y = 1/3x çıx 2 tənliyinin qrafikini quraq. Bu formada olan tənliklər düz xəttin tənliyidir. Bunun ümumi düsturu y = mx üstəgəl b-dir. Burada m bucaq əmsalıdır. Bu nümunədə m 1/3-ə bərabərdir. Gəlin yazaq. m = 1/3, b isə y kəsişəndir. Bu nümunədə b mənfi 2-yə bərabərdir. b-nin y kəsişən olduğunu bilirik. Çünki bu nöqtədə x = 0. Burada x = 0 olarsa, bu ifadə 0-a bərabər olur və y = b alınır. Buna görə də b y kəsişəndir. Belə bir tənliyin qrafikini çəkmək çox asandır. b y kəsişəndir. Yəni bu nümunədə b mənfi 2-dir. Bu o deməkdir ki, y = mənfi 2 nöqtəsində x 0-a bərabərdir. Mənfi 1, mənfi 2, bu 0 nöqtəsidir, mənfi 2. Burada qeyri-adi heç nə yoxdur. x = 0 qiymətini yerinə yazmaqla bunu yoxlaya bilərsiniz. x = 0 olarsa, bunlar ixtisar olunar və y = mənfi 2 alınar. Bu, y kəsişəndir. Xəttin bucaq əmsalı isə 1/3-dir. x-də dəyişmə baş verdikdə, y nə qədər dəyişir? Burada bucaq əmsalı 1/3-ə bərabərdir. Başqa sözlə desək, y-dəki dəyişmə böl x-dəki dəyişmə 1/3-ə bərabərdir. Yəni x 3 vahid dəyişirsə, y 1 vahid dəyişəcək. Gəlin qrafiki çəkək. Bildiyiniz kimi bu nöqtə qrafik üzərində olacaq. Bu, y kəsişəndir. Bucaq əmsalına əsasən x 3 vahid dəyişsə, x-də 3 vahid sağa gedək, 1, 2, 3, y 1 vahid dəyişəcək. Bu nöqtə də qrafik üzərində olmalıdır. Davam edək. x 3 vahid dəyişdikdə, y 1 vahid dəyişir. x 3 vahid azalsa, y 1 vahid azalacaq. x 6 vahid azalsa, y 2 vahid azalacaq. Nisbət eyni qalır. 1, 2, 3, 4, 5, 6. 1, 2. Gördüyünüz kimi bütün bu nöqtələr qrafik üzərindədir. Bu düz xətt bu tənliyin qrafikidir. Bunu tam çəkək. Qrafik təxmini belə görünəcək. Bu qədər.