Riyaziyyat testində siz, hər doğru cavab
verdiyiniz suala görə 5 xal qazanırsınız.
Yuxarıdakı cədvəldə, q testdə doğru
cavablandırılan sualların sayını göstərir
və p isə testdə qazanılan xalların
sayını göstərir.
Bu iki dəyişən arasındakı əlaqə
verilmiş tənlik ilə ifadə oluna bilər,
p = 5q, burada p sizin qazandığınız
xalları və q isə doğru cavablandırdığınız
sualların sayını göstərir.
Siz bunu cədvəldə görə bilərsiniz.
Əgər q = 0 olarsa onda doğru cavab verməmisiniz,
onda 0 xal alırsınız.
Heç bir sualı doğru tapmadıqda, onda
5 vur 0 0-a bərabər olacaq.
Əgər bir sualı doğru etsəniz, onda 1 vur 5
5-ə bərabər olacaq.
Siz hər suala görə 5 xal alırsınız.
İki doğru sual 2 vur 5, yəni 10 edir.
3 vur 5 15 edir.
Hamısı məntiqlidir.
Burda soruşulan ifadələrdən hansı
doğrudur?
Hər birini yoxlayın.
Gəlin bunu düşünək.
Asılı dəyişən burada sizin topladığınız
xalların sayıdır.
Burda nə olduğu haqqında düşünəndə,
onda sizin doğru cavabladığınız sual sayına
uyğun olaraq
xallarınızın yazıldığı anlaşılır.
Məsələn, müəlliminiz sizə 15 xal
topladığınızı deyirsə,
onda 3 doğru cavabınız var.
Sadəcə bunu ifadə etməyin fərqli yoludur.
Buradakı müstəqil dəyişən doğru cavabladığınız
sualların sayıdır və
bu sizin xallarınızı formalaşdırır.
Topladığınız xal sayı
asılı dəyişəndir.
Həmişə olduğu kimi asılı dəyişən
müstəqil dəyişəni olan ifadəyə
bərabər olacaq.
Onu burada görürsünüz.
p dəyişəni q-ə görə asılıdır.
Sualların sayından asılı olaraq,
siz onu 5-ə vurur və p-ni alırsınız.
Deməli asılı dəyişən sizin topladığınız
xallardır.
Asılı dəyişən sizin doğru yazdığınız
sualların sayıdır.
Xeyr, artıq bunu dedik.
Bu müstəqil dəyişəndir.
Topladığınız xallar müstəqil dəyişəndir.
Xeyr, bu doğru deyil.
O, asılı dəyişəndir.
Müstəqil dəyişən sizin doğru cavabladığınız
sualların sayıdır.
Bu doğrudur.
Bu asılı dəyişənləri göstərir.
Cavabımızı yoxlaya bilərik.