İspanlar Yeni Dünyadakı ilk müstəmləkəçi olmaqlarına baxmayaraq Amerikada uzun müddət tək qalmadılar. Hernan Kortes Tenoçtitlanı ələ keçirdikdən cəmi üç il sonra Fransa hökuməti ilk kəşfiyyatçısını Şimali Amerikanın ətrafında dolaşmaq və bir çox avropalı kəşfiyyatçıların axtardığı Şərqə keçidi tapmaq üçün göndərdi. Həmin kəşfiyyatçılar Şimal-qərb keçidini tapa billmədilər, çünki elə bir keçid mövcud deyildi, lakin ispanlar kimi onlarda Amerikanın çoxlu sərvətə sahib olduğunu anladılar. Bu videoda Yeni Dünyadakı iki az tanınan Avropa koloniyaları haqqında məlumat verəcəm. Yeni Fransa və Yeni Hollandiya. Karib dənizi, Meksika, Cənubi Amerikadakı Yeni İspaniya ilə müqayisədə bu koloniyalar olduqca kiçik idi. Lakin həmin koloniyalar haqqında məlumat əldə etmək vacibdir, çünki onlar müstəmləkəçi güclərin fərqli məqsədlərinin Yeni Dünyada fərqli məskunlaşma növlərinə səbəb olduğunu və avropalılar və yerli amerikalılar arasında fərqli əlaqələr olduğunu göstərir. Bu xəritədə görmək çətin olsa da, həmin koloniyalar əsas diqqətlərini iki çaya yönəltmişdilər: Müqəddəs Lavrentiya çayı və Hudson çayı, ... Bu çayların ətrafında Kanadadakı Kvebek şəhəri, Montreal, əvvəlcə Nyu Amsterdam, sonra isə Nyu York adlanan müstəmləkəçilər tərəfindən təsis edilən məşhur şəhərləri görə bilərsiniz. Burada, əvvəllər Nyu Amsterdam, sonra isə Nyu York Siti kimi tanınan ərazidə Manhetten adası yerləşir. Bu xəritəyə əsasən belə bir sual verə bilərsiniz: Nə üçün İspaniya koloniyaları bu qədər geniş ərazini əhatə etdiyi halda, Yeni Fransa və Yeni Hollandiya koloniyaları sadəcə bu iki çay boyu ərazilərlə kifayətlənib? Bunun səbəbi məqsədlərdir. Yeni Fransa və Yeni Hollandiya koloniyaları çay ətrafında yerləşirdi, dəmir yolunun ixtirasına qədər çaylar əsas maqistral yol hesab edilirdi, həmin iki ölkə əsasən ticarətlə maraqlanırdı. Bu haqda bir qədər ətraflı məlumat verək. Fransız və holland tədqiqatçılar Şimali Amerikanın şimal hissəsində yaşayan yerli amerikalılardan qiymətli xəzlər əldə etməyə çalışırdılar, onlar həmin xəzləri daha sonra Avropada satmağı düşünürdülər. Avropa müstəmləkəçiliyi başlamazdan çox əvvəl Avropada ovçuluq nəticəsində qunduzlar tükənmək üzrə idi, qunduz dəriləri adətən bəzəkli papaqlar yaratmaq üçün istifadə edilirdi. Bu, sonrakı dövrlərə aid papaqdır. Həmin dövrdə avropalılar yerli amerikalılarla xəz ticarəti prosesində bərabər əsasda görüşürdülər. Avropalılar qunduz dəriləri, digər heyvanların dərilərini, balıq istəyirdilər. Balıq indiki ABŞ-ın Şimal-şərqi və Kanada ərazisi olan Şimal regionunda olduqca asanlıqla tədarük edilirdi. Bu ticarət avropalılar və yerli amerikalılar arasındakı əlaqəyə necə təsir edirdi? Onlar arasındakı əlaqə ispanlar və yerli amerikalılar arasındakı əlaqəyə nəzərən daha səmimi idi, geniş əməkdaşlıq münasibətləri var idi. Avropalılar qunduz ovlamaq üçün yüzlərlə fransızı Kanadaya göndərmək əvəzinə, yerli amerikalılara müəyyən məbləğdə pul qarşılığında onlar üçün qunduz ovlamağı təklif etdilər. Nəticədə, Yeni Hollandiya və Yeni Fransadakı fransız və holland mühacirlərin sayı Yeni İspaniya ilə müqayisədə olduqca az idi. Onların sayı az olduğundan hər hansı bir iş zamanı yerli amerikalıların şərtləri ilə razılaşmalı olurdular. İspanlar isə silahlardan və iri itlərdən istifadə edərək, yerli amerikalıları özləri üçün işləməyə məcbur edirdi. Fransızlar və hollandalar daha çox ticarətlə məşğul olur, bir-birlərinə ticari hədiyyələr verir və əlaqələrini nikah vasitəsilə inkişaf etdirməyə çalışırdılar. Fransız tacirlər yerlilərin dillərini öyrənir, yerli qadınlarla evlənərək ailənin bir hissəsi olmağa çalışırdı. Onlar hətta öz düşmənlərinə qarşı yerli Amerika qəbilələri ilə ittifaq olurdular. 1609-cu ildə fransız tədqiqatçısı Samuel de Şampleyn alqonkvinlərə irokezlərlə müharibədə kömək etmişdi. Yeni Fransa kimi Yeni Hollandiya da əsas diqqətini ticarətə yönləndirmişdi. Manhetten adası ticarət üçün əlverişli ərazi hesab edilirdi. Nyu Amsterdam holland şirkəti olan Vest-Hind tərəfindən idarə edilirdi. Həmin şirkət Şimali Amerikadan gətirilə bilən bütün məhsulları Avropaya göndərirdi. Bu xəritəyə baxmaqla bu ərazidə məskənləşən avropalıların əsas maraqlarını müəyyənləşdirə bilərik. Qiymətli dəriləri olan qunduzların, hind toyuqlarının, tülkülərin, ayıların harada tapıla biləcəyini görürsünüz. Burada həmçinin yerli Amerika qəbilələrinin sıx məskunlaşdığı əraziləri də görə bilərsiniz. Həmin ərazilərdən biri də burada göstərilən Mahikan kəndidir. Fransızlar və hollandlar yerli amerikalılarla dəri ticarəti etdikləri üçün bütün bu ərazilərin adlarını öyrənib, onları xəritədə göstərməyə çalışırdılar. Yerli kəndlər haqqında ətraflı məlumat verən ispan xəritəsini təsəvvür etmək belə çox çətindir. Yadda saxlamaq lazımdır ki, avropalılar Yeni Dünyadakı sərvətlər üçün bir-biri ilə rəqabət aparırdılar. Onlar yerli amerikalılarla xəz ticarəti üçün ən yaxşı ticarət sövdələşməsi hazırlamağa və digər xalqları bu ticarətdən kənarlaşdırmağa çalışırdılar. Məsələn, hollandlar irokezlərlə ticari əməkdaşlıq edirdilər, çünki irokezlər fransızların müttəfiqi olan alqonkvinlərə düşmən idi. Avropalılar Avropanı xəzlə təmin etmək üçün yerli amerikalıları öz tərəflərinə çəkməyə çalışdıqları kimi, həmçinin yerli amerikalılar da Amerikanı Avropa məhsulları ilə təmin etmək üçün avropalıları qəbilələrarası çəkişmələrə cəlb edirdilər. Hər bir xalqın müstəmləkəçilik məqsədlərini nəticələri ilə müqayisə etmək, koloniyalarda hansı insanların məskunlaşdığı, onların yerli amerikalılarla münasibəti, müstəmləkəçilərin yerli amerikalıları xristianlığa tabe etmək cəhdləri haqqında da qısa məlumat vermək istəyirəm. İspaniyanın əsas məqsədi tez zamanda Amerika sərvətlərini Avropaya daşımaq, Amerikada tütün və şəkər plantasiyaları təsis etmək, mümkün qədər çox insanı lazım gələrsə, zor gücünə katolikliyi qəbul etməyə məcbur etmək idi. Yeni Dünyaya gələn ispan sakinləri yerli xalqla pis rəftar edir, onları əsarət altına almağa çalışırdılar. İspanların yerli qadınlar və afrikalı qadınlarla evlənməyi irqi sistemdə böyük dəyişikliklərə səbəb olmuşdu. Fransa və Hollandiya buraya ticarət üçün gəlmişdi. Onlar xəz və balıq istədəkiləri üçün yerli xalqla mehriban rəftar etməyə çalışırdılar, həmçinin yerli qadınlarla evlənərək özləri ovçuluqla məşğul olmaq əvəzinə, yerli xalqın onlar üçün ovçuluq etməyini təmin etmək istəyirdilər. Yeni Fransa və Yeni Hollandiyaya gələnlərin sayı ispanlar qədər çox deyildi. İspanların əksinə, fransızlar yerli xalqı katolikliyə çevirməyə cəhd etmiş, lakin nadir hallarda güc tətbiq etmişdilər. Növbəti videolarda Britaniya koloniyaları haqqında məlumat verəcəm. İspan, fransız, hollanda koloniyaları haqqında öyrəndiklərinizi yadınızda saxlayın ki, daha sonra onları ingilis koloniyaları ilə müqayisə edə biləsiniz. ... ... ... ... ... ... ... ... ..