İndi biz sizinlə tarixin ən məhşur
hadisəsini müzakirə edəcəyik
hansı ki, I Dünya Müharibəsini və ya
Böyük Müharibəni tətikləyən əsas amil olmuşdur.
İlkin təsəvvür üçün onu deyim ki,
1908-ci ildə Avstrya-Macarıstan imperiyası
Bosnya və Hersoqovinyanı formal olaraq özünə birləşdirmişdi.
Əslində 1800-cü illərin sonunda Osmanlıları
oradan çıxarmış və zəbt etmişdi.
Amma formal olaraq 1908-ci ildən birləşdirilmişdi.
Əlavə edim ki,
Osmanlıların Balkan yarmadasından çıxarıldığı dövrdə
Yuqoslaviyalıların, cənubi Slavyan xalqının
birləşmə istəyi daha da
alovlandı.
Yuqoslaviya dedikdə insanların ağlına
cənubi Slavyan xalqı gəlir.
Yəni onlar tam olaraq cənub xalqı sayılır.
Bu məlumat sizdə bir qədər millət haqqında fikir formalaşdırsın.
1908-ci ildə isə o artıq ələ keçirilmişdi.
Bu əhəmiyyətli dövlət gələcəkdə
Yuqoslaviyanın əsas hissəsini təşkil edəcəkdi,
amma indi formal olaraq Avstrya-Macarıstanın tərkibinə qatılıb.
Burada müstəqil krallıq olan Serbiya var.
Bu ərazini millətçi hərəkatının
ocağı kimi təsəvvür edin.
Əgər digər cənubi Slavyan dövlətlərini də
bu hərəkata daxil edilsəydi, bir gün böyük Yuqoslaviya qurulacaqdı.
İndi bu kontekslə 1914-cü ilə baxaq.
Gəlin bura bir xətt çəkim.
1914-cü ilə nəzər salaq.
28 iyun tarixə keçən ən məşhur
günlərdən biridir.
Frans Ferdinant və onun həyat yoldaşı Sofiya
Sarayevoya gedirlər hansı ki,
indi Bosniyaya birləşdirilib.
Onlar, orada olduğu
müddətdə hiylənin qurbanı olur.
Gənc Bosniyalılar adlı bir qrup tərəfindən
onlara qarşı suiqəst planı qurulur.
Bu millətçi qrup
Qara Əllə əlaqələndirilir.
Burada əlaqələr çoxdur. Çoxları deyir ki,
başqa bilinməyən, kölgədə
və səhnə arxasında
qalan başqa amillər də var.
Bəzi faktlar isə Serbiya krallığını göstərir.
Onlar Frans Ferdinanta qarşı
suiqəstə təşəbbüs etmişdilər.
Əslində bu heyrətamiz hekayə idi,
çünki əvvəlki suiqəst təşəbbüsü
tamamilə uğursuz olmuşdu.
Suiqəst etməyə çalışan
bir oğlan tutulmuşdu,
o sianid kapsulunu açıb sonra
çaya tullanmaq istəyirdi.
Sianid kapsulu təhlükəlidir.
Çay isə cəmi 25 sm dərinlikdə idi.
Xoşbəxtlikdən oğlan kapsul
əlində olarkən tutulmuşdu.
Digər konspirasiya Qavrilo Prinsipə aiddir,
bura qədər əməliyyat bir
dəfə uğursuzluğa uğramışdı,
ona görə də o suiqəstdən əlini üzmüşdü.
Sarayevoda əlində sendviçlə oturmuş
qurduğu əməliyyatın necə
uğursuz olduğunu düşünürdü.
Bütün bunlar baş verərkən plandakı səhvlik
Frans Ferdinantın səyahət
planı ilə bağlı olmuşdu.
Onun maşını Sarayevoda
Qavrilo Prinsipin düz yanından keçir.
O bunu görür, təsadüfdən
onlar yolu səhv
gedirlər və yenidən
Qavrilonun yanından keçməli
olurlar.
Yadınıza salım ki, bundan bir gün əvvəldən
onun qorumaları ona qarşı suiqəst planının
qurulmasından xəbərdar idilər.
Ona görə də daha diqqətli olmalı idilər.
Qavrilo Prinsip ayağa qalxır, sendviçini masaya qoyur
və Frans Ferdinantla Sofiyanın
maşınını gördüyü yerə gedir.
Sürücü isə səhvə
yol vermişdi və
təhlükəsizliyi diqqətə almamışdı.
Onlar geri qayıtmağa çalışırlar amma bu vəziyyəti
daha da pisləşdirir, çünki maşın hərəkət etmirdi.
Qavrilo Prinsip maşına doğru hərəkət edir
və Frans Ferdinantla Sofiyaya atəş açır.
Məsələnin əhəmiyyətinə fikir verin.
Frans Ferdinant Avstryanın varisi idi.
O, Avstrya-Macarıstanın kralı
Frans Cozefin əmisi oğlu idi.
Yəni imperiyanın davamçısı o idi.
Amma Qavrilo Prinsip onu öldürdü.
Qavrilo Prinsip Frans
Ferdinata qarşı suiqəst etdi.
Qavrilo Prinsipdən sonra burada
bir şəkil var. Ümid edirəm ki,
bu Qavrilonun özüdür,
bu hadisədən sonra o həbs olunur.
Baş verənlər Yuqoslav
millətçi hərəkatına
necə əlaqələndirildiyini
tam olaraq göstərir.
Bayaq qeyd etdim ki, o həbs olunmuşdu.
"Mən Yuqoslav millətçisiyəm, məqsədim
bütün Yuqoslaviyanı vahid
halda birləşdirməkdir,
məni dövlətin quruluşu maraqlandırmır,
necə olur olsun, amm
Avstryadan azad olsun".
Bu deyilənlər suiqəst
millətçi hərəkatını ruhlandırdı, Bosniya və
Hersoqovinyanı Serbiyaya birləşdirmək, hətta
Xorvatiyanı, Bosniya və Hersoqoviniyanı,
və Serbiyanı vahid hala
salmaq istəklərini coşdurdu.
Bu suiqəstin gələcək videolarda
I Dünya Müharibəsinin
tətikləyicisi olduğunu
görəcəksiniz.
Bunun səbəbini də biləcəksiniz,
çünki burada sitat gətirmək
üçün bir çox amil var.
Siz mübahisə edə
bilərsiniz ki, axı Avropada
bir çox imperiyalar konflikt üçün
artıq silahlanmışdılar.
Amma görəcəksiniz ki, bütün bu ittifaqlar
özləri Avropadakı dominoların
yıxılmağına icazə verib.
Çünki bu imperiyalar özləri
bir-birləri ilə müharibə
etmək istəyirdi.