Bu videoda etmək istədiyim istiqraz qiymətlərinin faiz dərəcələrinin əks istiqamətində niyə getdiyini çox da riyazi olmayan bir yolla izah etməkdir, yəni istiqraz qiymətləri faiz dərəcəsinə qarşı. Başlamaq üçün mən kifayət qədər sadə, kupon ödəyən bir istiqrazla başlayacam və əgər faiz dərəcəsi qalxsa və ya ensə,istiqraz üçün nə qədər ödəyə biləcəyiniz barədə danışacağıq. Gəlin bir neçə şirkətdən olan istiqrazla başlayaq. İcazə verin bunu yazım. Bu A şirkəti ola bilər. Bu yalnız bir şirkətdən olmalı deyil. Bu bir bələdiyyədən və ya Amerika hakimiyyətindən ola bilər. Deyək ki, bu 1000 dollarlıq istiqrazdır. Bu istiqrazın 2 illik yararlılıq müddəti var və 10 %-li kuponu var, yarım il ərzində ödənən 10 %-li kupon beləliklə, bu yarım illik ödəmədir. Əgər biz bunun üçün diaqram çəksək, açıq aydındır ki, istiqraz sertifikatında sahədən çıxacağam, amma gəlin bu istiqrazın ödəmələri üçün diaqram çəkək. Bu bu gündür. İcazə verin başqa rngdə edim. O bu gündür. İcazə verin burda kiçik bir zaman çizəlgəsi çəkim. Bu istiqraz üçün gələcəkdəki 2 ildir, yəni bu 24 ay gələcəkdir. Yarısı 12 aydır, onda bu 18 aydır və burdakı da 6 aydır. Biz istiqraz videosunun girişində bunun üzərindən bir az keçmişdik, amma bu yarım illik 10 %-li kupondur, ona görə də bu bizə illik dəyərin 10 faizini ödəyəcək, lakin bu 6 aylıq ödənişlərə bölünəcək. 1000 dolların 10 faizi 100-dür, ona görə də onlar bizə hər altı ayda 50 dollar ödəyəcəklər. Onlar hər altı ayda 10 faizli kuponun yarısından imtina edəcəklər, beləliklə, biz 50 dolları burada, digər 50 dolları isə burada əldə edəcəyik, bunlar bizim kupon ödəmələrimiz olacaq, 50 dollar burada, və , nəhayət, 2-ci ildə, 50 dolları da əldə edəcəyik və, həmçinin, istiqrazın nomila dəyərini və 1000 dolları da alacağıq. Biz 1000 dollar üstə gəl bu gündən sonra 24 ay 50 dollar alacağıq. Deyək ki, bu gün, danışdığımız gün istiqrazın çap olunduğu gündür, baxırsan və deyirsən ki, nə bilirsən? A şirkəti kimi bir şirkət üçün bu risk profili üçün, faiz dərəclərinin hazırda olduğu yerə görə məncə, 10 faizli kupon yalnız mükəmməldir. Beləliklə,10 %-li kupon mükəmməldir, deyirsən ki, nə bilirsən? Düşünürəm ki, bunun üçün 1000 $ ödəyəcəm. Beləliklə, istiqrazın qiyməti bu istiqrazın qiyməti çap olunduğu gün və ya 0-cı gün,əgər istəsəniz siz bunun üçün 1000 dollar ödəyə bilərsiniz, çünki deyirsiniz ki,mən ilə təxminən 10 faiz əldə edirəm və pulumu geri alıram. Bu səviyyəli risk üçün 10 faiz yaxşı faiz dərəcəsidir. Gəlin, indi deyək ki, siz bu istiqrazı aldıqdan sonra bir az şey etmək üçün... Aydındır ki, faiz dərəcələri bu qədər sürətlə dəyişmir, Lakin deyək ki, siz istiqrazı aldıqdan sonra və ya bir az daha realist olmaq üçün deyək ki, daha sonrakı günlərdə faiz dərəcələri artır. Əgər faiz dərəcələri artırsa, icazə verin yeni rəngdə edim. Deyək ki, faiz, faiz dərəcələri artır, və deyək ki, belə bir şirkət üçün faiz dərəcələri bu yolla artır, bu tip risklər üçün, siz marketə daxil olub 15 faizli istiqraz əldə edə bilərsiniz. Yəni, deyək ki, bu tipli risk üçün siz 15 % faiz dərəcəsi umacaqsınız. Aydındır ki, daha az risk üçün daha az faiz dərəcəsi gözləyəcəksiz. Bu kimi şirkət üçün siz indi 15 % faiz dərəcəsi gözləyirsiniz. Faiz dərəcələri qalxdı. Gəlin, indi, deyək ki, sizin nağd pula ehtiyacınız var və mənə gəlib deyirsiniz ki, " Hey, Sal, bu sertifikatı məndən satın ala bilərsən? Mənim bir az nağd pula ühtiyacım var. Likvidliyə ehtiyacım var. Pulu geri almaq üçün 2 il gözləyə bilmərəm. Bu istiqraz üçün nə qədər ödəyə bilərsən?" Mən də deyəcəm ki, bilirsən nədir? Mən bu istiqraz üçün 1000 dollardan az ödəyə bilərəm, çünki bu mənə yalnız 10 faiz verir. Mən 15 faiz gözləyirəm, ona görə də mən 1000 $-dan az ödəmək istəyirəm, bütün hesablamaları cədvəlimdə etdikdən sonra ortaya 15 % çıxır, ona görə də, mən ödəyəcəm, beləliklə, qiymət, bu vəziyyətdə qiymət azalacaq. Bundan sonra mən kuponlar ödəyəndən daha asan istiqrazla bağlı hesablamalar edəcəyəm, amma buna intuitiv məna vermək istəyirəm. Əgər faiz dərəcəsi artarsa, bu istiqrazı almaq istəyən biri deyəcək ki, " Bu istiqraz mənə yalnız 10 % verir. Açıq marketdə əldə edə biləcəyim 15 %-li kupon deyil. Bu istiqraz üçün 1000 dollardan az ödəyəcəyəm." Beləliklə, qiymət aşağı düşəcək. Və ya siz, xüsusilə, deyə bilərsiniz ki, bu istiqraz yarı qiymətinə satıla bilər. İstiqraz endirimlə satılacaq, yarı qiymətinə endirimlə. İndi deyək ki, əksi baş verir. Deyək ki, faiz dərəcəsi aşağı düşür. Deyək ki, faiz dərəcələrinin azaldığı bir vəziyyətdəyik. İndi, belə səviyyədə riskli A şirkəti üçün insanlar 5 % gözləyirlər. İnsanlar 5 % faiz dərəcəsi gözləyirlər. Beləliklə, siz bu istiqrazı neçəyə satarsız? Əgər siz orda olsaydınız və əgər mən iqtirazı çap etmək üçün şirkətə tək getməli olsaydım, mənə 5 %-li kupon verən istiqraz üçün 1000 dollar və ya təxminən 1000 dollar ödəməli olacaqdım. Mən hesablamalarda dəqiq olmayacağam. Sadecə sizə mahiyyətini vermək istəyirəm. Beləliklə, mən indi 5 %-li kupon verən bir şey üçün 1000 dollar ödəyəcəm. Bu mənə 10 %-li kupon verir. Aydındır ki, bu daha yaxşıdır. İndi qiymət qalca bilər. Beləliklə, mən yarıdan çox ödəyirəm. Və ya siz deyə bilərsiniz ki, bu istiqraz mükafata satılır, yarı mükafata. Beləliklə, ən azı məntiqi anladıq, faiz dərəcəsi qalxanda, insanlar istiqrazdan daha çox gözləyir. Bu istiqraz çox vermir, ona görə də qiymət aşağı düşəcək. Əksinə, əgər, faiz dərəcəsi azalarsa, bu istiqraz insanların gözlədiyindən çox təklif edir, ona görə də, insanlar bu istiqraz üçün daha çox ödəyə bilir. İndi, gəlin bunu faktiki edək, gəlin verilmiş faiz dərəcəsinə əsasən kiminsə, rasional bir insanın bu istiqraz üçün ödəyə biləcəyi faktiki məbləği təyin etmək üçün həqiqi hesablamalar aparaq. Və bunu etmək üçün 0 kuponlu istiqrazla edəcəyəm. Mən sizə 0 kuponlu istiqrazı göstərəcəyəm. Əslində,