Bu videoda onluq kəsrlərin
qüvvətə yüksəldilməsinə aid
nümunələrə baxaq.
0,2 üstü 3.
Videonu dayandırın və
cavabı tapın.
Hər hansı bir ədədi 3-cü
qüvvətə yüksəltmək həmin ədədi
3 dəfə özünə vurmaq deməkdir.
0,2 vur 0,2 vur 0,2.
Bu nəyə bərabərdir?
0,2 vur 0,2 0,04-ə bərabərdir.
2 vur 2 4-ə bərabərdir.
Onluq kəsr işarəsindən sonra
bir rəqəm artırmalıyıq.
Burada da onluq kəsr işarəsinin sağında
bir rəqəm olduğu üçün
kəsr işarəsindən sonra iki rəqəm yazmalıyıq,
yəni 0,04.
Daha sonra bunu yenidən 0,2-yə
vururuq.
Bu ikisinin hasili
nəyə bərabərdir?
4 vur 2 = 8.
Onluq kəsr işarəsinin sağında
1, 2, 3 ədəd var.
Odur ki, cavabda da onluq kəsr işarəsindən
sağda 1, 2, 3 rəqəm olmalıdır.
Bunu daha yaxşı anlamaq üçün
başqa bir nümunəyə baxaq.
0,9 kvadratı nəyə bərabərdir?
Videonu dayandırın və cavabı tapmağa
çalışın.
Bu, 0,9 vur 0,9 deməkdir.
Bunun cavabı nəyə bərabərdir?
Bildiyiniz kimi 9 vur 9
81-ə bərabərdir.
Hasili tapılan bu iki ədəddə
onluq kəsr işarəsindən sağda
ümumi 2 rəqəm var.
Deməli, cavabda da onluq kəsr işarəsindən
sağda
1, 2 rəqəm olmalıdır.
Onluq kəsr işarəsini buraya əlavə edirik.
Cavabda 0,81 alınır.
Başqa sözlə desək,
9 ondabir vur 9 ondabir
81 yüzdəbirə bərabərdir.
Onluq kəsrlərin qüvvətə yüksəldilməsi
tam kəsrlərin qüvvətə yüksəldilməsi kimidir.
Sadəcə olaraq, onluq kəsr işarəsinin
yerinə diqqət etməliyik.