Bu videoda məqsədim istiqraz qiymətlərinin faiz dərəcələrinin əksi istiqamətində dəyişməyinin səbəbini çox da riyazi olmayan yolla izah etməkdir. Yəni faiz dərəcəsinə istiqraz qiymətləri ilə müqayisədə baxacağıq. Başlanğıc üçün kifayət qədər sadə, faiz ödəyən bir istiqrazla başlayaq və əgər faiz dərəcəsi qalxsa və ya ensə, istiqraz üçün nə qədər ödəyə biləcəyiniz barədə danışaq. Gəlin bir neçə şirkətdən olan istiqrazla başlayaq. Bunu qeyd edək. Bu, A şirkəti ola bilər. Yalnız bir şirkətdən olmalı deyil. Bir bələdiyyədən və ya Amerika hökumətindən də ola bilər. Deyək ki, bu, 1000 dollarlıq istiqrazdır. Bu istiqrazın 2 illik ödəmə müddəti var və 10 %-li faizi var, hansı ki, yarım il ərzində ödənir. Beləliklə, bu, yarım illik ödəmədir. Əgər bunun üçün sxem çəksək, aydındır ki, istiqraz sertifikatında sahədən çıxacağam. Gəlin bu istiqrazın ödəmələri üçün sxem çəkək. Bu, bu gündür. Başqa rəngdə qeyd edək. -- Burada kiçik bir zaman şkalası çəkək. Bu, istiqraz üçün gələcəkdəki 2 ildir, yəni bu, növbəti 24 aydır. Yarısı 12 aydır, onda bu, 18 aydır və buradakı da 6 aydır. İstiqraz haqqında videonun girişində bundan bir az bəhs etmişdik, amma bu, yarım illik 10 %-li faizdir. Ona görə də bu, bizə illik dəyərin 10 %-ni ödəyəcək. Lakin 6 aylıq ödənişlərə bölünəcək. 1000 dolların 10 faizi 100-dür, ona görə də onlar bizə hər altı ayda 50 dollar ödəyəcəklər. Onlar hər altı ayda 10% faizin yarısını verəcəklər. Beləliklə, 50 dolları burada, digər 50 dolları isə burada əldə edəcəyik. Bunlar bizim faiz ödəmələrimiz olacaq, 50 dollar burada və nəhayət, 2-ci ildə 50 dolları da əldə edəcəyik. Həmçinin, istiqrazın nominal dəyərini və 1000 dolları da alacağıq. 1000 dollar və əlavə olaraq növbəti 24 ay ərzində 50 dollar alacağıq. Deyək ki, bu gün istiqrazın çap olunduğu gündür, buna baxıb, nə düşünürsünüz? A şirkəti kimi bir şirkət üçün bu risk profili üçün, faiz dərəcələrinin hazırda olduğu yerə görə məncə, 10%-li faiz əladır. Düşünə bilərsiniz ki, haradan bilirəm? Düşünürəm ki, bunun üçün 1000 dollar ödəyəcəm. Beləliklə, istiqrazın qiyməti, yəni bu istiqrazın qiyməti çap olunduğu gün və ya 0-cı gün, əgər istəsəniz, buna görə 1000 dollardır. Çünki düşünürsünüz ki, hər il təxminən 10% əldə edirəm və pulumu geri alıram. Bu səviyyədə olan risk üçün 10% yaxşı faiz dərəcəsidir. İndi bu istiqrazı aldıqdan sonraya baxaq. ... Aydındır ki, faiz dərəcələri bu qədər sürətlə dəyişmir. Lakin deyək ki, istiqrazı aldıqdan sonra və ya bir az daha realist olmaq üçün daha sonrakı günlərdə faiz dərəcələri artır. Faiz dərəcələri artır, yeni rəngdə qeyd edək. -- -- Belə bir şirkət üçün faiz dərəcələri bu yolla artır, bu tip risklər üçün bazara daxil olub 15 faizli istiqraz əldə edə bilərsiniz. Yəni, bu tipli risk üçün 15% faiz dərəcəsi gözləyəcəksiniz. Aydındır ki, daha az risk üçün daha az faiz dərəcəsi gözləniləcək. Bu kimi şirkət üçün indi 15 % faiz dərəcəsi gözləyirsiniz. Faiz dərəcələri qalxdı. İndi isə tutaq ki, sizin nağd pula ehtiyacınız var və gəlib deyirsiniz ki, "Sal, bu sənədi məndən satın ala bilərsən?" "Mənə bir az nağd pul lazımdır. Likvidliyə ehtiyacım var. Pulu geri almaq üçün 2 il gözləyə bilmərəm. Bu istiqraz üçün nə qədər ödəyə bilərsən?" Mən də deyəcəm ki, bu istiqraz üçün 1000 dollardan az ödəyə bilərəm, çünki bu mənə yalnız 10% verir. Mən isə 15 % gözləyirəm, ona görə də 1000 dollardan az ödəmək istəyirəm. Cədvəlimdə bütün hesablamaları etdikdən sonra nəticədə 15% çıxır. Ödəyəcəyəm. Belə ki, bu vəziyyətdə qiymət azalacaq. Bundan sonra ödənilən faizdən daha asan istiqrazla bağlı hesablamalar edəcəyəm, amma intuitiv olmağını istəyirəm. Əgər faiz dərəcəsi artarsa, bu istiqrazı almaq istəyən biri deyəcək ki, "Bu istiqraz mənə yalnız 10% verir. Açıq bazarda əldə edə biləcəyim 15%-li faiz deyil. "Bu istiqraz üçün 1000 dollardan az ödəyəcəyəm". Beləliklə, qiymət aşağı düşəcək. Və ya deyə bilərsiniz ki, bu istiqraz yarı qiymətinə satıla bilər. İstiqraz yarı qiymətinə endirimlə satılacaq. İndi tutaq ki, əksi baş verir. Faiz dərəcəsi aşağı düşür. Faiz dərəcələrinin azaldığı bir vəziyyətdəyik. Belə səviyyədə riskli A şirkəti üçün insanlar 5% gözləyirlər, yəni 5% faiz dərəcəsi gözləyirlər. Beləliklə, bu istiqrazı neçəyə satarsınız? Əgər orada olsaydınız və iqtirazı çap etmək üçün şirkətə tək getməli olsaydım, mənə 5 %-li faiz verən istiqraz üçün 1000 dollar və ya təxminən 1000 dollar ödəməli olacaqdım. Hesablamaları gözəyarı edəcəm. Sadəcə mahiyyətini izah etmək istəyirəm. Beləliklə, indi 5 %-li faiz verən bir şey üçün 1000 dollar ödəyəcəm. Bu 10 %-li faiz verir. Aydındır ki, bu daha yaxşıdır. İndi qiymət qalxa bilər. Beləliklə, mən nominal dəyərindən çox ödəyirəm. Və ya deyə bilərsiniz ki, bu istiqraz daha bahaya satılır, yəni nominaldan baha qiymətə. Beləliklə, ən azı məntiqi anladıq, faiz dərəcəsi qalxanda, insanlar istiqrazdan daha çox gözləyir. Bu istiqraz çox vermir, ona görə də qiymət aşağı düşəcək. Eynilə, əgər faiz dərəcəsi azalarsa, bu istiqraz insanların gözlədiyindən çox təklif edir, ona görə də insanlar bu istiqraz üçün daha çox ödəyə bilir. İndi, gəlin bunu faktiki edək, verilmiş faiz dərəcəsinə əsasən, rasional bir insanın bu istiqraz üçün ödəyə biləcəyi faktiki məbləği təyin etmək üçün həqiqi hesablamalar aparaq. Və bunu sıfır faizli istiqrazla edəcəyəm. Sıfır faizli istiqrazı göstərəcəyəm. Əslində, bunun üçün riyazi həllər çox sadədir, çünki bunu müxtəlif faizlər üçün etməməlisiniz. Sadəcə son ödəməyə baxmalısınız. Sıfır faizli istiqraz istiqrazın sahibinə nominal dəyərini ödəməyə razı olan istiqrazdır. Deyək ki, nominal dəyər 2 il sonra 1000 dollar olacaq. Heç bir faiz yoxdur. Beləliklə, əgər ödəmə sxemi çəksəydim, buna bənzər bir şey olardı. Bu, bu gündür. Bu, bir ildir. Bu, 2 ildir. Sadəcə 1000 dollar əldə edirsiniz. İndi deyək ki, bu A şirkətinin istiqrazlarıdır, 1-ci gündən etibarən faiz dərəcələri başlayır. 1-ci gün. Deyək ki, insanların bu növ istiqrazlar üzrə gözləntisi illik 10% faiz dərəcəsidir. Verilənə əsasən, 2 il sonra 1000 dollar geri ödəniş alacaqları bir istiqraz üçün nə qədər ödəyə bilərlər? -- Bir az daha hesablamalar etmək istəyirəm, amma ümid edirəm ki, çox pis olmayacaq. Deyək ki, Q bir şəxsin istiqraz üçün ödəyə biləcəyi qiymətdir. Qiymətin neçə olmasına baxmayaraq, bunu 2 il üçün 10% ilə tətbiq edirsinizsə, 1,10 edir, bu 1 bir ildən sonra üstəgəl 10%-dir. Əgər bunu 10%-ə vururamsa, Q-ni buna vurub və daha bir il sonra bunu yenidən 1,10-a vururam. Əgər ilkin hesabımdan və ya istiqraz üçün ilk ödədiyimdən 10 % faiz geri alıramsa, bu 2 il sonra əldə etməli olduğum məbləğdir. Bu, 1000 dollara bərabər olmalıdır. Daha açıq qeyd edək. Q bu növ bir risk üçün illik 10 % gözləyən şəxsin istiqraz üçün ödəyə biləcəyi məbləğdir. Beləliklə, 2 il üçün onların ödənişini 10 %-ə vuranda 1000 dollar etməlidir. Hesablama aparsaq, Q-ni 1,1 kvadratına vuraq, 1000-ə bərabər olacaq və ya Q 1000 böl 1,1-in kvadratına bərabər olacaq. Digər bir hal isə odur ki, əgər gözlədikləri 10 % geri ödəniş 2 ildə 1000 dolların indiki dəyərinə 10 % endirim edilmişdirsə, onlar bu pulu ödəyə bilərlər. Bu 1,10 və ya 1 üstəgəl 10 %-dir. Beləliklə, buradakı rəqəm neçədir? Kalkulyatoru götürək. 1000 böl 1,1-in kvadratı 826 dollara bərabərdir və yuvarlaq olaraq 826 dollar yazaq. Beləliklə, bu 826 dollardır. Bu gün bu istiqraza 826 dollar ödəsəydiniz və 2 il sonra bu şirkət sizə 1000 dollar geri verərdi, pulunuzun illik 10 % faiz dərəcəsini qazanmış olacaqdınız. Deyək ki, daha sonrakı günlərdə faiz dərəcəsi qalxarsa, nə baş verəcək? Konkret bir rəqəm qeyd etmirəm. Həmişə iki il olduğunu düşünürəm. 1 gün azdır, amma hesablamanı kəskin şəkildə dəyişmir. Gəlin deyək ki, ikinci dəfə faiz dərəcələri artır. İkincidir və hesablamalarımızda kəskin fərq yaratmır. Faiz dərəcələri artır. Qəfildən insanlar daha çox gözləyir. Faiz artır. Yeni gözlənti A kimi şirkət üçün kredit üzrə 15 % geri ödənişin olmasıdır. İndi ödəyə biləcəyimiz pul nə qədərdir? Eyni düsturdan istifadə edəcəyik. Qiymət 1000 dollar bölünsün 2 il ərzində 10 %-li güzəşt əvəzinə 15 %-li güzəşt ilə hesablayacağıq. Beləliklə, 2 ildə 1 üstəgəl 15 % alınır. Kalkulyatoru çıxaraq. Məncə, məntiqi olaraq məxrəcin daha böyük olacağı ilə bağlı fikir yaranır. Belə ki, qiymətlər enəcək. Həqiqi hesablamalar aparaq. 1000 bölünsün 1,15-in kvadratı təxminən 756 dollara bərabərdir. Beləliklə, qiymət aşağı düşür. İndi qiymət 756 dollardır. Bu kiminsə 15 % geri alacağı və 2 ildə 1000 dollar əldə edəcəyi təqdirdə və ya 2 ildə 1000 dollar qazanıb və buna görə xüsusilə 15 % geri alacağı halda ödəyə biləcəyi məbləğdir. Nəticə olaraq, əgər faiz dərəcəsi qalxsa, nə baş verər? Deyək ki, bu növ risk üçün gözlənilən faiz dərəcəsi azalır. Faiz dərəcəsi 5 %-dir. Kiminsə bu sıfır faizli istiqraz üçün ödəyəcəyi məbləğ nə qədərdir? Qiyməti 2 il üçün 1,05 ilə vursanız, 1000 dollar olmalıdır və ya qiymət 1000 dollar böl 2 ilin 5 %-də tətbiqi. Yenidən kalkulyatoru götürək. 1000 dollar bölünsün 1,05-in kvadratı 907 dollara bərabər oldu. Ödəyə biləcəyimiz qiymət indi 907 dollar oldu. Riyazi olaraq görürsünüz ki, faiz dərəcəsi artanda istiqrazın qiyməti 826 dollardan 756 dollara endi. Qİymət aşağı düşdü. Faiz dərəcəsi aşağı düşəndə qiymət qalxır. Düşünürəm ki, məntiqli oldu. Nə qədər çox gözləsəniz, daha yüksək geri ödəniş əldə edərsiniz. Bu istiqraz üçün daha az ödəmə imkanı deməkdir. Ümid edirəm ki, video faydalı oldu.