8 böl 4/10 ifadəsinin
cavabını tapmağa çalışaq.
Misalı birlikdə həll etməzdən əvvəl
videonu dayandırıb
cavabı özünüz tapmağa çalışın.
Misalı həll etməyin üsullarında biri
hər bir həddi ondabir kimi yazmaqdır.
Niyə ondabir?
Çünki ikinci ədədimiz 4/10-dür.
8-i ondabir kimi necə yaza bilərik?
Bildiyiniz kimi 1 tam
10/10-a bərabərdir.
Deməli, 8 tam 80/10-ə bərabərdir.
Odur ki, misalı yenidən yazaq.
8 əvəzinə 80/10 yaza bilərik.
80/10
böl 4/10.
4/10.
Ədədin 80 hissəsini
həmin ədədin 4 hissəsinə bölsək,
cavabda neçə alınar?
80 böl 4
80 böl 4 ifadəsinin cavabını tapaq.
Gəlin onu burada yazaq.
Bu 80/4, yəni
80 böl 4-dür.
8 böl 4 = 2.
Odur ki, 80 böl 4 = 20.
Yəni, 8 böl 0.4 = 20.
Başqa bir üsula nəzər salaq.
8 böl 0.4 ifadəsini
8/0.4 kimi yazaq.
8/0.4.
İfadəni bu formada yazdıqda
belə bir sual yarana bilər: "elə bir ədəd var ki,
surəti və məxrəci həmin ədədə vurduqda
məxrəcdə onluq kəsr olmasın?"
Bəli, məxrəci 10-a vura bilərik.
Kəsrin qiymətini dəyişməmək üçün
surəti də həmin ədədə vurmalıyıq.
Cavabda nə alınacaq?
Gəlin hesabalayaq.
Burada, məxrəcdə
4 alınır.
Onluq kəsrdən azad olduq.
Surətdə isə 80 alınır.
80/4 = 20.
Başa bir nümunəyə baxaq.
Bu dəfə yüzdəbirlərə aid misal həll edək.
48 böl
0.24 və ya
24/100 ifadəsinin
cavabı nəyə bərabərdir?
Videonu dayandırıb
cavabı özünüz tapmağa çalışın.
Yenə eyni üsuldan istifadə edə bilərik.
Bu dəfə misalda yüzdəbirlər olduğundan
misaldakı bütün həddləri
yüzdəbirlər formasında yazaq.
48 neçə yüzdəbirə bərabərdir?
Bildiyiniz kimi 1 100/100-ə bərabərdir.
Deməli, 48 də
48 vur 100/100-ə bərabərdir.
Bunu belə yaza bilərik.
Bu 4800-dür
yoxsa 4800/100?
Gəlin bunu belə yazaq:
4800/100
böl 0.24.
24/100.
Cavab nə olacaq?
Burada da yenə eyni üsuldan
istifadə edirik.
Hər hansı bir ədədin 4800 hissəsini
həmin ədədin
24 hissəsinə bölsək,
yəni, 4800 böl 24,
cavabda 4800/24
alınar.
4800-ü 48 vur 100 kimi yaza bilərik.
Bu 48 vur 100
böl 24 deməkdir.
Burada gördüyünüz bu hissə
48/24 kimi yazıla bilər.
48/24. Bunun cavabını bəziləriniz artıq tapmısınız,
vur 100.
48/24 nəyə bərabərdir?
Bu ifadənin cavabı ikiyə bərabərdir.
2 vur 100 = 200.
Deməli, cavab 200-ə bərabərdir.
Bu misalı burada göstərilən
üsulla da hesablamaq olardı.
Başqa sözlə desək,
48/0.24 yaza bilərdik.
Bu zaman surət və məxrəci
10-a vurmaq əvəzinə,
surətdə və məxrəcdə tam ədəd almaq üçün
başqa bir qiymətə vurmalıyıq.
Videonu izlədikdən sonra
misalı bu üsulla həll etməyə çalışın.