Bu videoda etmək istədiyim nükleofillik və əsaslığın fərqlərini və nükleofilliyin nə qədər güclü olduğunu izah etməkdir. Fərq az bir səviyyədədir amma əslində bu çox böyük bir fərqdir. Və sizə göstərəcəm ki, niyə bunu ilk dəfə öyrənəndə başqarışdırıcı olur. Sn2 reaksiyalarını öyrənəndə, tam burda əlavə elektronu olan nükleofiliniz var. O mənfi yüklüdür. Və metil karbonunuz var. İcazə verin çəkim. Çıxan bir hidrogeniniz var. Arxasında bir hidrogen var. Yuxarıda da bir hidrogeniniz var. Birda isə tərk edən bor qrup var. Sn2 reaksiyasında, nükleofil bu elektronu karbona verəcək. Karbonun qismən müsbət yükü var. İcazə verin çəkim. Tərk edən qrupun qismən mənfi yükü var çünki o daha çox elektroneqativ olmağa meyillidir. Bu elektron karbona veriləndə eyni zamanda karbon elektronu əldə edəndə bu elektroneqativ tərk edən qrup karbondan bu elektronu ala bilir. Bitəndən sonra belə görünür. Metil karbonumuz var, arxasında hidrogen, önündə və üstündə hidrogen var. Tərk edən qrup ayrıldı. Burda elektronu var, amma indi magenta elektronu götürdü, indi mənfi yükü var və nükleofil tam burda elektronunu verdi və indi karbona bağlanıb. Bunu etməyimin səbəbi odur ki, çünki bu nükleofil kimi davranır. Nüvələri sevir.