Elmi laboratoriyadakı termometr
temperaturu
həm Selsi, həm də Farenheyt ilə göstərir.
Əgər termometrdəki civə
56 dərəcə Farenheyti
göstərirsə,
temperatur Farenheyt
ilə verilir-
bunu Selsi ilə ifadə
edin.
Həmçinin, bizə
iki düstur verilmişdir,
belə ki, Selsidən
Farenheyti və ya
Farenheytdən
Selsini tapmaq üçün
istifadə edə bilərik.
Əslində, bu düsturlar
elə bir-birilərindən
çıxarılmışdır.
Bəlkə də başqa videoda
buna aid danışarıq.
Əslində bu, bir qədər
maraqlıdır,
ancaq bizdə hazır düstur var.
Bizdən istənilən,
bu düsturlar əsasında
məsələni həll etməkdir.
Sualda bizə temperatur
Farenheyt ilə verilmişdir.
Deməli, F bərabərdir 56.
Biz bunu Selsi ilə
tapmalıyıq,
yəni neçə dərəcə Selsi
olduğunu müəyyən etməliyik.
Bu düstur vasitəsi ilə
biz temperaturu
Selsi ilə hesablaya bilərik.
Elə isə gəlin bunu edək.
Deməli, C bərabərdir
5/9 vurulsun Farenheyt ilə
verilən temperatur,
hansı ki, bu, 56 dərəcə
Farenheytdir, çıx 32.
Yaxşı, 56 çıx 32, 24 edir.
Elə isə bu bərabərdir
5/9 vur 24.
Bu, 5 vur 24 böl
9 deməkdir.
5 ilə 24-ün hasilini
tapmazdan öncə
gəlin surət və məxrəci
3-ə bölək.
Gəlin bunu edək.
Əgər surət və məxrəci
3-ə bölsək,
ifadənin mənası dəyişməz.
24 böl 3, 8 edir.
9 böl 3, 3 edir.
Elə isə bu bərabərdir 5 vur 8,
hansı ki, 40 edir, böl 3 dərəcə.
Bunu daha oxunaqlı
ifadə etmək üçün
gəlin 40-ı 3-ə bölək.
4-də 3, bir dəfə var.
1 vur 3, 3 edir.
Çıxaq.
4 çıx 3, 1 edir.
0-ı endirək.
10-da 3, üç dəfə var.
3 vur 3, 9 edir.
Çıxaq.
Bir qalır.
Gəlin 0-ı
endirək, ancaq
bu zaman bura vergül
əlavə etməliyik.
Deməli, 0-ı endirdik.
10-da 3, üç dəfə var.
Deməli, bu 3 təkrarlanacaq.
Elə isə bu bərabərdir
13,333-
bu sonsuz dövri onluq kəsrdir.
Bu kiçik xətt 3-ün təkrarlandığını
göstərir, dərəcə Selsi də yazaq.
Belə də deyə bilərdik:
40-da 3, 13 dəfə var,
qalıqda da 1 qalır.
Elə isə bu bərabərdir
13 tam 1/3 dərəcə Selsi.
Hər ikisi də doğrudur.
Bununla da biz temperaturu
Selsi ilə ifadə etmiş olduq.