Burada 12 ədəd konfet verilib.
Qəhvəyi rəngli olanların
üzəri şokoladlıdır.
Üzərində C olanların
tərkibində
hind qozu var.
Məsələn, üst tərəfdə, solda
olan konfetin üzəri
şokoladlıdır,
amma tərkibində hind qozu yoxdur.
Buradakı konfetin isə üzəri
şokoladlıdır və
daxilində isə hind qozu var.
Bunun isə...
uups ekranı hərəkət etdirmək istəmirdim,
bunun isə
üzərində şokolad yoxdur,
amma tərkibində
hind qozu var.
Bu konfetdə isə
nə şokolad, nə də hind qozu var.
Bu məlumatları təsvir etməyin müxtəlif
üsullarını göstərmək istəyirəm.
Bu üsullardan biri Venn
diaqramından istifadə etməkdir.
Gəlin Venn diaqramı çəkək.
Deməli, Venn diaqramı veriləni
təsvir etməyin yollarından biridir.
Gəlin bunu sadə formada göstərək.
Burada, məsələnin şərtində verilən
bütün məlumatları təsvir etmək üçün
bir düzbucaqlı çəkək.
Bu düzbucaqlıda bütün şokoladların
sayı göstərilməlidir.
Yəni, burada 12 konfet olmalıdır.
Bu bizim işçi sahəsidir.
Gəlin buraya çoxluqları göstərən
dairələr çəkək.
Bu dairəyə şokaladlı konfetləri
təmsil edən çoxluq kimi baxaq.
Həmin bu çevrəni çəkirəm.
Bunu miqyasa uyğun çəkə bilərsiniz
amma mən elə etməyəcəyəm.
Deməli, bu, şokolad çoxluğudur.
Bəli, bu, şokolad qrupudur.
Burada isə hind qozu çoxluğu çəkək.
Hind qozu.
Bunu da miqyasa uyğun çəkməsək olar.
Onları təxminən eyni ölçüdə çəkdim.
Ancaq gördüyünüz kimi məsələnin
şərtində şokolad çoxluğu
hind qozu çoxluğundan daha böyükdür.
Hind qozu çoxluğu.
İndi biz bu fərqli bölmələri doldura bilərik.
Üzərində şokolad olub, ancaq tərkibində
hind qozu olmayan
neçə ədəd konfet var?
Bir, iki, üç, dörd, beş, altı
konfetin üzəri
şokoladlıdır, amma tərkibində
hind qozu yoxdur.
Gəlin bunu fərqli rənglə göstərək,
çünki məncə rənglər vacibdir.
Gəlin bunu yaşıl rənglə yazaq.
Bir, iki, üç, dörd, beş və altı.
Deməli, bu hissədə altı konfet var.
Burada bütün qəhvəyi rənglə
ifadə edilmiş sahə yox, sadəcə
yaşılla rənglənmiş
sahə nəzərdə tutulur.
Həm şokoladlı, həm də tərkibində
hind qozu olan neçə konfet var?
Şokolad və hind qozu.
Bir, iki, üç.
Deməli, konfetlərdən üçü həm şokoladlı,
həm də hind qozu tərkiblidir.
Fikir verin, buradakı hissə bir-biri
ilə üst-üstə düşür.
Onlardan üçü hər iki qrupa,
hər iki kateqoriyaya aiddir.
Bu üç konfetdə həm hind qozu,
həm də şokolad var.
Üzərində şokolad olan
neçə ədəd konfet var?
altı üstəgəl üç bərabərdir doqquz.
Tərkibində hind qozu olan
neçə ədəd konfet var?
Bunun cavabını bir neçə
saniyədə tapa bilərik.
Tərkibində hind qozu olan, amma şokoladlı
olmayan neçə ədəd konfet var?
Tərkibində hind qozu olan, amma şokoladlı
olmayan yalnız bir konfet var.
Bu da o bir,
və ağ rənglə rənglənmiş bu hissə də
həmin konfeti ifadə edir.
Tərkibində hind qozu olan
neçə ədəd konfet var?
Bir üstəgəl üç, yəni dörd.
Bir, iki, üç, dörd.
Diqqət etməli olduğumuz bir məqam var:
altı üstəgəl üç üstəgəl bir
10-a bərabərdir.
Bəs qalan iki konfet?
O konfetlərdə isə nə şokolad,
nə də hind qozu var.
Gəlin rəngləyək.
Bir, iki. Bunlarda nə şokolad,
nə də hind qozu var.
Bu ikisini burada yaza bilərik.
Bunlarda nə şokolad, nə də hind qozu var.
Belə ki, bu üsulla neçə ədəd şokoladlı,
neçə ədəd hind qozu tərkibli,
neçə ədəd həm şokoladlı, həm də
hind qozu tərkibli və ya
nə şokoladlı, nə də hind qozu tərkibli
konfet olduğunu göstərə bilərik.
Bunu göstərməyin
başqa üsulları da var.
Burada iki tərəfli cədvəl tərtib edə bilərik.
İki tərəfli cədvəl.
Şaquli xətt üzərində...
gəlin bunu belə yazaq:
şokoladlı konfet.
Buraya qısaca şok. yazacam.
Burada isə "şokolad yoxdur" yazaq.
Buraya "hind qozu" yazaq.
Gəlin bunu ağ rənglə yazaq.
Bəzən rəngləri dəyişmək
heç asan olmur.
Buraya "hind qozu" yazdıq.
Buraya isə "hind qozu yoxdur" yazaq.
İndi isə kiçik bir cədvəl
tərtib edək.
Fikir verin nə edirəm.
Deməli, buraya, buraya
həmçinin buraya bir xətt çəkək.
İndi bu cədvəli doldura bilərik.
Bu hissədə, həm şokoladlı, həm də
hind qozu tərkibli
konfetlərin sayını yaza bilərik.
Həmin konfetlərin sayını bilirik.
Burada bir, iki, üç, bəli üç
konfet var.
Həmin sayı buraya yaza bilərik.
Burada şokoladlı, ancaq tərkibində
hind qozu olmayan konfetləri yazaq.
Həmin konfetlərin sayı altıdır.
Şokoladlıdır, amma
tərkibində hind qozu yoxdur.
Gəlin buraya 6 yazaq.
Burada tərkibində hind qozu olan, ancaq
şokoladı olmayan konfetləri
yazaq.
Həmin konfetlərin
sayı nə qədərdir?
Cəmi bir ədəd.
Burada isə nə hind qozu, nə də
şokolad var.
Bunun cavabını bilirik.
Nə şokolad, nə də hind qozu olan iki konfet var.
İstəsək, burada konfetlərin
ümumi sayını da yaza bilərik.
Məsələnin şərtində soruşulmasa da,
gəlin bunu yazaq.
Konfetlərin ümumi sayını yazaq.
Belə ki, üç üstəgəl bir bərabərdir dörd.
altı üstəgəl iki bərabərdir səkkiz.
Belə ki, tərkibində hind qozu olan
dörd konfet var.
Bu konfetlərin biri şokoladlıdır,
qalanları isə şokoladsız.
Yəni üç üstəgəl bir.
Tərkibində hind qozu olmayan 8 konfet var.
Hind qozu olmayan.
Tərkibində hind qozu olmayan konfetlərin
sayı
altı üstəgəl ikiyə bərabərdir.
Bunu üfüqi olaraq da hesablaya bilərik.
üç üstəgəl altı bərabərdir doqquz.
Bir üstəgəl iki isə üç edir.
Doqquz nəyin sayıdır?
Bu, şokoladlı konfetlərin ümumi sayıdır,
altı üstəgəl üç
Üç nəyin sayıdır?
Bu, şokoladı olmayan konfetlərin sayıdır.
Bir üstəgəl iki.
Ümid edirəm ki, maraqlı çalışma oldu.
Burada müəyyən bir məlumatı
çatdırmağın müxtəlif
üsullarını öyrəndik.