Bu videoda etmək istədiyim
istiqraz qiymətlərinin faiz dərəcələrinin
əks istiqamətində niyə getdiyini
çox da riyazi olmayan bir yolla izah
etməkdir,
yəni istiqraz qiymətləri faiz dərəcəsinə
qarşı.
Başlamaq üçün mən kifayət qədər sadə,
kupon ödəyən bir istiqrazla başlayacam və
əgər
faiz dərəcəsi qalxsa
və ya ensə,istiqraz üçün nə qədər
ödəyə biləcəyiniz barədə danışacağıq.
Gəlin bir neçə şirkətdən olan istiqrazla
başlayaq.
İcazə verin bunu yazım.
Bu A şirkəti ola bilər.
Bu yalnız bir şirkətdən olmalı deyil.
Bu bir bələdiyyədən və ya
Amerika hakimiyyətindən ola bilər.
Deyək ki, bu 1000 dollarlıq istiqrazdır.
Bu istiqrazın 2 illik yararlılıq müddəti var
və 10 %-li kuponu var,
yarım il ərzində ödənən 10 %-li kupon
beləliklə, bu
yarım illik ödəmədir.
Əgər biz bunun üçün diaqram çəksək,
açıq aydındır ki, istiqraz
sertifikatında sahədən çıxacağam,
amma gəlin bu istiqrazın ödəmələri üçün
diaqram çəkək.
Bu bu gündür.
İcazə verin başqa rngdə edim.
O bu gündür.
İcazə verin burda kiçik bir zaman
çizəlgəsi çəkim.
Bu istiqraz üçün gələcəkdəki 2 ildir,
yəni bu 24 ay gələcəkdir.
Yarısı 12 aydır,
onda bu 18 aydır
və burdakı da 6 aydır.
Biz istiqraz videosunun girişində
bunun üzərindən bir az keçmişdik,
amma bu yarım illik 10 %-li kupondur,
ona görə də bu bizə illik dəyərin 10 faizini
ödəyəcək,
lakin bu 6 aylıq ödənişlərə bölünəcək.
1000 dolların 10 faizi 100-dür,
ona görə də onlar bizə hər altı ayda 50
dollar ödəyəcəklər.
Onlar hər altı ayda 10 faizli kuponun
yarısından imtina edəcəklər,
beləliklə, biz 50 dolları burada, digər
50 dolları isə burada əldə edəcəyik,
bunlar bizim kupon ödəmələrimiz olacaq,
50 dollar burada,
və , nəhayət, 2-ci ildə, 50 dolları da
əldə edəcəyik
və, həmçinin, istiqrazın nomila dəyərini
və
1000 dolları da alacağıq.
Biz 1000 dollar üstə gəl bu gündən sonra
24 ay 50 dollar alacağıq.
Deyək ki, bu gün,
danışdığımız gün
istiqrazın çap olunduğu gündür,
baxırsan və deyirsən ki, nə
bilirsən?
A şirkəti kimi bir şirkət üçün
bu risk profili üçün,
faiz dərəclərinin hazırda olduğu yerə görə
məncə, 10 faizli kupon yalnız mükəmməldir.
Beləliklə,10 %-li kupon mükəmməldir,
deyirsən ki,
nə bilirsən?
Düşünürəm ki, bunun üçün 1000 $ ödəyəcəm.
Beləliklə, istiqrazın qiyməti
bu istiqrazın qiyməti
çap olunduğu gün və ya 0-cı gün,əgər
istəsəniz
siz bunun üçün 1000 dollar ödəyə bilərsiniz,
çünki deyirsiniz ki,mən ilə təxminən 10
faiz əldə edirəm
və pulumu geri alıram.
Bu səviyyəli risk üçün 10 faiz yaxşı faiz
dərəcəsidir.
Gəlin, indi deyək ki, siz bu istiqrazı
aldıqdan sonra
bir az şey etmək üçün...
Aydındır ki, faiz dərəcələri bu qədər
sürətlə dəyişmir,
Lakin deyək ki, siz istiqrazı aldıqdan
sonra və ya bir az daha realist olmaq üçün
deyək ki, daha sonrakı günlərdə
faiz dərəcələri artır.
Əgər faiz dərəcələri artırsa,
icazə verin yeni rəngdə edim.
Deyək ki, faiz,
faiz dərəcələri artır,
və deyək ki, belə bir şirkət üçün
faiz dərəcələri bu yolla
artır, bu tip
risklər üçün,
siz marketə daxil olub 15 faizli istiqraz
əldə edə bilərsiniz.
Yəni, deyək ki, bu tipli risk üçün
siz 15 % faiz dərəcəsi umacaqsınız.
Aydındır ki, daha az risk üçün
daha az faiz dərəcəsi gözləyəcəksiz.
Bu kimi şirkət üçün siz indi
15 % faiz dərəcəsi gözləyirsiniz.
Faiz dərəcələri qalxdı.
Gəlin, indi, deyək ki, sizin
nağd pula ehtiyacınız var və mənə gəlib deyirsiniz ki,
" Hey, Sal, bu sertifikatı məndən
satın ala bilərsən?
Mənim bir az nağd pula ühtiyacım var.
Likvidliyə ehtiyacım var.
Pulu geri almaq üçün 2 il
gözləyə bilmərəm.
Bu istiqraz üçün nə qədər ödəyə bilərsən?"
Mən də deyəcəm ki, bilirsən
nədir?
Mən bu istiqraz üçün 1000 dollardan az ödəyə
bilərəm, çünki bu mənə yalnız 10 faiz verir.
Mən 15 faiz gözləyirəm,
ona görə də mən 1000 $-dan az ödəmək
istəyirəm,
bütün hesablamaları cədvəlimdə etdikdən
sonra
ortaya 15 % çıxır,
ona görə də, mən ödəyəcəm,
beləliklə, qiymət,
bu vəziyyətdə qiymət azalacaq.
Bundan sonra mən kuponlar ödəyəndən daha
asan istiqrazla bağlı hesablamalar edəcəyəm,
amma buna intuitiv məna vermək istəyirəm.
Əgər faiz dərəcəsi artarsa,
bu istiqrazı almaq istəyən biri
deyəcək ki, " Bu istiqraz mənə yalnız 10 %
verir. Açıq marketdə əldə edə biləcəyim 15
%-li kupon deyil.
Bu istiqraz üçün 1000 dollardan az
ödəyəcəyəm."
Beləliklə, qiymət aşağı düşəcək.
Və ya siz, xüsusilə, deyə
bilərsiniz ki, bu istiqraz yarı qiymətinə
satıla bilər.
İstiqraz endirimlə satılacaq,
yarı qiymətinə endirimlə.
İndi deyək ki, əksi baş verir.
Deyək ki, faiz dərəcəsi aşağı düşür.
Deyək ki, faiz dərəcələrinin azaldığı
bir vəziyyətdəyik.
İndi, belə səviyyədə riskli A şirkəti üçün
insanlar 5 % gözləyirlər.
İnsanlar 5 % faiz dərəcəsi gözləyirlər.
Beləliklə, siz bu istiqrazı neçəyə
satarsız?
Əgər siz orda olsaydınız və əgər mən
iqtirazı çap etmək üçün şirkətə tək
getməli
olsaydım, mənə 5 %-li kupon verən istiqraz
üçün 1000 dollar və ya
təxminən 1000 dollar ödəməli
olacaqdım.
Mən hesablamalarda dəqiq olmayacağam.
Sadecə sizə mahiyyətini vermək istəyirəm.
Beləliklə, mən indi 5 %-li kupon verən bir
şey üçün 1000 dollar ödəyəcəm.
Bu mənə 10 %-li kupon verir.
Aydındır ki, bu daha yaxşıdır.
İndi qiymət qalca bilər.
Beləliklə, mən yarıdan çox ödəyirəm.
Və ya siz deyə bilərsiniz ki, bu istiqraz
mükafata satılır,
yarı mükafata.
Beləliklə, ən azı məntiqi anladıq,
faiz dərəcəsi qalxanda,
insanlar istiqrazdan daha çox gözləyir.
Bu istiqraz çox vermir,
ona görə də qiymət aşağı düşəcək.
Əksinə, əgər, faiz dərəcəsi azalarsa,
bu istiqraz insanların gözlədiyindən çox
təklif edir, ona görə də,
insanlar bu istiqraz üçün daha çox
ödəyə bilir.
İndi, gəlin bunu faktiki edək,
gəlin verilmiş faiz dərəcəsinə
əsasən kiminsə, rasional bir insanın
bu istiqraz üçün ödəyə biləcəyi
faktiki məbləği təyin etmək üçün
həqiqi hesablamalar aparaq.
Və bunu etmək üçün
0 kuponlu istiqrazla edəcəyəm.
Mən sizə 0 kuponlu istiqrazı göstərəcəyəm.
Əslində, bunun üçün riyazi həllər
çox sadədir, çünki bunu
müxtəlif kuponlar üçün etməməlisiniz.
Siz sadecə son ödəməyə baxmalısınız.
Yəni, o kuponlu istiqraz
yalnız istiqrazın sahibinə
ödəməyə razıdır,
nominal dəyər,
deyək ki, nominal dəyər,
bundan 2 il sonra,
2 il sonra 1000 dollar olacaq.
Heç bir kupon yoxdur.
Beləliklə, əgər ödəmə diaqramı çəksəydim,
buna bənzər bir şey olacaqdı.
Bu bu gündür.
Bu bir ildir.
Bu 2 ildir.
Siz sadecə 1000 dollar əldə edirsiniz.
İndi deyək ki, 1-ci gün
A kimi şirkət üçün faiz dərəcələri,
bu A şirkətinin istiqrazlarıdır,
beləliklə, faiz dərəcələri başlayır,
birinci gün.
Deyək ki, insanların bu tipdə istiqrazlara
olan
gözləntisi illik 10 % faiz dərəcəsidir.
Verilənə əsasən, onlar 2 il sonra
1000 dollar geri verəcək bir şey üçün
nə qədər ödəyə bilərlər?
Bunun barəsində düşünmənin yolu odur ki,
burada P
İndi mən bir az daha hesablamalar etmək istəyirəm,
amma ümid edirəm çox pis olmayacaq.
Deyək ki, P kiminsə istiqraz üçün
ödəyə biləcəyi qiymətdir.
Qiymətin neçə olmasına baxmayaraq,
əgər siz bunu 2 il üçün 10 % ilə qarışdırırsızsa,
beləliklə, 1, 10 edir,
bu 1+ bir ildən sonra
10 %-dir.
Əgər bunu 10 % ilə
vururamsa, P vuraq bu olacaq
və daha bir il sonra
mən bunu yenidən 1,10 ilə vuracam.
Əgər ilkin hesabımdan və ya istiqraz üçün
ilk ödədiyimdən 10 % faiz geri alıramsa,
bu mənim 2 il sonra əldə etməli olduğum
məbləğdir.
Bu bərabər olmalıdır,
1000 dollara bərabər olmalıdır.
Qoyun, daha açıq olum.
P bu tipli bir risk üçün illik 10 %
gözləyən birinin istiqraz
üçün ödəyə biləcəyi məbləğdir.
Beləliklə, siz 2 il üçün onların ödənişini
10 %-ə vuranda 1000 dollar etməlidir.
Əgər burda hesablama aparsaz,
P vuraq 1,1 kvadratı 1000-ə bərabər olacaq
və ya P 1000 : 1,1-in kvadratına bərabər
olacaq.