Bu videoda etmək istədiyim istiqraz qiymətlərinin faiz dərəcələrinin əks istiqamətində niyə getdiyini çox da riyazi olmayan yolla izah etməkdir, yəni faiz dərəcəsinə qarşı istiqrazqiymətləri. Başlamaq üçün mən kifayət qədər sadə, kupon ödəyən bir istiqrazla başlayacam və əgər faiz dərəcəsi qalxsa və ya ensə,istiqraz üçün nə qədər ödəyə biləcəyiniz barədə danışacağıq. Gəlin bir neçə şirkətdən olan istiqrazla başlayaq. İcazə verin bunu yazım. Bu A şirkəti ola bilər. Bu yalnız bir şirkətdən olmalı deyil. Bu bir bələdiyyədən və ya Amerika hakimiyyətindən ola bilər. Deyək ki, bu 1000 dollarlıq istiqrazdır. Bu istiqrazın 2 il yararlılıq müddəti var. və 10 %-li kuponu var, yarım il ərzində ödənən 10 %-li kupon beləliklə, bu yarım illik ödəmədir. Əgər biz bunun üçün diaqram çəksək, açıq aydındır ki, istiqraz sertifikatında sahədən çıxacağam, amma gəlin bu istiqrazın ödəmələri üçün diaqram çəkək. Bu bu gündür. İcazə verin başqa rəngdə qeyd edim. O bu gündür. Burda kiçik bir zaman çizəlgəsi çəkim. Bu istiqraz üçün gələcəkdəki 2 ildir, yəni bu 24 ay gələcəkdir. Yarısı 12 aydır, onda bu 18 aydır və burdakı da 6 aydır. Biz istiqraz videosunun girişində bunun üzərindən bir az keçmişdik, amma bu yarım illik 10 %-li kupondur, ona görə də bu bizə illik dəyərin 10 %-i ödəniləcək. lakin bu 6 aylıq ödənişlərə bölünəcək. 1000 dolların 10 faizi 100-dür, ona görə də onlar bizə hər altı ayda 50 dollar ödəyəcəklər. Onlar hər altı ayda 10 faizli kuponun yarısından imtina edəcəklər, beləliklə, biz 50 dolları burada, digər 50 dolları isə burada əldə edəcəyik, bunlar bizim kupon ödəmələrimiz olacaq, 50 dollar burada, və , nəhayət, 2-ci ildə, 50 dolları da əldə edəcəyik və, həmçinin, istiqrazın nomila dəyərini və 1000 dolları da alacağıq. Biz 1000 dollar üstə gəl bu gündən sonra 24 ay 50 dollar alacağıq. Deyək ki, bu gün, danışdığımız gün istiqrazın çap olunduğu gündür, baxırsan və deyirsən ki, nə bilirəm? A şirkəti kimi bir şirkət üçün bu risk profili üçün, faiz dərəclərinin hazırda olduğu yerə görə məncə, 10 faizli kupon yalnız mükəmməldir. Beləliklə,10 %-li kupon mükəmməldir, deyirsən ki, nə bilirsən? Düşünürəm ki, bunun üçün 1000 $ ödəyəcəm. Beləliklə, istiqrazın qiyməti bu istiqrazın qiyməti çap olunduğu gün və ya 0-cı gün,əgər istəsəniz siz buna görə 1000 $ ödəyə bilərsiniz. çünki deyirsiniz ki,mən ilə təxminən 10 faiz əldə edirəm və pulumu geri alıram. Bu səviyyəli risk üçün 10 faiz yaxşı faiz dərəcəsidir. Gəlin, indi deyək ki, siz bu istiqrazı aldıqdan sonra bir az şey etmək üçün... Aydındır ki, faiz dərəcələri bu qədər sürətlə dəyişmir, Lakin deyək ki, siz istiqrazı aldıqdan sonra və ya bir az daha realist olmaq üçün deyək ki, daha sonrakı günlərdə faiz dərəcələri artır. Əgər faiz dərəcələri artırsa, yeni rəngdə qeyd edim. Deyək ki, faiz, faiz dərəcələri artır, və deyək ki, belə bir şirkət üçün faiz dərəcələri bu yolla artır, bu tip risklər üçün, siz marketə daxil olub 15 faizli istiqraz əldə edə bilərsiniz. Yəni, deyək ki, bu tipli risk üçün siz 15 % faiz dərəcəsi umacaqsınız. Aydındır ki, daha az risk üçün daha az faiz dərəcəsi gözləyəcəksiz. Bu kimi şirkət üçün siz indi 15 % faiz dərəcəsi gözləyirsiniz. Faiz dərəcələri qalxdı. Gəlin, indi, deyək ki, sizin nağd pula ehtiyacınız var və gəlib deyirsiniz ki, " Hey, Sal, bu sertifikatı məndən satın ala bilərsən? Mənə bir az nağd pul lazımdır. Likvidliyə ehtiyacım var. Pulu geri almaq üçün 2 il gözləyə bilmərəm. Bu istiqraz üçün nə qədər ödəyə bilərsən?" Mən də deyəcəm ki, bilirsən Mən bu istiqraz üçün 1000 $-dan az ödəyə bilərəm, çünki bu mənə yalnız 10 faiz verir. Mən 15 faiz gözləyirəm, ona görə də mən 1000 $-dan az ödəmək istəyirəm, bütün hesablamaları cədvəlimdə etdikdən sonra ortaya 15 % çıxır, ona görə də, mən ödəyəcəm, beləliklə, qiymət, bu vəziyyətdə qiymət azalacaq. Bundan sonra mən ödənilən kupondan daha asan istiqrazla bağlı hesablamalar edəcəyəm, amma intuitiv məna olsun istəyirəm. Əgər faiz dərəcəsi artarsa, bu istiqrazı almaq istəyən biri deyəcək ki, " Bu istiqraz mənə yalnız 10 % verir. Açıq marketdə əldə edə biləcəyim 15 %-li kupon deyil. Bu istiqraz üçün 1000 dollardan az ödəyəcəyəm." Beləliklə, qiymət aşağı düşəcək. Və ya siz, xüsusilə, deyə bilərsiniz ki, bu istiqraz yarı qiymətinə satıla bilər. İstiqraz endirimlə satılacaq, yarı qiymətinə endirimlə. İndi deyək ki, əksi baş verir. Deyək ki, faiz dərəcəsi aşağı düşür. Deyək ki, faiz dərəcələrinin azaldığı bir vəziyyətdəyik. İndi, belə səviyyədə riskli A şirkəti üçün insanlar 5 % gözləyirlər. İnsanlar 5 % faiz dərəcəsi gözləyirlər. Beləliklə, siz bu istiqrazı neçəyə satarsız? Əgər siz orda olsaydınız və əgər mən iqtirazı çap etmək üçün şirkətə tək getməli olsaydım, mənə 5 %-li kupon verən istiqraz üçün 1000 dollar və ya təxminən 1000 dollar ödəməli olacaqdım. Mən hesablamalarda dəqiq olmayacağam. Sadecə sizə mahiyyətini vermək istəyirəm. Beləliklə, mən indi 5 %-li kupon verən bir şey üçün 1000 dollar ödəyəcəm. Bu mənə 10 %-li kupon verir. Aydındır ki, bu daha yaxşıdır. İndi qiymət qalca bilər. Beləliklə, mən yarıdan çox ödəyirəm. Və ya siz deyə bilərsiniz ki, bu istiqraz mükafata satılır, yarı mükafata. Beləliklə, ən azı məntiqi anladıq, faiz dərəcəsi qalxanda, insanlar istiqrazdan daha çox gözləyir. Bu istiqraz çox vermir, ona görə də qiymət aşağı düşəcək. Eyni şəkildə, əgər, faiz dərəcəsi azalarsa, bu istiqraz insanların gözlədiyindən çox təklif edir, ona görə də, insanlar bu istiqraz üçün daha çox ödəyə bilir. İndi, gəlin bunu faktiki edək, gəlin verilmiş faiz dərəcəsinə əsasən kiminsə, rasional bir insanın bu istiqraz üçün ödəyə biləcəyi faktiki məbləği təyin etmək üçün həqiqi hesablamalar aparaq. Və bunu etmək üçün 0 kuponlu istiqrazla edəcəyəm. Mən sizə 0 kuponlu istiqrazı göstərəcəyəm. Əslində, bunun üçün riyazi həllər çox sadədir, çünki bunu müxtəlif kuponlar üçün etməməlisiniz. Siz ,sadecə,son ödəməyə baxmalısınız. Yəni, o kuponlu istiqraz yalnız istiqrazın sahibinə ödəməyə razıdır, nominal dəyər, deyək ki, nominal dəyər, bundan 2 il sonra, 2 il sonra 1000 dollar olacaq. Heç bir kupon yoxdur. Beləliklə, əgər ödəmə diaqramı çəksəydim, buna bənzər bir şey olacaqdı. Bu bu gündür. Bu bir ildir. Bu 2 ildir. Siz sadecə 1000 dollar əldə edirsiniz. İndi deyək ki, 1-ci gün A kimi şirkət üçün faiz dərəcələri, bu A şirkətinin istiqrazlarıdır, beləliklə, faiz dərəcələri başlayır, birinci gün. Deyək ki, insanların bu tipdə istiqrazlara olan gözləntisi illik 10 % faiz dərəcəsidir. Verilənə əsasən, onlar 2 il sonra 1000 dollar geri verəcək bir şey üçün nə qədər ödəyə bilərlər? Bunun barəsində düşünmənin yolu odur ki, burada P İndi mən bir az daha hesablamalar etmək istəyirəm, amma ümid edirəm çox pis olmayacaq. Deyək ki, P kiminsə istiqraz üçün ödəyə biləcəyi qiymətdir. Qiymətin neçə olmasına baxmayaraq, əgər siz bunu 2 il üçün 10 % ilə qarışdırırsınızsa, beləliklə, 1, 10 edir, bu 1+ bir ildən sonra 10 %-dir. Əgər bunu 10 % ilə vururamsa, P vuraq bu olacaq və daha bir il sonra mən bunu yenidən 1,10 ilə vuracam. Əgər ilkin hesabımdan və ya istiqraz üçün ilk ödədiyimdən 10 % faiz geri alıramsa, bu mənim 2 il sonra əldə etməli olduğum məbləğdir. Bu bərabər olmalıdır, 1000 dollara bərabər olmalıdır. Qoyun, daha açıq olum. P bu tipli bir risk üçün illik 10 % gözləyən birinin istiqraz üçün ödəyə biləcəyi məbləğdir. Beləliklə, siz 2 il üçün onların ödənişini 10 %-ə vuranda 1000 dollar etməlidir. Əgər burda hesablama aparsaz, P vuraq 1,1 kvadratı 1000-ə bərabər olacaq və ya P 1000 : 1,1-in kvadratına bərabər olacaq. Bunun haqqında düşünmənin başqa yolu odur ki,əgər gözlədikləri10 % geri dönüşüm 2 ildə 1000 dolların indiki dəyərinə 10 % endirim edilmişdirsə, onlar bu pulu ödəyə bilərlər. Bu 1,10 və ya 1+ 10 %-dir. Beləliklə, burada doğru rəqəm nədir? Gəlin kalkulyator götürək. Kalkulyator götürək. Bizim 1000 : 1,1-in kvadratı misalımız var Bu 826 dollara bərabərdir və yuvarlaq 826 dollar yazacağam. Beləliklə, bu 826 dollardır. Əgər siz bu gün bu istiqraza 826 dollar ödəsəydiniz və 2 il sonra bu şirkət sizə 1000 dollar geri verərdi, siz pulunuzun illik 10 % faiz dərəcəsinin qazanmış olacaqsınız. İndi, deyək ki, daha sonrakı günlərdə faiz dərəcəsi qalxarsa nə baş verəcək? Mən çox spesifik olmayacağam. Mən həmişə iki il olduğunu düşünürəm. 1 gün azdır, amma hesablamanı dramatik şəkildə dəyişmir. Gəlin deyək ki, ikinci dəfə faiz dərəcələri artır. Deyək ki, 2-cidir və hesablamalarımızı heç bir dramatik şəkildə dəyişmir. Deyək ki, faiz dərəcələri artır. Beləliklə, qəfildən, beləliklə, insanlar daha çox gözləyir. Maraqlar artır. Yeni gözlənti A kimi şirkət üçün kreditdə 15 faiz qayıdışın olmasıdır. Beləliklə, indi, bizim ödəyə biləcəyimiz pul nə qədərdir? Biz eyni formulanı istifadə edəcəyik. Qiymət 1000 dollar bölünsün 2 il ərzində 10 %-li güzəşt əvəzinə 15 %-li güzəşt ilə hesablayacağıq, beləliklə, 1+ 2 il üçün 15 faiz. Kalkulyatoru ortaya çıxaraq. Kalkulyator gətirdik və məncə sizdə məxrəcin daha böyük olacağı ilə bağlı məntiq yaranır. Beləliklə,qiymətlər enəcək. Gəlin, həqiqi hesablamaları aparaq. 1000 bölünsün 1,15-in kvadratı təxminən 756 dollara bərabərdir. Beləliklə, qiymət aşağı düşür. İndi qiymət 756 dollardır. Bu kiminsə 15 % geri alacağı və 2 ildə 1000 dollar əldə edəcəyi təqdirdə ödəyə biləcəyi məbləğdir, və ya 2 ildə 1000 dollar qazanıb və buna görə xüsusilə 15 % geri qayıdırsa. İndi,sadecə,mübahisəni bitirmək üçün əgər faiz dərəcəsi qalxsa nə baş verər? Deyək ki, maraq, bu tip riskdə gözlənilən faiz dərəcəsi azalır və deyək ki, indi 5 %-dir. Kiminsə bu sıfır kuponlu istiqraz üçün ödəyəcəyi məbləğ nədir? Qiyməti 2 il üçün 1,05 ilə vursanız, 1000 dollar olmalıdır və ya qiymət 1000 dollar bölünsün 2 ilin 5 %-də qarışığı. Yenidən kalkulyatoru götürürsünüz. 1000 dollar bölünsün 1,05-in kvadratı 907 dollara bərabər oldu. Beləliklə, qəflətən, ödəyə biləcəyimiz qiymət indi 907 dollar oldu. Siz riyazi olaraq görürsünüz ki, faiz dərəcəsi artanda istiqrazın qiyməti 826 $-dan 756 $-a endi. Qİymət aşağı düşdü. Faiz dərəcəsi aşağı düşəndə qiymət qalxır. Düşünürəm ki, məntiqli oldu. Daha çox gözlədiyiniz, daha yüksək geri dönüş bu istiqraz üçün daha az ödəyə biləcəyiniz deməkdir. Hər nəysə, ümid edirəm ki, faydalı hesab etdiniz.