Burada 12 ədəd konfet verilib.
Qəhvəyi rəngli olanların
ətrafında şokolad var.
Üzərində C olanların
tərkibində
hind qozu var.
Məsələn, üst tərəfdə, solda
olan konfetin üzəri
şokoladlıdır,
amma tərkibində hind qozu yoxdur.
Buradakı konfetin isə ətrafında
şokolad və
daxilində hind qozu var.
Bunun isə...
ekranı hərəkət etdirmək istəmirdim,
bunun isə
ətrafında şokolad yoxdur,
amma tərkibində
hind qozu var.
Bu konfetdə isə
nə şokolad, nə də hind qozu var.
Bu məlumatları təsvir etməyin müxtəlif
üsullarını tapmaq istəyirəm.
Bu üsullardan biri Venn
diaqramından istifadə etməkdir.
Gəlin Venn diaqramı çəkək.
Deməli, Venn diaqramı bunu
təsvir etməyin üsullarından biridir.
Gəlin bunun adi formasını yazaq.
Burada, məsələnin şərtində verilən
bütün məlumatları təsvir etmək üçün
bir düzbucaqlı çəkirik.
Bu düzbucaqlının tərkibində bütün
şokoladlar təsvir edilməlidir.
Yəni, burada 12 konfet olmalıdır.
Bunun məsələnin əyani forması olduğunu
fərz edin.
Gəlin buraya şokoladları təmsil edən
dairələr çəkək.
Burada şokoladlı konfetləri
təmsil edən bir qrup çəkək.
Bunu bir çevrə ilə göstərək.
Bunu miqyasa uyğun çəkə bilərsiniz
amma mən elə etməyəcəyəm.
Deməli, bu, şokolad qrupudur.
Bu, şokolad qrupudur.
Burada isə hind qozu qrupu çəkək.
Hind qozu.
Bunu miqyasa uyğun çəkməsək də olar.
Onları təxminən eyni ölçüdə çəkdim.
Ancaq gördüyünüz kimi məsələnin
şərtində şokolad qrupu
hind qozu qrupundan daha böyükdür.
Hind qozu qrupu.
İndi biz bu fərqli bölmələri doldura bilərik.
Üzərində şokolad olub, ancaq tərkibində
hind qozu olmayan
neçə ədəd konfet var?
Bir, iki, üç, dörd, beş, altı konfetin üzəri
şokoladlıdır, amma tərkibində hind qozu yoxdur.
Gəlin bunu fərqli rənglə yazaq.
Çünki rənglər vacibdir.
Gəlin bunu yaşıl rənglə yazaq.
Bir, iki, üç, dörd, beş və altı.
Belə ki, bu bölmədə 6 konfet var.
Burada bütün qəhvəyi rənglə
ifadə edilmiş hissə deyil, sadəcə
yaşıl rənglə işarələnmiş hissə
nəzərdə tutulur.
Həm şokoladlı, həm də tərkibində
hind qozu olan neçə konfet var?
Şokolad və hind qozu.
Bir, iki, üç.
Deməli, 3 konfet həm şokoladlıdır,
həm də tərkibində hind qozu var.
Fikir verin, buradakı hissə bir-biri
ilə üst-üstə düşür.
Onlardan üçü hər iki qrupa,
hər iki kateqoriyaya aiddir.
Bu üç konfetdə həm hind qozu,
həm də şokolad var.
Üzərində şokolad olan
neçə ədəd konfet var?
6 üstəgəl 3 = 9.
Tərkibində hind qozu olan
neçə ədəd konfet var?
Bunun cavabını
bir neçə saniyədə tapa bilərik.
Tərkibində hind qozu olan, amma şokoladlı
olmayan neçə ədəd konfet var?
Tərkibində hind qozu olan, amma şokoladlı
olmayan 1 konfet var.
Həmin qiyməti buraya
yaza bilərik.
Ağ rənglə rənglənmiş bu hissə
həmin konfeti ifadə edir.
Tərkibində hind qozu olan
neçə ədəd konfet var?
Bir üstəgəl üç, yəni 4.
Bir, iki, üç, dörd.
Diqqət etməli olduğumuz bir məqam var:
6 üstəgəl 3 üstəgəl 1
10-a bərabərdir.
Bəs qalan iki konfet?
O konfetlərdə nə şokolad,
nə də hind qozu var.
Gəlin rəngləyək.
Bir, iki. Bunlarda nə şokolad,
nə də hind qozu var.
Bu ikisi burada yaza bilərik.
Bunlarda nə şokolad, nə də hind qozu var.
Belə ki, bu üsulla neçə ədəd şokoladlı,
neçə ədəd hind qozu tərkibli,
neçə ədəd həm şokoladlı, həm də
hind qozu tərkibli və ya
nə şokoladlı, nə də hind qozu tərkibli
konfet olduğunu göstərə bilərik.
konfet olduğunu göstərə bilərik.
Bunu göstərməyin
başqa üsulları da var.
Burada iki tərəfli cədvəl tərtib edə bilərik.
İki tərəfli cədvəl.
Şaquli xətt üzərində...
gəlin bunu belə yazaq:
şokoladlı konfet.
Buraya qısaca ş yazacam.
Burada isə "şokolad yoxdur" yazaq.
Buraya "hind qozu" yazaq.
Gəlin bunu ağ rənglə yazaq.
Bəzən rəngləri dəyişmək
heç asan olmur.
Buraya "hind qozu" yazdıq.
Buraya isə "hind qozu yoxdur" yazaq.
İndi isə kiçik bir cədvəl
tərtib edək.
Fikrimi sizə izah edəcəm.
Deməli, buraya, buraya
həmçinin buraya bir xətt əlavə edək.
İndi bu cədvəli doldura bilərik.
Bu hissədə, həm şokoladlı, həm də
hind qozu tərkibli
konfetlərin sayını yaza bilərik.
Həmin konfetlərin sayını bilirik.
Burada bir, iki, üç
konfet var.
Həmin qiyməti buraya yaza bilərik.
Burada şokoladlı, ancaq tərkibində
hind qozu olmayan konfetləri yazaq.
Həmin konfetlərin sayı 6-dır.
Şokoladlıdır, amma tərkibində hind qozu yoxdur.
Gəlin buraya 6 yazaq.
Burada tərkibində hind qozu olan, ancaq
şokoladı olmayan konfetləri
yazaq.
Həmin konfetlərin
sayı nə qədərdir?
Cəmi 1 ədəd.
Burada nə hind qozu, nə də
şokolad var.
Bunun cavabını bilirik.
Nə şokolad, nə də hind qozu olan iki konfet var.
İstəsək, burada konfetlərin
ümumi sayını da yaza bilərik.
Məsələnin şərtində soruşulmasa da,
gəlin bunu yazaq.
Konfetlərin ümumi sayını yazaq.
Belə ki, 3 üstəgəl 1 = 4.
6 üstəgəl 2 = 8.
Belə ki, tərkibində hind qozu olan
4 konfet var.
Bu konfetləri bəzisi şokoladlıdır,
bəzilərində isə şokolad yoxdur.
Bu 3 üstəgəl 1-dir.
Tərkibində hind qozu olmayan 8 konfet var.
Tərkibində
hind qozu olmayan.
Tərkibində hind qozu olmayan konfetlərin
sayı
6 üstəgəl 2-ə bərabərdir.
Bunu üfüqi olaraq da hesablaya bilərik.
3 üstəgəl 6 = 9.
1üstəgəl 2 = 3.
9 nəyin sayıdır?
Bu, şokoladlı konfetlərin ümumi sayıdır:
6 + 3.
3 nəyin sayıdır?
Bu, şokoladı olmayan konfetlərin sayıdır.
1 üstəgəl 2.
Ümid edirəm ki, maraqlı çalışma oldu.
Burada müəyyən bir məlumatı çatdırmağın
müxtəlif
üsullarını öyrəndik.