8 böl 4/10 ifadəsinin cavabını tapmağa çalışaq. Misalı birlikdə həll etməzdən əvvəl videonu dayandırıb cavabı özünüz tapmağa çalışın. Misalı həll etməyin üsullarında biri hər bir həddi ondabir kimi yazmaqdır. Niyə ondabir? Çünki ikinci ədədimiz 4/10-dür. 8-i ondabir kimi necə yaza bilərik? Bildiyiniz kimi 1 tam 10/10-a bərabərdir. Deməli, 8 tam 80/10-ə bərabərdir. Odur ki, misalı yenidən yazaq. 8 əvəzinə 80/10 yaza bilərik. 80/10 böl 4/10. 4/10. Ədədin 80 hissəsini həmin ədədin 4 hissəsinə bölsək, cavabda neçə alınar? 80 böl 4 80 böl 4 ifadəsinin cavabını tapaq. Gəlin onu burada yazaq. Bu 80/4, yəni 80 böl 4-dür. 8 böl 4 = 2. Odur ki, 80 böl 4 = 20. Yəni, 8 böl 0.4 = 20. Başqa bir üsula nəzər salaq. 8 böl 0.4 ifadəsini 8/0.4 kimi yazaq. 8/0.4. İfadəni bu formada yazdıqda belə bir sual yarana bilər: "elə bir ədəd var ki, surəti və məxrəci həmin ədədə vurduqda məxrəcdə onluq kəsr olmasın?" Bəli, məxrəci 10-a vura bilərik. Kəsrin qiymətini dəyişməmək üçün surəti də həmin ədədə vurmalıyıq. Cavabda nə alınacaq? Gəlin hesabalayaq. Burada, məxrəcdə 4 alınır. Onluq kəsrdən azad olduq. Surətdə isə 80 alınır. 80/4 = 20. Başa bir nümunəyə baxaq. Bu dəfə yüzdəbirlərə aid misal həll edək. 48 böl 0.24 və ya 24/100 ifadəsinin cavabı nəyə bərabərdir? Videonu dayandırıb cavabı özünüz tapmağa çalışın. Yenə eyni üsuldan istifadə edə bilərik. Bu dəfə misalda yüzdəbirlər olduğundan misaldakı bütün həddləri yüzdəbirlər formasında yazaq. 48 neçə yüzdəbirə bərabərdir? Bildiyiniz kimi 1 100/100-ə bərabərdir. Deməli, 48 də 48 vur 100/100-ə bərabərdir. Bunu belə yaza bilərik. Bu 4800-dür yoxsa 4800/100? Gəlin bunu belə yazaq: 4800/100 böl 0.24. 24/100. Cavab nə olacaq? Burada da yenə eyni üsuldan istifadə edirik. Hər hansı bir ədədin 4800 hissəsini həmin ədədin 24 hissəsinə bölsək, yəni, 4800 böl 24, cavabda 4800/24 alınar. 4800-ü 48 vur 100 kimi yaza bilərik. Bu 48 vur 100 böl 24 deməkdir. Burada gördüyünüz bu hissə 48/24 kimi yazıla bilər. 48/24. Bunun cavabını bəziləriniz artıq tapmısınız, vur 100. 48/24 nəyə bərabərdir? Bu ifadənin cavabı ikiyə bərabərdir. 2 vur 100 = 200. Deməli, cavab 200-ə bərabərdir. Bu misalı burada göstərilən üsulla da hesablamaq olardı. Başqa sözlə desək, 48/0.24 yaza bilərdik. Bu zaman surət və məxrəci 10-a vurmaq əvəzinə, surətdə və məxrəcdə tam ədəd almaq üçün başqa bir qiymətə vurmalıyıq. Videonu izlədikdən sonra misalı bu üsulla həll etməyə çalışın.