Bu videoda məqsədim
istiqraz qiymətlərinin faiz dərəcələrinin
əksi istiqamətində dəyişməyinin
səbəbini
çox da riyazi olmayan yolla izah
etməkdir.
Yəni faiz dərəcəsinə istiqraz qiymətləri
ilə müqayisədə baxacağıq.
Başlanğıc üçün kifayət qədər sadə,
faiz ödəyən bir istiqrazla başlayaq və
əgər
faiz dərəcəsi qalxsa
və ya ensə, istiqraz üçün nə qədər
ödəyə biləcəyiniz barədə danışaq.
Gəlin bir neçə şirkətdən olan istiqrazla
başlayaq.
Bunu qeyd edək.
Bu, A şirkəti ola bilər.
Yalnız bir şirkətdən olmalı deyil.
Bir bələdiyyədən və ya
Amerika hökumətindən də ola bilər.
Deyək ki, bu, 1000 dollarlıq istiqrazdır.
Bu istiqrazın 2 illik ödəmə
müddəti var
və 10 %-li faizi var, hansı ki,
yarım il ərzində ödənir.
Beləliklə, bu,
yarım illik ödəmədir.
Əgər bunun üçün sxem çəksək,
aydındır ki, istiqraz
sertifikatında sahədən çıxacağam.
Gəlin bu istiqrazın ödəmələri üçün
sxem çəkək.
Bu, bu gündür.
Başqa rəngdə qeyd edək.
O, bu gündür.
Burada kiçik bir zaman
şkalası çəkək.
Bu, istiqraz üçün gələcəkdəki 2 ildir,
yəni bu, növbəti 24 aydır.
Yarısı 12 aydır,
onda bu, 18 aydır
və buradakı da 6 aydır.
İstiqraz haqqında videonun girişində
bundan bir az bəhs etmişdik,
amma bu, yarım illik 10 %-li faizdir.
Ona görə də bu, bizə illik dəyərin
10 %-ni ödəyəcək.
Lakin 6 aylıq ödənişlərə bölünəcək.
1000 dolların 10 faizi 100-dür,
ona görə də onlar bizə hər altı ayda 50
dollar ödəyəcəklər.
Onlar hər altı ayda 10% faizin
yarısını verəcəklər.
Beləliklə, 50 dolları burada, digər
50 dolları isə burada əldə edəcəyik.
Bunlar bizim kupon ödəmələrimiz olacaq,
50 dollar burada
və nəhayət, 2-ci ildə 50 dolları da
əldə edəcəyik.
Həmçinin, istiqrazın nominal dəyərini
və
1000 dolları da alacağıq.
1000 dollar və əlavə olaraq növbəti
24 ay ərzində 50 dollar alacağıq.
Deyək ki, bu gün
istiqrazın
çap olunduğu gündür,
bunu baxıb, nə
düşünürsünüz?
A şirkəti kimi bir şirkət üçün
bu risk profili üçün,
faiz dərəcələrinin hazırda
olduğu yerə görə
məncə, 10%-li faiz əladır.
Düşünə bilərsiniz ki,
haradan bilirəm?
Düşünürəm ki, bunun üçün
1000 dollar ödəyəcəm.
Beləliklə, istiqrazın qiyməti, yəni
bu istiqrazın qiyməti
çap olunduğu gün və ya 0-cı gün,
əgər istəsəniz,
buna görə 1000 dollar ödəyə bilərsiniz.
Çünki düşünürsünüz ki, hər il
təxminən 10% əldə edirəm
və pulumu geri alıram.
Bu səviyyədə olan risk üçün 10%
yaxşı faiz dərəcəsidir.
İndi bu istiqrazı
aldıqdan sonraya baxaq.
...
Aydındır ki, faiz dərəcələri bu qədər
sürətlə dəyişmir.
Lakin deyək ki, istiqrazı aldıqdan
sonra və ya bir az daha realist olmaq üçün
daha sonrakı günlərdə
faiz dərəcələri artır.
Faiz dərəcələri artır,
yeni rəngdə qeyd edək.
Deyək ki, faiz
dərəcələri artır
və belə bir şirkət üçün
faiz dərəcələri bu yolla
artır, bu tip
risklər üçün
bazara daxil olub 15 faizli istiqraz
əldə edə bilərsiniz.
Yəni, bu tipli risk üçün
15% faiz dərəcəsi gözləyəcəksiniz.
Aydındır ki, daha az risk üçün
daha az faiz dərəcəsi gözləniləcək.
Bu kimi şirkət üçün indi
15 % faiz dərəcəsi gözləyirsiniz.
Faiz dərəcələri qalxdı.
İndi isə tutaq ki, sizin
nağd pula ehtiyacınız var və gəlib
deyirsiniz ki,
"Sal, bu sənədi məndən
satın ala bilərsən?"
"Mənə bir az nağd pul
lazımdır.
Likvidliyə ehtiyacım var.
Pulu geri almaq üçün 2 il
gözləyə bilmərəm.
Bu istiqraz üçün nə
qədər ödəyə bilərsən?"
Mən də deyəcəm ki,
bu istiqraz üçün 1000 dollardan az ödəyə
bilərəm,
çünki bu mənə yalnız 10 % verir.
Mən isə 15 % gözləyirəm,
ona görə də 1000 dollardan az ödəmək
istəyirəm.
Cədvəlimdə bütün hesablamaları etdikdən
sonra
nəticədə 15% çıxır.
Ödəyəcəyəm.
Belə ki, bu vəziyyətdə
qiymət azalacaq.
Bundan sonra ödənilən faizdən
daha
asan istiqrazla bağlı hesablamalar
edəcəyəm,
amma intuitiv olmağını istəyirəm.
Əgər faiz dərəcəsi artarsa,
bu istiqrazı almaq istəyən biri
deyəcək ki, "Bu istiqraz mənə yalnız 10 %
verir. Açıq bazarda əldə edə biləcəyim
15%-li faiz deyil.
"Bu istiqraz üçün 1000 dollardan az
ödəyəcəyəm".
Beləliklə, qiymət aşağı düşəcək.
Və ya deyə
bilərsiniz ki, bu istiqraz yarı qiymətinə
satıla bilər.
İstiqraz yarı qiymətinə
endirimlə satılacaq.
İndi tutaq ki, əksi baş verir.
Faiz dərəcəsi aşağı düşür.
Faiz dərəcələrinin azaldığı
bir vəziyyətdəyik.
Belə səviyyədə riskli A şirkəti üçün
insanlar 5 % gözləyirlər, yəni
5 % faiz dərəcəsi gözləyirlər.
Beləliklə, bu istiqrazı neçəyə
satarsınız?
Əgər orada olsaydınız və
iqtirazı çap etmək üçün şirkətə tək
getməli
olsaydım, mənə 5 %-li faiz verən istiqraz
üçün 1000 dollar və ya
təxminən 1000 dollar ödəməli
olacaqdım.
Hesablamaları gözəyarı edəcəm.
Sadəcə mahiyyətini izah etmək istəyirəm.
Beləliklə, indi 5 %-li faiz verən bir
şey üçün 1000 dollar ödəyəcəm.
Bu 10 %-li faiz verir.
Aydındır ki, bu daha yaxşıdır.
İndi qiymət qalxa bilər.
Beləliklə, mən nominal dəyərindən
çox ödəyirəm.
Və ya deyə bilərsiniz ki, bu istiqraz
daha bahaya satılır, yəni
nominaldan baha qiymətə.
Beləliklə, ən azı məntiqi anladıq,
faiz dərəcəsi qalxanda,
insanlar istiqrazdan daha çox gözləyir.
Bu istiqraz çox vermir,
ona görə də qiymət aşağı düşəcək.
Eynilə, əgər faiz dərəcəsi azalarsa,
bu istiqraz insanların gözlədiyindən çox
təklif edir, ona görə də
insanlar bu istiqraz üçün daha çox
ödəyə bilir.
İndi, gəlin bunu faktiki edək,
verilmiş faiz dərəcəsinə
əsasən, rasional bir insanın
bu istiqraz üçün ödəyə biləcəyi
faktiki məbləği təyin etmək üçün
həqiqi hesablamalar aparaq.
Və bunu
sıfır faizli istiqrazla edəcəyəm.
Sıfır faizli istiqrazı göstərəcəyəm.
Əslində, bunun üçün riyazi həllər
çox sadədir, çünki bunu
müxtəlif faizlər üçün etməməlisiniz.
Sadəcə son ödəməyə
baxmalısınız.
Sıfır faizli istiqraz
istiqrazın sahibinə nominal dəyərini
ödəməyə razı olan
istiqrazdır,
deyək ki, nominal dəyər
2 il sonra
1000 dollar olacaq.
Heç bir faiz yoxdur.
Beləliklə, əgər ödəmə sxemi çəksəydim,
buna bənzər bir şey olardı.
Bu, bu gündür.
Bu, bir ildir.
Bu, 2 ildir.
Sadəcə 1000 dollar əldə edirsiniz.
İndi deyək ki, 1-ci gün
A kimi şirkət üçün faiz dərəcələri,
bu A şirkətinin istiqrazlarıdır,
beləliklə, faiz dərəcələri başlayır,
birinci gün.
Deyək ki, insanların bu növ istiqrazlar
üzrə
gözləntisi illik 10 % faiz dərəcəsidir.
Verilənə əsasən, 2 il sonra
1000 dollar geri ödəniş
alacaqları bir istiqraz üçün
nə qədər ödəyə bilərlər?
Deyək ki, burada Q...
Bir az daha hesablamalar etmək
istəyirəm, amma
ümid edirəm ki, çox pis olmayacaq.
Deyək ki, Q bir şəxsin istiqraz
üçün ödəyə biləcəyi qiymətdir.
Qiymətin neçə olmasına baxmayaraq,
bunu 2 il üçün 10 % ilə
tətbiq edirsinizsə,
1,10 edir,
bu 1+ bir ildən sonra
10 %-dir.
Əgər bunu 10 % ilə
vururamsa, Q-ni buna vurub
və daha bir il sonra
bunu yenidən 1,10 ilə vururam.
Əgər ilkin hesabımdan və ya istiqraz üçün
ilk ödədiyimdən 10 % faiz geri alıramsa,
bu 2 il sonra əldə etməli olduğum
məbləğdir.
Bu, 1000 dollara
bərabər olmalıdır.
Daha açıq qeyd edək.
Q bu növ bir risk üçün illik 10 %
gözləyən şəxsin istiqraz
üçün ödəyə biləcəyi məbləğdir.
Beləliklə, 2 il üçün onların ödənişini
10 %-ə vuranda 1000 dollar etməlidir.
Hesablama aparsaq,
Q-ni 1,1 kvadratına vuraq,
1000-ə bərabər olacaq
və ya Q 1000 : 1,1-in kvadratına bərabər
olacaq.
Digər bir hal isə
odur ki, əgər gözlədikləri
10 % geri ödəniş
2 ildə 1000 dolların indiki dəyərinə 10 %
endirim edilmişdirsə, onlar bu pulu
ödəyə bilərlər.
Bu 1,10 və ya 1+ 10 %-dir.
Beləliklə, buradakı rəqəm neçədir?
Kalkulyatoru
götürək.
1000 : 1,1-in kvadratı misalımız var.
Bu, 826 dollara bərabərdir və
yuvarlaq olaraq 826
dollar yazaq.
Beləliklə, bu 826 dollardır.
Bu gün bu istiqraza 826 dollar
ödəsəydiniz
və 2 il sonra bu şirkət sizə
1000 dollar geri verərdi,
pulunuzun illik 10 %
faiz dərəcəsini qazanmış olacaqsınız.
Deyək ki, daha sonrakı günlərdə faiz
dərəcəsi
qalxarsa, nə baş verəcək?
Konkret bir rəqəm qeyd etmirəm.
Həmişə iki il olduğunu düşünürəm.
1 gün azdır, amma hesablamanı
kəskin şəkildə dəyişmir.
Gəlin deyək ki, ikinci dəfə
faiz dərəcələri artır.
İkincidir və hesablamalarımızda
kəskin fərq yaratmır.
Faiz dərəcələri artır.
Qəfildən
insanlar daha çox gözləyir.
Faiz artır.
Yeni gözlənti A kimi şirkət üçün
kredit üzrə 15 % geri ödənişin olmasıdır.
İndi ödəyə biləcəyimiz
pul nə qədərdir?
Eyni düsturdan istifadə edəcəyik.
Qiymət 1000 dollar bölünsün 2 il
ərzində 10 %-li güzəşt əvəzinə 15 %-li
güzəşt ilə hesablayacağıq.
Beləliklə, 1+ 2 il üçün 15 faiz alınır.
Kalkulyatoru çıxaraq.
Məncə, məntiqi olaraq
məxrəcin daha böyük olacağı ilə bağlı
fikir yaranır.
Belə ki, qiymətlər enəcək.
Həqiqi hesablamalar aparaq.
1000 bölünsün 1,15-in kvadratı
təxminən 756 dollara bərabərdir.
Beləliklə, qiymət aşağı düşür.
İndi qiymət 756 dollardır.
Bu kiminsə 15 % geri alacağı və
2 ildə 1000 dollar əldə edəcəyi təqdirdə
və ya 2 ildə 1000 dollar qazanıb və
buna görə xüsusilə 15 %
geri alacağı halda
ödəyə biləcəyi məbləğdir.
Nəticə olaraq, əgər
faiz dərəcəsi qalxsa nə baş verər?
Deyək ki, bu növ risk üçün
gözlənilən faiz dərəcəsi
azalır.
Faiz dərəcəsi 5 %-dir.
Kiminsə bu sıfır kuponlu istiqraz üçün
ödəyəcəyi məbləğ nə qədərdir?
Qiyməti 2 il üçün 1,05 ilə vursanız,
1000 dollar olmalıdır
və ya qiymət 1000 dollar
bölünsün 2 ilin 5 %-də tətbiqi.
Yenidən kalkulyatoru götürək.
1000 dollar bölünsün 1,05-in kvadratı
907 dollara bərabər oldu.
Qəfildən ödəyə biləcəyimiz
qiymət indi 907 dollar oldu.
Riyazi olaraq görürsünüz ki, faiz
dərəcəsi artanda
istiqrazın qiyməti 826 dollardan
756 dollara endi.
Qİymət aşağı düşdü.
Faiz dərəcəsi aşağı düşəndə
qiymət qalxır.
Düşünürəm ki, məntiqli oldu.
Daha çox gözlədiyiniz,
daha yüksək geri ödəniş.
Bu istiqraz üçün daha az ödəmə imkanı
deməkdir.
Ümid edirəm ki, video faydalı oldu.