Arif Kralın qarşısında sən və quş tərəfindən pərt edildikdən sonra əsəbi şəkildə otağı tərk etdi. Bir neçə saniyə sonra otağa qayıtdı. Dedi ki, "mənim səhvimdir". Üzr istəyirəm. Səhvin nə olduğunu anlamışam. Orada çox xırda yazı xətası var idi. Birinci həftə marketə gedib 2 kiloqram alma və 1 kiloqram banan alanda ümumi məbləğ 3 manat deyildi. Ümumi məbləğ 5 manat idi. Sən və quşun çox ağıllı olduğunu nəzərə alsaq, əminəm ki, bir kiloqram alma və bir kiloqram bananın qiymətini hesablaya bilərsən. Öz-özünüzə düşünürsünüz ki, ümumi məbləğ belə olarsa, bu sualın cavabı olacaqmı? Eyni dəyişənləri istifadə edək. Deyirsiniz ki, əgər a bir kiloqram almanın qiymətidirsə və b bir kiloqram bananın qiymətidirsə, bu birinci hissə bizə iki kiloqram almanın qiymətinin 2a olacağını deyir, çünki bir kiloqramının qiyməti a-dır. Bir kiloqram bananın qiyməti isə b olacaq, çünki bu, 1 kiloqram vur b-yə bərabərdir. İndi bunların cəmi 5 manat edəcək. Bu, düzəldilmiş qiymətdir. Əvvəl bizə deyilənə uyğun olaraq bu məlumat olduğu kimi qalacaq. 6 kiloqram almanın qiyməti 6a olacaq, 6 kiloqram vur a. 3 kiloqram bananın qiyməti isə 3b olacaq. 3 kiloqram vur b. Bu dəfə alma və bananın qiyməti 15 manat edəcək. Gəlin çıxma tətbiq edərək bunu həll etməyə çalışaq. a-ları ixtisar etmək istəyirsiniz. Burada 2a var. Burada isə 6a var. 2a-nı mənfi 3-ə vursaq, -6a alınacaq. Bu zaman ixtisar edə bilərik. Belə də edirsiniz. Tənliyi bütünlüklə vurursunuz. Sadəcə bir dəyişəni vura bilməzsiniz. Bərabərliyin qorunmasını istəyirsinizsə, bütün tənliyi -3 -ə vurursunuz. -3 -ə vururuq. 2a vur -3 = -6a b vur -3 = -3b 5 vur -3 = -15 Şübhəli nəsə baş verəcəkmiş kimi görünür. Çünki mavi ya da bənövşəyi tənliyin sol tərəfini yaşıl tənliyə əlavə etsəniz, 0 alınacaq. Bütün bunarın hamısı ixtisar olunacaq. Sağ tərəfdə 15-15 =0. 0=0 alınır, hansı ki, əvvəlki hesablamamızdan daha yaxşı görünür. Əvvəlki hesablamada 0=6 nəticəsini almışdıq. 0=0 ifadəsi bizə x və y-lər haqda heç nə demir. Bu, düzdür. 0=0 ifadəsi düzgündür, amma bu, x və y haqda heç bir məlmatı özündə əks etdirmir. Daha sonra quş Kralın qulağına pıçıldadı və Kral dedi ki, "Quş bunun qrafikini çəksəniz, nə baş verdiyini anlaya bilərsiniz, deyir." Bilirsiniz ki, quşun dediklərinə qulaq asmaq bizə faydalıdır. Bu ikisinin qrafikini çəkməyə çalışırsınız. Eyni qayda ilə edək. b oxumuz var. Bu bizim b oxumuzdur. Bu isə a oxumuzdur. İşarələyim - bir, iki, üç, dörd, beş və bir, iki, üç, dörd, beş Birinci tənlikdə hər iki tərəfdən 2a çıxsaq, y=mx+b formasında yazacam, b= -2a+5. Hər iki tərəfdən 2a çıxdım. Bunun qrafikini çəksək, b-ni a=0 b=5 olanda kəsəcək. Buradakı. Bucaq əmsalımız -2 -dir. Hər dəfə a-ya 1 əlavə etdikdə, məsələn a 0-dan 1-ə hərəkət etsə, b 2 vahid aşağı düşəcək. 2 vahid aşağı. Həll toplusunun qrafikini çəksək, ağ tənlik buna bənzəyəcək. Bütün bunlar banan və almaların qiymətidir. Gəlin ikinci tənliyi çəkək. Hər iki tərəfdən 6a çıxsaq, 3b=6a+15 alarıq. Hər iki tərəfi 3-ə bölə bilərik. 3-ə bölə bilərik. b= -2a+5 Maraqlıdır. Bunlar çox oxşardır, ya da eynidir deyə bilərik. b-ni kəsənimiz 5, bucaq əmsalımız isə -2a-dır. Bunlar mahiyyətcə eyni xətlərdir. Bu ikisi eyni şeydir. Buna baxırsınız və başa düşürsünüz ki, niyə 0=0 nəticəsini almışıq. Burada əslində sonsuz sayda həll var. Götürdüyünüz hansısa bir x və ona uyğun olan y bu ikisinin həlli olacaq. Deməli sonsuz sayda həlli var. Bu sizə maraqlı gəlir. Belə bir şey niyə baş verir? Quş yenidən kralın qulağına pıçıldadı və Kral dedi: "Quş deyir ki, bunun səbəbi marketə hər dəfə gedəndə eyni nisbətdə alma və banan almağınızdır." Yaşılda ağdakından 3 dəfə artıq alma və 3 dəfə artıq banan alınıb və ümumi məbləğ də 3 qat çox olub. Bütün situasiyalarda almanın və bananın hər kilosu üçün, əgər üç qat daha çox alma və üç qat daha çox banan alsanız və əlavə olaraq ümumi məbləğ də eyni olarsa, bu, bütün qiymətlər üçün doğru olacaq. Bu həqiqətən də sabitdir. Arifin yalan dediyini deyə bilmərik, amma bu, bizə lazımi qədər məlumat vermir. Bu, sabit sistemdir. Buradakı məlumat dəyişməzdir. Bunu yazım. Bu, sabitdir. 0=0 Burada şübhəli heç nə yoxdur. Lakin lazımi qədər məlumat verilməyib. Bu sistem asılıdır. Bu, asılıdır. Sonsuz sayda həll var. Bu xəttin üzərindəki hər hansısa bir nöqtə həlldir. Siz Arifə deyirsiniz ki, əgər həqiqətən də cavabı tapmağımızı istəyirsinizsə, bizə əlavə məlumat da verməlisiniz. Müxtəlif nisbətdə alma və banan almağınız daha yaxşı olardı.