Bu videoda etmək istədiyim nükleofillik və əsaslığın fərqlərini və nükleofilliyin nə qədər güclü olduğunu izah etməkdir. Fərq az bir səviyyədədir amma əslində bu çox böyük bir fərqdir. Və sizə göstərəcəm ki, niyə bunu ilk dəfə öyrənəndə başqarışdırıcı olur. Sn2 reaksiyalarını öyrənəndə, tam burda əlavə elektronu olan nükleofiliniz var. O mənfi yüklüdür. Və metil karbonunuz var. İcazə verin çəkim. Çıxan bir hidrogeniniz var. Arxasında bir hidrogen var. Yuxarıda da bir hidrogeniniz var. Birda isə tərk edən bor qrup var. Sn2 reaksiyasında, nükleofil bu elektronu karbona verəcək. Karbonun qismən müsbət yükü var. İcazə verin çəkim. Tərk edən qrupun qismən mənfi yükü var çünki o daha çox elektroneqativ olmağa meyillidir. Bu elektron karbona veriləndə eyni zamanda karbon elektronu əldə edəndə bu elektroneqativ tərk edən qrup karbondan bu elektronu ala bilir. Bitəndən sonra belə görünür. Metil karbonumuz var, arxasında hidrogen, önündə və üstündə hidrogen var. Tərk edən qrup ayrıldı. Burda elektronu var, amma indi magenta elektronu götürdü, indi mənfi yükü var və nükleofil tam burda elektronunu verdi və indi karbona bağlanıb. Bunu etməyimin səbəbi odur ki, çünki bu nükleofil kimi davranır. Nüvələri sevir. Əlavə elektronunu verir, amma həm də Lewis əsası kimi davranır. Bu keçmiş bilgiləri yada salmaq üçün idi. Lewis əsası ümumidir, düşünürəm ki, lewis əsası əsas olmağın nə demək olduğunu bir çox izahlarla əhatə edir. Lewis əsası o deməkdir ki, sən bir elektron donorsan. Burda baş verən dəqiqliklə budur. Bu nükleofil elektronunu karbona verir. O özünü bir Lewis əsası kimi aparır. Bunu ilk dəfə görəndə düşünə bilərsiniz ki, yaxşı bəs niyə kimyaçılar nükleofil kimi bir şeyi tərif edərkən bu qədər çətinlikdən keçirlər? Niyə onu sadəcə əsas adlandırmırlar? Niyə nükleofillik və əsaslıq kimi 2 fərqli konsept var? Fərq odur ki, nüklefillik kinetik konseptdir, hansı ki reakaiyaya girməkdə yaxşıdır. Reaksiya verməkdə nə qədər sürətlidir. Reaksiyaya girməsi üçün nə qədər əlavə enerjiyə ehtiyacı var? Yaxşı nükleofilliyi olanda. Reaksiya verməsi yaxşıdır. Bu sənə reaktantların əvvəl və ya sonra nə qədər dayanıqlı və ya dayanıqsız olduğunu demir, bu sadəcə deyir ki, onlar bir-biri ilə reaksiyaya girməkdə yaxşıdırlar. Əsaslıq termodinamik konseptdir. Bu sənə deyir ki, reaktantlar və reaksiya məhsulları nə qədər dayanıqlıdır. Bir şeyin necə reaksiya vermək istədiyini izah edir. Məsələn flüor situasiyasına baxaq. Gəlin bu barədə düşünək. Situasiyanı görürük, deyərdim ki flüorid, flüorid belə görünür. Flüorun 7 valent elektronu var və 1 əlavə elektron əldə edir. Flüorid əldə edirsiniz. Flüorid məntiqli olaraq əsasdır. Əsaslığı yoddan daha çoxdur. Amma bir protik məhlulda, icazə verin burda yazım. Amma protik məhlulda az nükleofillik. Və yenidən protik məhlulun ətrafında hidrogen protonları var.