Bu videoda etmək istədiyim istiqraz qiymətlərinin faiz dərəcələrinin əks istiqamətində niyə getdiyini çox da riyazi olmayan bir yolla izah etməkdir, yəni istiqraz qiymətləri faiz dərəcəsinə qarşı. Başlamaq üçün mən kifayət qədər sadə, kupon ödəyən bir istiqrazla başlayacam və əgər faiz dərəcəsi qalxsa və ya ensə,istiqraz üçün nə qədər ödəyə biləcəyiniz barədə danışacağıq. Gəlin bir neçə şirkətdən olan istiqrazla başlayaq. İcazə verin bunu yazım. Bu A şirkəti ola bilər. Bu yalnız bir şirkətdən olmalı deyil. Bu bir bələdiyyədən və ya Amerika hakimiyyətindən ola bilər. Deyək ki, bu 1000 dollarlıq istiqrazdır. Bu istiqrazın 2 illik yararlılıq müddəti var və 10 %-li kuponu var, yarım il ərzində ödənən 10 %-li kupon beləliklə, bu yarım illik ödəmədir. Əgər biz bunun üçün diaqram çəksək, açıq aydındır ki, istiqraz sertifikatında sahədən çıxacağam, amma gəlin bu istiqrazın ödəmələri üçün diaqram çəkək. Bu bu gündür. İcazə verin başqa rngdə edim. O bu gündür. İcazə verin burda kiçik bir zaman çizəlgəsi çəkim. Bu istiqraz üçün gələcəkdəki 2 ildir, yəni bu 24 ay gələcəkdir. Yarısı 12 aydır, onda bu 18 aydır və burdakı da 6 aydır. Biz istiqraz videosunun girişində bunun üzərindən bir az keçmişdik, amma bu yarım illik 10 %-li kupondur, ona görə də bu bizə illik dəyərin 10 faizini ödəyəcək, lakin bu 6 aylıq ödənişlərə bölünəcək. 1000 dolların 10 faizi 100-dür, ona görə də onlar bizə hər altı ayda 50 dollar ödəyəcəklər. Onlar hər altı ayda 10 faizli kuponun yarısından imtina edəcəklər, beləliklə, biz 50 dolları burada, digər 50 dolları isə burada əldə edəcəyik, bunlar bizim kupon ödəmələrimiz olacaq, 50 dollar burada, və , nəhayət, 2-ci ildə, 50 dolları da əldə edəcəyik və, həmçinin, istiqrazın nomila dəyərini və 1000 dolları da alacağıq. Biz 1000 dollar üstə gəl bu gündən sonra 24 ay 50 dollar alacağıq. Deyək ki, bu gün, danışdığımız gün istiqrazın çap olunduğu gündür, baxırsan və deyirsən ki, nə bilirsən?