İslam dünyasının ən yaxşı izahı ibadətdir, İslami dəyərlər dedikdə Allaha ibadət etmək nəzərdə tutulur. Müsəlman insan Allaha ibadət edən şəxsdir, İslamın müqəddəs kitabı isə Qurandır, müsəlmanlar məhz bu kitab vasitəsilə Allah tərəfindən Məhəmməd peyğəmbərə göndərilmiş kəlamlardan xəbərdardır. Bu məqam çox önəmlidir, bəzən mənbələrdə İslamın Məhəmmədizm kimi olduğu düşünülür. Lakin müsəlmanlar Məhəmməd peyğəmbəri ilahiləşdirmir, Xristianlarda bu bir qədər fərqlidir. Məhəmməd peyğəmbəri bir insan olaraq görürlər, onu ilahiləşdirmirlər. Onlar Məhəmməd peyğəmbəri Quran vasitəsilə Allahın onlara xəbərçisi kimi görürlər və buna müsəlman adət-ənənlərində çox ciddi nəzarət edirlər, Məhəmməd peyğəmbərin şəklini yaratmırlar ki, onu özlərinə ideal kimi seçməsinlər. Bu müddət ərzində Xristianlıqda ilahi fiqurlar görə bilərsiniz, müsəlmanlar isə bu adət-ənənələri qoruyub saxlayır. Onlar digər peyğəmbərləri də Allah tərəfindən göndərilmiş müqəddəs şəxslər kimi qəbul etmişlərdir, xüsusilə Musa və İsa peyğəmbər Quranda qeyd olunmuşdur. Müsəlmanlar həmçinin bilirlər ki, Quran Allah tərəfindən göndərilmiş müqəddəs kitab deyil. Onlar həmçinin Tövratın da Tanrının Musa tərəfindən göndərdiyinə inanırlar, Tövrat Xristianların məhz 5 müqəddəs kitabında da qeyd olunmuşdur, həmçinin İbranicə olan İncildə də bu müqəddəs kitab haqda məlumat verilmişdir. Onlar həm də Zəburların da e.ə 1000-ci ildə Davud peyğəmbər vasitəsilə göndərilmiş qeyd olunduğuna inanırlar, İsanın vasitəsilə də İncilin göndərildiyinə inanırlar. Bunlardan əlavə Müsəlmanlarda digər ənənələrdən biri də Sünnə və Hədis olmaqla iki qrupa ayrılmalarıdır, belə ki, Sünnələr Məhəmməd peyğəmbərin həyatını yaşadıqlarını qeyd edirlər, Hədislərdə isə bu haqda bəhs edilir. Hədislər Məhəmməd Peyğəmbərin vaxtında yaşamış digər şəxslərin bəhs etdiyi hekayələrdir. Halbuki bəzən bir neçə il və ya bir neçə yüz il sonra yaşadıqları da bildirilir, hazırda bu mövzu müzakirə altındadır, Hədislər isə daha gerçək görünür. Daha bir oxşarlıq isə dindən asılı olmayaraq Tanrı sözünün vurğulanmasındadır. Bir az daha yaxından tanış olmaq və Müsəlmanların adət-ənənələrini yaxında görmək üçün burada Qurandan bəzi ifadələri yerləşdirmişəm, ilk olaraq eyni adətdən olmaq barəsindədir. "O, sizin üçün dini yaratmaqdan ötrü, Nuha əmr etdi, beləcə Məhəmmədə İbrahimə, Musaya və İsaya vəhy verərək, bölünməməyi əmr etdi." Bu da İbrahimin önəmini göstərir. Dində o şəxslər yaxşı qəbul olunur ki, onlar İbrahimin yolunu izləyir və həqiqətə meyillidirlər. Allah İbrahimi elçisi kimi seçdi. İbrahim peyğəmbər çox vacib rol oynamışdır. Məkkədə yerləşən Kəbə, Allahın evi sayılır və Müsəlmanlar oraya ziyarət edirlər. İbrahim və İsmayıl peyğəmbərlər tərəfindən tikilmişdir. Mədinə haqda da sonrakı videolarda danışacağıq. Müsəlmanlar izləndikləri üçün bura üz tutmuşdular, Məhəmməd peyğəmbərin şəhəri kimi də tanınır, lakin Məkkə Müsəlmanların gün ərzində 5 dəfə dua edərkən, namaz qılarkən dayandıqları istiqaməti göstərir, bu haqda danışacağıq, İbrahim peyğəmbərin şəhəri kimi də tanınır. Burada isə Musaya istinad olunur. Bundan əvvəl isə Musanın rəhmətə və mərhəmətə yol göstərən kitabı vardı. Bu kitab ərəb dilində idi, Qurana aid idi. Qurandan bir kəlam idi. Bu kitab ərəb dilində təsdiq olunmuşdur, "O şəxslərə ki, kimlər yanlış edir və kimlər yaxşı əməl sahibləridir." Buradan da aydındır ki, İslam ənənəsində də Musəvidə olduğu kimi eyni adətlər və qaydalar vardır. Burada da İsaya istinad edilmişdir. "Sizlər Məryəmin oğlu olan İsanı, izləməlisiz, biz ona İncili verdik ki, onu izləyənlərin ürəklərində şəfqət və mərhəmət olsun." İsanın həyatını nəzərə aldıqda Müsəlmanlar və Xristianlar arasındakı əsas fərq çarmıxaçəkilmə və dirilişdir, onlar, İsanın Tanrı və ya Tanrının oğlu olduğuna inanmırlar. Onun müqəddəs peyğəmbər olduğuna inanırlar, həmçinin Məhəmməd peyğəmbərin Quranı nazil etməzdən əvvəl olduğuna inanırlar. Müsəlmanlara gəldikdə 5 əsas şərt qeyd olunur, xüsusilə də bu Sünnilərə aid edilir. Şiələrin bir qədər fərqli şərtləri vardır, amma oxşarlıqlar da vardır. Bu şərtlərdən birincisi imandır, xüsusilə şəhadəti göstərir. Şəhadət sübut kimi də tərcümə oluna bilər, müsəlmanlar "Allahdan başqa Allah yoxdur" və "Məhəmməd peyğəmbər Allahın elçisidir" deyə qeyd edir. İslama keçdikdə bu şəhadət ən azı iki şahidin yanında deyilməlidir. Bu çox vacib şərtdir. İslamın ikinci şərti isə namazdır, Müsəlmanlar gündə 5 dəfə Sübh, Zöhr, Əsr Şam, İşa namazı qılmalıdır, Kəbənin istiqamətində dayanmalıdır. Bir daha qeyd edək ki, İbrahim peyğəmbərin oğlu İsmayılla birlikdə buranı inşa etdikləri bildirilir. Maraqlı məqam isə eyni zamanda Zərdüştlərin də gündə 5 dəfə dua etməsidir. Namazdan əvvəl hər biri bədənlərini də yumalıdırlar. 3-cü şərt isə xeyriyyədir, "Zəkat" olaraq adlanır, öz gəlirinin 2,5 faizini xeyriyyə məqsədilə verməlidir. Bir qədər kiçik rəqəm kimi görünsə də bu qazancın deyil də, sərvətin 2,5 faizini təşkil edir. 4-cü şərt isə oruc tutmaqdır. Ramazan ayında məhz oruc tutulur. Heç bir qida və ya su qəbul edilmir, bir daha deyək ki, oruc, səhərdən axşama qədər tutulur. İslam təqvimi Ay təqvimidir. Buna görə bu ay belə adlanır və Ayın dövr etməsinə uyğun gəlir. Bu aydan sonra Qurban ayı gəlir, İslamda 2 gün olaraq qeyd olunur. 5-ci şərt isə Kəbəyə həcc ziyarətidir, 12-ci ayda baş tutur, bu ayın müəyyən vaxtında səfər olunur, İkinci bayram da beləcə baş tutur, bu da Qurban bayramıdır. Bu bayram isə İbrahimin öz oğlu İsmayılı qurban verərkən Allahın onu dayandırmasını göstərir. İslamın ümumi mənası budur. Digər videolarda Müsəlmanların Məkkədə və Kəbədəki həyatı, həmçinin Məhəmməd peyğəmbər barəsində danışacağıq. Eranın 6 və 7-ci əsrlərində Məhəmməd peyğəmbərdən sonra müsəlmanların dünyaya necə yayıldığı barədə məlumat verəcəm.