyini görsən onda mənimlə razı olarsan, üst hissələrini silək. İndi ürəyin aşağısına baxırıq və maraqlı görüntü ortaya çıxır. Sənə görə o görüntünü çəkməyə çalışacam. Bu yolla etmək daha məqsədə uyğundur. Nəyə görə belə göründüyünü daha sonra deyəcəm. Bu belə görünür. Bu digər ikisinə nisbətən daha böyük görünə bilər. Yenidən onun en kəsiyinə baxdığımızda heç nəyin dəyişmədiyini görürük. Onun kəsilmiş səthinə baxaq. Hər üçü dolu olacaq. Diaqramı necə istifadə edəcəyimizə baxaq. İndi isə buna bənzər şəkillərdən istifadə edərək sol mədəciyin dolmasını müşahidə edəcəyik. Ortaya maraqlı bir problemin çıxdığını görəcəyik. Gəlin onu edək. Bura bir neçə dairə çəkək. Bu çəkdiyimi böyük dairə adlandıraq, hansı ki, həqiqətən də böyükdür. Bu anda həcmin az olduğunu deyəlim. Bunuda belə çəkək. Həcm çox kiçikdir. Ordakını da belə çəkək. İndi bizim 3 həcmimiz oldu və onların içini rəngləyim. Deməli, bu əyrinin alt hissəsindəki həcm balacadır,ancaq bu həcmi doldurmaq üçün bir az qana ethiyac var. Həcmin sıfır olduğu zaman qanda sıfırdır,bu o deməkdir ki, sol mədəcik boşdur. Daha sonra bir az qan əlavə edirik. Deyək ki, onu doldururuq. Aha yarısı doldu. Hal-hazırda mədəciyin yarısı doludur. Bunu etməyə davam edirik və mədəcik tamam dolmuş olur. Deməli o əyri boyunca gedəcək. Amma ki, sol mədəcik dolana qədər, təzyiqdə heç bir artım olmayacaq. Daha əvvəl sistola sonu təzyiq həcm əlaqəsini sarı xətt ilə göstərmişdim, indi isə belə çəkək. Amma düzün desək o, xüsusilə də əyrinin alt hissəsi bir az fərqli görünür. Buranı silək və düzgün çəkək. Bu daha dəqiq yoldu. Demək olar ki, təzyiqdə artım yoxdur. "Demək olar ki yox" deməməliydim. Sol mədəciyə çatdıqdan sonra, təzyiq artmağa başlayacaq. Əslində təzyiqin artması həcmin artmasına bənzəyir. Onu burada görməyə başlayacayıq. Həcmin artdığını görürük. Hətta kiçik bir təzyiq sol mədəciyə təsir edir. Onun böyüdüyünün artıq fərqinə varırıq. Sol mədəciyin ölçüsü başlanğıcda dəyişməyəcək. Sonda,təzyiq yuxarı qalxdıqda ölçüsü dəyişəcək. Artıq sarı xəttin nəyə görə səhv olduğunu başa düşdük. Çaşmamaq üçün tamamilə silirəm. Sistola sonu təzyiq həcm əlaqəsini çəkdik,amma indi diastola sonu təzyiq həcm əlaqəsini əlavə etmək istəyirəm. Bunun belə bir şey olduğunu bilirik. Qısaltmasını sarı rəng ilə qeyd edək. Bu diastola sonu təzyiq həcm əlaqəmizdir. Bəs indi, en kəsik necə görünür? Buradakı bir neçə nöqtələri seçək. Eyni həcmin digər əyridə necə görünəcəyinə baxaq və onu aşağıya doğru xətt ilə göstərək. Bu buradakı həcmimizdir. Buda buranın həcmidir. Digər əyri üzərində də bu nöqtələri işarələyəcəm. Bu nöqtələr orada olur. Əslində onları oxşar şəkildə çəkə bilərdim. Bunun belə olduğunu deyə bilərik. Digəri bir az böyük görünə bilər. Buna bənzər bir şey oldu. Deməli, 2 əyrimiz var. Onları mümkün qədər bir-birinə bənzətməyə çalışıram. İçlərini dolduraq. Bu nöqtələrdə həcmlərin necə göründüyünə baxaq. Onların həcmlərinin eyni olduğunu görürük. Heç biri fərqli görünmür. Bəzən insanlar bunu çox qarışdırırlar hansı ki həcmləri eyni olanda necə ola bilər ki, sistola sonu əyrinin təzyiqi yüksək, diastola sonunun əyrisi isə aşağıdır. Heç biri fərqli görünmür. Bunu başa düşmək üçün əzələ səviyyəsində nə baş verdiyini təsəvvür etmək lazımdır. Əzələ hüceyrələri yığılmağa başlayır və Z-zolağını dartır. Sistolanın sonunda bir çox yığılmalar olur. Həmçinin, burada da baş verir. Əslində bu əyrinin hər hissəsində baş verir. Daha da bəsitləşdirmək üçün bu bu oxlar əvəzinə hər bir nöqtə üçün bunu edəlim. Bu oxlar əvəzinə, onları belə birləşdirək və belə təsvir etsək yenə eyni effekti vermiş olacayıq. Bunu ip və ya sarğı kimi çəkək. Onu bu hissədən digər hissəyə dartdığını və çəkdiyini düşünək. 100-lərlə əzələnin dartılaraq əldə etdiyi təsiri, sarğı ilə əldə edə bilərik. Növbəti mərhələdə,insanların bu sarğını dartdığını təsvir edək. Şəkildə təsvir olunan kimi,insanlar sadəcə sarğını dartırlar. 2 kiçik işçi sarğını dartır və əks istiqamətdə çəkirlər. Əks istiqamətdə çəkilən zaman yığılmağa bənzər bir şey olacaq. Kiçik işçilər bunların hamısını dartırlar . Dartılma zamanı nəticədə yığılma qüvvəsi yaranır. İşçilərin 2 müxtəlif istiqamətdə dartması ilə yığılmanı təsvir etdim. Əgər onları ürəyin hər tərəfindən keçirtmiş olsa idim, o mədəcik kimi yığılmış olardı. Onlar o qədər gərgin dartıb çəkirlər ki,mədəciyin içərisindəki təzyiq artmağa başlayır. Diastola sonu əyrisində eyni hadisə baş vermir,görəsən orada da işçilər var? Onlarda dartılır? Təbii ki, yox. Əzələ hüceyrələri boşalmış vəziyyətdədi. Tamamilə boşalıblar. Onlar sadəcə yatırlar. Təsvirdəki kimi işçilər heç bir şey dartmırlar. Buna görə də,təzyiqdə artım olmur. Çox az təzyiqi olur. Həcmlərin eyni olmasına baxmayaraq təzyiqin müxtəlif olmasının səbəbidə budur. Bir çoxunuz üçün belə bir sual yaranır ki, nəyə görə sistolanın sonunda mədəcikdə qan olur? Qanın hamısı mədəcikdən çıxdıqdan sonra aortaya çatacaq? Qan niyə ordadı? Boş olmalı deyilmi? Təzyiq həcm döngəsini çəkməklə bu suala cavab tapa bilərik. Rəngləri fərqləndirmək üçün bənövşəyi rənglə çəkəcəm. Bu böyük bənövşəyi nöqtənin yığılma anı olduğunu düşünək. Yığılmanın başladığı an buradır. Burdan yuxarıya doğru çəkəcəm. Burada "azad olunma" baş verir. İşçinin üzərindən keçək. Həcm üçün son bir dəfədə çəkim və burdakı həcm budur. Həcmin dəyişmədiyini bilirik, çünki burda həcm sabitdir. Bu hissədə artıq "azad olunma" başlayır. Bura azad olunma hissəsidir. Əyrinin bu hissəsinə də "azad olunma"nı qeyd edirəm. Bu qabarıq hissədə "azad olunma" baş verir. 2 ağ xətt arasında azad olunma hadisəsi olur. Mədəciyin bu hissəsi üçün belə şəkil çəkək. Ürəyin bu hissəsi tamamilə dolu olacaq. Hətta daha da böyük olsun. Ürək indi lap çox doludur. Bu şəkildə göstərməyə çalışdım və buna bənzər bir şey alındı. İçini rəngləyim. Mədəcik bu qədər böyükdürsə, onda azad olunma zamanı nə baş verəcək? Bunu kəsib, bura köçürək və necə olacağına burada baxaq. Belə başladığımız zaman qan boşalmağa başlayarsa, buna bənzər bir şey olacaq. Bir hissəsi çıxır ,digər hissəsi isə geridə qalır. Bu hissə geridə qalan, bura isə digər tərəfdir. Bu hissəsini kəsək. Bu yumru dəlik qalan üçün, digəri isə vuruş həcmi üçündür. Bu vuruş həcmimizdir. Qanın çoxu aortaya gedir. Bu çox önəmlidir. Kiçik yığını isə geridə qalır. Yığılma başlayan anda, bura çoxlu qanla dolu olur. Başladığı yer budur. Daha sonra qanın çoxu itir. Bu itirdiyimiz vuruş həcmidir. Burda bir az qan qalır. Sistola sonu dediyimiz tam olaraq budur. Sistolanın əvvəlindəki qədər olmasa da, sonunda bir az qan qalır.