Mən dizayner və müəlliməm.
Mən multi iş görən insanam və öz
tələbələrimə də
kreativ, multi tapşırıqlı dizayn prosesini
icra etdirirəm.
Amma multi iş görmək nə dərəcədə
səmərəlidir?
Gəlin bir qədər mono iş barədə düşünək.
Bir neçə nümunə.
Buna baxın.
Bu mənim multi işimin nəticəsidir. (Gülüş)
Eyni anda bişirməyə çalışmaq, telefona
cavab vermək,
SMS yazmaq və bəlkə də bu gözəl
barbekyu ilə bağlı
bir neçə foto paylaşmaq.
Çox adam super çox iş görənlərlə
bağlı hekayələr danışır,
bunlar multi iş mühitini idarə edə bilən
və əhalinin cəmi 2 % -ni təşkil edən
insanlardır.
Bəs özümüz, bəs reallıq?
Ən son nə zaman dostunuzun
sadəcə səsindən ləzzət almısınız?
Bu mənim üzərində işlədiyim proyektimdir,
öz super, hiper
mobil telefonlarımızın
(Gülüş) (Alqışlar)
mobil telefonlarımmızın öz əsas
funksiyaları ilə
limitlənməsi proyekti üçün telefon örtükləridir.
Başqa bir nümunə: Venesiyada olmusunuz?
Özümüzü bu adanın bu kiçik küçələrində
itirmək necə də gözəldir.
Lakin bizim multi iş reallığımız
tamamilə başqadır,
və tonlarla informasiyaya malikdir.
Belə bir şeyə nə deyirsiniz?
Macəra duyğumuzu yenidən kəşf etmək üçün.
Mən bilirəm ki, imkanlar bu qədər çox olduqda
mono haqqında danışmaq olduqca qəribədir,
lakin mən çalışıram ki, siz bir iş
üzərində fokuslanasınız,
ya da rəqəmsal duyğularınızı
tamamilə söndürəsiniz.
Günümüzdə hər kəs öz mono məhsulunu
çıxara bilər.
Niyə də yox? Öz mono tapşırığınızı
multi tapşırıqlar dünyasının içində
axtarın və tapın.
Təşəkkür edirəm.
(Alqışlar)