Elmi laboratoriyadakı termometr temperaturu həm Selsi, həm də Farenheyt ilə göstərir. Əgər termometrdəki civə 56 dərəcə Farenheyti göstərirsə, temperatur Farenheyt ilə verilir- bunu Selsi ilə ifadə edin. Həmçinin, bizə iki düstur verilmişdir, belə ki, Selsidən Farenheyti və ya Farenheytdən Selsini tapmaq üçün istifadə edə bilərik. Əslində, bu düsturlar elə bir-birilərindən çıxarılmışdır. Bəlkə də başqa videoda buna aid danışarıq. Əslində bu, bir qədər maraqlıdır, ancaq bizdə hazır düstur var. Bizdən istənilən, bu düsturlar əsasında məsələni həll etməkdir. Sualda bizə temperatur Farenheyt ilə verilmişdir. Deməli, F bərabərdir 56. Biz bunu Selsi ilə tapmalıyıq, yəni neçə dərəcə Selsi olduğunu müəyyən etməliyik. Bu düstur vasitəsi ilə biz temperaturu Selsi ilə hesablaya bilərik. Elə isə gəlin bunu edək. Deməli, C bərabərdir 5/9 vurulsun Farenheyt ilə verilən temperatur, hansı ki, bu, 56 dərəcə Farenheytdir, çıx 32. Yaxşı, 56 çıx 32, 24 edir. Elə isə bu bərabərdir 5/9 vur 24. Bu, 5 vur 24 böl 9 deməkdir. 5 ilə 24-ün hasilini tapmazdan öncə gəlin surət və məxrəci 3-ə bölək. Gəlin bunu edək. Əgər surət və məxrəci 3-ə bölsək, ifadənin mənası dəyişməz. 24 böl 3, 8 edir. 9 böl 3, 3 edir. Elə isə bu bərabərdir 5 vur 8, hansı ki, 40 edir, böl 3 dərəcə. Bunu daha oxunaqlı ifadə etmək üçün gəlin 40-ı 3-ə bölək. 4-də 3, bir dəfə var. 1 vur 3, 3 edir. Çıxaq. 4 çıx 3, 1 edir. 0-ı endirək. 10-da 3, üç dəfə var. 3 vur 3, 9 edir. Çıxaq. Bir qalır. Gəlin 0-ı endirək, ancaq bu zaman bura vergül əlavə etməliyik. Deməli, 0-ı endirdik. 10-da 3, üç dəfə var. Deməli, bu 3 təkrarlanacaq. Elə isə bu bərabərdir 13,333- bu sonsuz dövri onluq kəsrdir. Bu kiçik xətt 3-ün təkrarlandığını göstərir, dərəcə Selsi də yazaq. Belə də deyə bilərdik: 40-da 3, 13 dəfə var, qalıqda da 1 qalır. Elə isə bu bərabərdir 13 tam 1/3 dərəcə Selsi. Hər ikisi də doğrudur. Bununla da biz temperaturu Selsi ilə ifadə etmiş olduq.