İspanlar Yeni Dünyadakı ilk
müstəmləkəçi olmaqlarına baxmayaraq
Amerikada uzun müddət tək qalmadılar.
Hernan Kortes Tenoçtitlanı
ələ keçirdikdən cəmi üç il sonra
Fransa hökuməti ilk kəşfiyyatçısını
Şimali Amerikanın
ətrafında dolaşmaq və
bir çox avropalı kəşfiyyatçıların axtardığı
Şərqə keçidi
tapmaq üçün göndərdi.
Həmin kəşfiyyatçılar
Şimal-qərb keçidini tapa billmədilər,
çünki elə bir keçid mövcud deyildi,
lakin ispanlar kimi onlarda
Amerikanın çoxlu sərvətə sahib olduğunu
anladılar.
Bu videoda Yeni Dünyadakı
iki az tanınan Avropa koloniyaları haqqında
məlumat verəcəm.
Yeni Fransa və
Yeni Hollandiya.
Karib dənizi, Meksika,
Cənubi Amerikadakı Yeni İspaniya ilə
müqayisədə
bu koloniyalar olduqca kiçik idi.
Lakin həmin koloniyalar haqqında
məlumat əldə etmək vacibdir,
çünki onlar
müstəmləkəçi güclərin fərqli məqsədlərinin
Yeni Dünyada fərqli məskunlaşma
növlərinə səbəb olduğunu
və avropalılar və yerli amerikalılar arasında
fərqli əlaqələr olduğunu göstərir.
Bu xəritədə görmək çətin olsa da,
həmin koloniyalar
əsas diqqətlərini iki çaya yönəltmişdilər:
Müqəddəs Lavrentiya çayı və
Hudson çayı,
...
Bu çayların ətrafında
Kanadadakı Kvebek şəhəri,
Montreal, əvvəlcə Nyu Amsterdam,
sonra isə Nyu York adlanan
müstəmləkəçilər tərəfindən təsis edilən
məşhur şəhərləri
görə bilərsiniz.
Burada, əvvəllər Nyu Amsterdam,
sonra isə Nyu York Siti kimi tanınan ərazidə
Manhetten adası yerləşir.
Bu xəritəyə əsasən belə bir sual
verə bilərsiniz:
Nə üçün İspaniya koloniyaları bu qədər
geniş
ərazini əhatə etdiyi halda,
Yeni Fransa və Yeni Hollandiya koloniyaları
sadəcə bu iki çay boyu
ərazilərlə kifayətlənib?
Bunun səbəbi məqsədlərdir.
Yeni Fransa və Yeni Hollandiya koloniyaları
çay ətrafında yerləşirdi,
dəmir yolunun ixtirasına qədər
çaylar əsas maqistral yol hesab edilirdi,
həmin iki ölkə əsasən ticarətlə
maraqlanırdı.
Bu haqda bir qədər ətraflı məlumat verək.
Fransız və holland tədqiqatçılar
Şimali Amerikanın şimal hissəsində
yaşayan yerli amerikalılardan
qiymətli xəzlər əldə etməyə çalışırdılar,
onlar həmin xəzləri daha sonra
Avropada satmağı düşünürdülər.
Avropa müstəmləkəçiliyi başlamazdan
çox əvvəl
Avropada ovçuluq nəticəsində
qunduzlar tükənmək üzrə idi,
qunduz dəriləri adətən bəzəkli papaqlar
yaratmaq üçün
istifadə edilirdi.
Bu, sonrakı dövrlərə aid
papaqdır.
Həmin dövrdə
avropalılar yerli amerikalılarla
xəz ticarəti prosesində
bərabər əsasda görüşürdülər.
Avropalılar qunduz dəriləri,
digər heyvanların dərilərini, balıq istəyirdilər.
Balıq indiki ABŞ-ın Şimal-şərqi və
Kanada ərazisi olan Şimal regionunda
olduqca asanlıqla tədarük edilirdi.
Bu ticarət avropalılar və yerli amerikalılar
arasındakı əlaqəyə necə təsir edirdi?
Onlar arasındakı əlaqə ispanlar və
yerli amerikalılar
arasındakı əlaqəyə nəzərən
daha səmimi idi,
geniş əməkdaşlıq münasibətləri var idi.
Avropalılar qunduz ovlamaq üçün
yüzlərlə fransızı Kanadaya göndərmək əvəzinə,
yerli amerikalılara müəyyən
məbləğdə pul qarşılığında
onlar üçün qunduz ovlamağı
təklif etdilər.
Nəticədə, Yeni Hollandiya və Yeni Fransadakı
fransız və holland mühacirlərin sayı
Yeni İspaniya ilə müqayisədə
olduqca az idi.
Onların sayı az olduğundan hər hansı
bir iş zamanı
yerli amerikalıların şərtləri ilə
razılaşmalı olurdular.
İspanlar isə silahlardan və iri itlərdən
istifadə edərək, yerli amerikalıları özləri üçün
işləməyə məcbur edirdi.
Fransızlar və hollandalar daha çox
ticarətlə məşğul olur, bir-birlərinə ticari
hədiyyələr verir və əlaqələrini nikah
vasitəsilə inkişaf etdirməyə çalışırdılar.
Fransız tacirlər yerlilərin dillərini
öyrənir, yerli qadınlarla evlənərək
ailənin bir hissəsi olmağa çalışırdı.
Onlar hətta öz düşmənlərinə qarşı
yerli Amerika qəbilələri ilə ittifaq olurdular.
1609-cu ildə
fransız tədqiqatçısı
Samuel de Şampleyn
alqonkvinlərə irokezlərlə müharibədə
kömək etmişdi.
Yeni Fransa kimi
Yeni Hollandiya da əsas diqqətini ticarətə
yönləndirmişdi.
Manhetten adası ticarət üçün
əlverişli ərazi hesab edilirdi.
Nyu Amsterdam holland şirkəti olan
Vest-Hind tərəfindən idarə edilirdi.
Həmin şirkət Şimali Amerikadan gətirilə bilən
bütün məhsulları
Avropaya göndərirdi.
Bu xəritəyə baxmaqla bu ərazidə məskənləşən
avropalıların əsas maraqlarını
müəyyənləşdirə bilərik.
Qiymətli dəriləri olan qunduzların,
hind toyuqlarının, tülkülərin,
ayıların harada tapıla biləcəyini görürsünüz.
Burada həmçinin yerli Amerika qəbilələrinin
sıx məskunlaşdığı əraziləri də
görə bilərsiniz.
Həmin ərazilərdən biri də burada göstərilən
Mahikan kəndidir.
Fransızlar və hollandlar yerli amerikalılarla
dəri ticarəti etdikləri üçün bütün bu
ərazilərin adlarını öyrənib,
onları xəritədə göstərməyə
çalışırdılar.
Yerli kəndlər haqqında ətraflı məlumat
verən
ispan xəritəsini təsəvvür etmək
belə çox çətindir.
Yadda saxlamaq lazımdır ki,
avropalılar Yeni Dünyadakı sərvətlər üçün
bir-biri ilə rəqabət aparırdılar.
Onlar yerli amerikalılarla xəz ticarəti üçün
ən yaxşı ticarət sövdələşməsi hazırlamağa və
digər xalqları bu ticarətdən
kənarlaşdırmağa çalışırdılar.
Məsələn, hollandlar irokezlərlə
ticari əməkdaşlıq edirdilər, çünki
irokezlər fransızların müttəfiqi olan
alqonkvinlərə düşmən idi.
Avropalılar Avropanı xəzlə
təmin etmək üçün
yerli amerikalıları öz tərəflərinə
çəkməyə çalışdıqları kimi,
həmçinin yerli amerikalılar da
Amerikanı Avropa məhsulları ilə
təmin etmək üçün avropalıları
qəbilələrarası çəkişmələrə cəlb edirdilər.
Hər bir xalqın müstəmləkəçilik
məqsədlərini nəticələri ilə
müqayisə etmək,
koloniyalarda hansı insanların məskunlaşdığı,
onların yerli amerikalılarla münasibəti,
müstəmləkəçilərin yerli amerikalıları
xristianlığa tabe etmək cəhdləri
haqqında da qısa məlumat vermək istəyirəm.
İspaniyanın əsas məqsədi
tez zamanda Amerika sərvətlərini
Avropaya daşımaq,
Amerikada tütün və
şəkər plantasiyaları təsis etmək,
mümkün qədər çox insanı lazım gələrsə,
zor gücünə katolikliyi qəbul etməyə
məcbur etmək idi.
Yeni Dünyaya gələn ispan sakinləri
yerli xalqla pis rəftar edir,
onları əsarət altına almağa çalışırdılar.
İspanların
yerli qadınlar və
afrikalı qadınlarla evlənməyi
irqi sistemdə böyük dəyişikliklərə
səbəb olmuşdu.
Fransa və Hollandiya buraya
ticarət üçün gəlmişdi.
Onlar xəz və balıq istədəkiləri üçün
yerli xalqla mehriban rəftar etməyə
çalışırdılar, həmçinin
yerli qadınlarla evlənərək
özləri ovçuluqla məşğul olmaq əvəzinə,
yerli xalqın onlar üçün
ovçuluq etməyini təmin etmək istəyirdilər.
Yeni Fransa və Yeni Hollandiyaya
gələnlərin sayı ispanlar qədər
çox deyildi.
İspanların əksinə,
fransızlar yerli xalqı katolikliyə çevirməyə
cəhd etmiş,
lakin nadir hallarda güc tətbiq etmişdilər.
Növbəti videolarda Britaniya
koloniyaları haqqında
məlumat verəcəm.
İspan, fransız, hollanda koloniyaları
haqqında
öyrəndiklərinizi yadınızda saxlayın ki,
daha sonra onları ingilis koloniyaları ilə
müqayisə edə biləsiniz.
...
...
...
...
...
...
...
...
..