Bu videoda etmək istədiyim nükleofillik və əsaslığın fərqlərini və nükleofilliyin nə qədər güclü olduğunu izah etməkdir. Fərq az bir səviyyədədir amma əslində bu çox böyük bir fərqdir. Və sizə göstərəcəm ki, niyə bunu ilk dəfə öyrənəndə başqarışdırıcı olur. Sn2 reaksiyalarını öyrənəndə, tam burda əlavə elektronu olan nükleofiliniz var. O mənfi yüklüdür. Və metil karbonunuz var. İcazə verin çəkim. Çıxan bir hidrogeniniz var. Arxasında bir hidrogen var. Yuxarıda da bir hidrogeniniz var. Birda isə tərk edən bor qrup var. Sn2 reaksiyasında, nükleofil bu elektronu karbona verəcək. Karbonun qismən müsbət yükü var. İcazə verin çəkim. Tərk edən qrupun qismən mənfi yükü var çünki o daha çox elektroneqativ olmağa meyillidir. Bu elektron karbona veriləndə eyni zamanda karbon elektronu əldə edəndə bu elektroneqativ tərk edən qrup karbondan bu elektronu ala bilir. Bitəndən sonra belə görünür. Metil karbonumuz var, arxasında hidrogen, önündə və üstündə hidrogen var. Tərk edən qrup ayrıldı. Burda elektronu var, amma indi magenta elektronu götürdü, indi mənfi yükü var və nükleofil tam burda elektronunu verdi və indi karbona bağlanıb. Bunu etməyimin səbəbi odur ki, çünki bu nükleofil kimi davranır. Nüvələri sevir. Əlavə elektronunu verir, amma həm də Lewis əsası kimi davranır. Bu keçmiş bilgiləri yada salmaq üçün idi. Lewis əsası ümumidir, düşünürəm ki, lewis əsası əsas olmağın nə demək olduğunu bir çox izahlarla əhatə edir. Lewis əsası o deməkdir ki, sən bir elektron donorsan. Burda baş verən dəqiqliklə budur. Bu nükleofil elektronunu karbona verir. O özünü bir Lewis əsası kimi aparır. Bunu ilk dəfə görəndə düşünə bilərsiniz ki, yaxşı bəs niyə kimyaçılar nükleofil kimi bir şeyi tərif edərkən bu qədər çətinlikdən keçirlər? Niyə onu sadəcə əsas adlandırmırlar? Niyə nükleofillik və əsaslıq kimi 2 fərqli konsept var? Fərq odur ki, nüklefillik kinetik konseptdir, hansı ki reakaiyaya girməkdə yaxşıdır. Reaksiya verməkdə nə qədər sürətlidir. Reaksiyaya girməsi üçün nə qədər əlavə enerjiyə ehtiyacı var? Yaxşı nükleofilliyi olanda. Reaksiya verməsi yaxşıdır. Bu sənə reaktantların əvvəl və ya sonra nə qədər dayanıqlı və ya dayanıqsız olduğunu demir, bu sadəcə deyir ki, onlar bir-biri ilə reaksiyaya girməkdə yaxşıdırlar. Əsaslıq termodinamik konseptdir. Bu sənə deyir ki, reaktantlar və reaksiya məhsulları nə qədər dayanıqlıdır. Bir şeyin necə reaksiya vermək istədiyini izah edir. Məsələn flüor situasiyasına baxaq. Gəlin bu barədə düşünək. Situasiyanı görürük, deyərdim ki flüorid, flüorid belə görünür. Flüorun 7 valent elektronu var və 1 əlavə elektron əldə edir. Flüorid əldə edirsiniz. Flüorid məntiqli olaraq əsasdır. Əsaslığı yoddan daha çoxdur. Amma bir protik məhlulda, icazə verin burda yazım. Amma protik məhlulda az nükleofillik. Və yenidən protik məhlulun ətrafında hidrogen protonları var. Bunun səbəbi odur ki, flüorid, karbon ilə birləşmək istəyir, bəlkə də hətta hidrogen protonu. O yod anionundan daha kəskin reaksiyaya girir. Əgər birləşsə, bu yod anionundan daha güclü rabitə olacaq, flüorid anionu əalində yodiddən daha az dayanıqlıdır. Əgər o proton əldə edə bilsəydi ya da elektronunu verə bilsəydi daha yaxşı olardı, amma o az nükleofildir. O protik məhlulda reaksiyaya girməkdə o qədər də yaxşı deyil. Az nükleofil olmasının səbəbi odur ki, burda digər şeylər var hansı ki onun reaksiyaya girməsinə mane olur. Videoda gördük ki, yaxşı bir nüklefil edən nədir, flüoridə baxsaq, bunun aəbəbi odur ki, o çox kiçik bir atomdur. O həqiqətən də çox kiçik iondur, buna gprə də daha yaxından tutulur. Elektron buludu daha sıxdır, sudan hidrogenlərə şərait yaradır ki, ətrafında çox sıx qabıq əmələ gətirsin. Onların hamısının qismən müsbət yükləri var, ona görə də mənfi anionlar tərəfindən cəlb olunur. Flüorid anionunu qorumaq üçün çox sıx qabıq fornalaşdırırlat, hansı ki, onun protik məhlulda həll olmasını çətinləşdirir. ona görə də reaksiyaya girmir. Əgər reaksiyaya girməyi bacarsaydı, yod anionundan daha güclü rabitə formalaşdırardı. Və bu böyük bir fərqdir, trendlərdəki fərqi görürük. Təməldə, faktiki həlledicinin o qədər də əhəmiyyəti yoxdur. Bu molekulun ya da anion atomunun termodinamik xüsusiyyətidir. Əgər saf əsaslığa baxsanız, gördüyünüz ən güclü əsas-- Sadəcə bura hidroksid yazacam. Bu normalda natrium hidroksid və ya kalium hidroksid kimidir, amma bunu natrium və hidroksid olaraq ayrı-ayrılıqda suda həll etsəniz həqiqətən də əsas kimi davranan hidroksiddir, elektronlarını vermək istəyir. Hidroksid flüoriddən daha güclü əsasdır, flüorid xloriddən daha güclü əsasdır, xlorid bromiddən, bromid isə yodiddən daha hüclü əsasdır. İndi siz fərqi görmək üçün nükleofilliyə baxsanız, biz gördük ki, həlledici həqiqətən vacibdir, çünki həlledici nəyinsə reaksiya göstərməsinin nə qədər yaxşı olduğuna təair edir. Nükleofillikdə, protik və aprotik həlledici arasında fərqlər var. Protik həlledicidə, ən yaxşı nükleofilliyə sahib olan yodiddir, çünki bu hidrogen bağları tərəfindən əngəllənmir. Onun sıx qabığı yoxdur. Onun böyük molekulyar buludu var və bəzi insanlar düşünür ki, onun bir növ yumşaqlığı var. Bu buludun karbona çəkilə biləcəyi və lazım olanı edə biləcəyi bu polarizasiyaya sahibdir. Bu halda, yodid hidroksiddən daha yaxşı nükleofildir, o da flüorindən daha yaxşı nüklefildir. İndi birdən-birə həlledici ilə qarşılıqlı təsirlərin o qədər də əhəmiyyətli olmayacağı aprotik bir həlldə işlər dəyişir Bu vəziyyətdə təməllik vacibdir. Yəni aprotik bir həlldə əsaslıq və nükleofilikilik bir-biri ilə əlaqələndirilir. Buraya bir ulduz qoyacağam, çünki nükleofilliyin başqa bir cəhəti də var, hələ danışmadım, amma indi danışacağam. Belə bir situasiyada, hidroksid flüoriddən daha yaxşı reaksiyaya girir, hansı ki yodiddən daha yaxşıdır. Hər iki situasiyada bunun aəbəbi odur ki-- Yəni həlledici ilə əlaqə qura bilsə belə, hələ də yaxşı nükleofildir, çünki əgər hidroksid haqda düşünsəniz, onun ekstra elektronu var. Bunun haqqında düşünsəniz, xəyal edə bilərsiniz ki bu sudur icazə verin bu şəkildə çəkim. Bir protonun qaldığı və ya bir protondan bir elektron götürüldüyü su olduğunu təsəvvür edə bilərsiniz, buna görə normal olaraq iki cüt olardı və indi burada üçüncü bir cüt var. Oksigenin 1,2,3,4,5,6,7 valent elektronu var, neytral oksigendən 1 dənə çox, onun mənfi yükü var. Artıq əlavə bir elektron var bu mənfi yük verir, lakin oksigen həm də hidrogendən daha çox elektronegativdir, buna görə də bu onu hər halda bir az cəlb edə bilər. O çox əsas molekuldur. buna görə su kimi protik mühit bir az müdaxilə edə bilsə də, florid kimi bir şeydən daha yaxşı bir nükleofildir. Əgər həlledicini şəkildən çıxararsanız, bu çox güclü bir əsasdır.