Bu videoda məqsədim
istiqraz qiymətlərinin faiz dərəcələrinin
əksi istiqamətində dəyişməyinin
səbəbini
çox da riyazi olmayan yolla izah
etməkdir.
Yəni, faiz dərəcəsi istiqraz qiymətləri
ilə müqayisədə.
Başlanğıc üçün kifayət qədər sadə,
kupon ödəyən bir istiqrazla başlayacam və
əgər
faiz dərəcəsi qalxsa
və ya ensə, istiqraz üçün nə qədər
ödəyə biləcəyiniz barədə danışacağıq.
Gəlin bir neçə şirkətdən olan istiqrazla
başlayaq.
Bunu qeyd edək.
Bu, A şirkəti ola bilər.
Yalnız bir şirkətdən olmalı deyil.
Bir bələdiyyədən və ya
Amerika hökumətindən də ola bilər.
Deyək ki, bu, 1000 dollarlıq istiqrazdır.
Bu istiqrazın 2 il yararlılıq
müddəti var
və 10 %-li kuponu var,
yarım il ərzində ödənən 10 %-li kupon.
Beləliklə, bu,
yarım illik ödəmədir.
Əgər bunun üçün sxem çəksək,
aydındır ki, istiqraz
sertifikatında sahədən çıxacağam.
Gəlin bu istiqrazın ödəmələri üçün
sxem çəkək.
Bu, bu gündür.
Başqa rəngdə qeyd edək.
O, bu gündür.
Burada kiçik bir zaman
şkalası çəkək.
Bu, istiqraz üçün gələcəkdəki 2 ildir,
yəni bu, növbəti 24 aydır.
Yarısı 12 aydır,
onda bu, 18 aydır
və buradakı da 6 aydır.
İstiqraz haqqında videonun girişində
bundan bir az bəhs etmişdik,
amma bu, yarım illik 10 %-li kupondur.
Ona görə də bu, bizə illik dəyərin
10 %-ni ödəyəcək.
Lakin 6 aylıq ödənişlərə bölünəcək.
1000 dolların 10 faizi 100-dür,
ona görə də onlar bizə hər altı ayda 50
dollar ödəyəcəklər.
Onlar hər altı ayda 10 faizli kuponun
yarısından imtina edəcəklər.
Beləliklə, 50 dolları burada, digər
50 dolları isə burada əldə edəcəyik.
Bunlar bizim kupon ödəmələrimiz olacaq,
50 dollar burada
və nəhayət, 2-ci ildə 50 dolları da
əldə edəcəyik.
Həmçinin, istiqrazın nominal dəyərini
və
1000 dolları da alacağıq.
1000 dollar və əlavə olaraq növbəti
24 ay ərzində 50 dollar alacağıq.
Deyək ki, bu gün
istiqrazın
çap olunduğu gündür,
bunu baxıb, nə
düşünürsən?
A şirkəti kimi bir şirkət üçün
bu risk profili üçün,
faiz dərəcələrinin hazırda
olduğu yerə görə
məncə, 10 faizli kupon əladır.
Beləliklə,10 %-li kupon əladır,
düşünə bilərsiniz ki,
haradan bilirəm?
Düşünürəm ki, bunun üçün
1000 dollar ödəyəcəm.
Beləliklə, istiqrazın qiyməti, yəni
bu istiqrazın qiyməti
çap olunduğu gün və ya 0-cı gün,
əgər istəsəniz,
buna görə 1000 dollar ödəyə bilərsiniz.
Çünki düşünürsünüz ki, hər il
təxminən 10% əldə edirəm
və pulumu geri alıram.
Bu səviyyədə olan risk üçün 10%
yaxşı faiz dərəcəsidir.
İndi deyək ki, bu istiqrazı
aldıqdan sonra
...
Aydındır ki, faiz dərəcələri bu qədər
sürətlə dəyişmir.
Lakin deyək ki, istiqrazı aldıqdan
sonra və ya bir az daha realist olmaq üçün
daha sonrakı günlərdə
faiz dərəcələri artır.
Əgər faiz dərəcələri artırsa,
yeni rəngdə qeyd edək.
Deyək ki, faiz
dərəcələri artır,
və belə bir şirkət üçün
faiz dərəcələri bu yolla
artır, bu tip
risklər üçün
marketə daxil olub 15 faizli istiqraz
əldə edə bilərsiniz.
Yəni, bu tipli risk üçün
siz 15 % faiz dərəcəsi gözləyəcəksiniz.
Aydındır ki, daha az risk üçün
daha az faiz dərəcəsi gözləniləcək.
Bu kimi şirkət üçün indi
15 % faiz dərəcəsi gözləyirsiniz.
Faiz dərəcələri qalxdı.
İndi isə tutaq ki, sizin
nağd pula ehtiyacınız var və gəlib
deyirsiniz ki,
"Hey, Sal, bu sertifikatı məndən
satın ala bilərsən?
Mənə bir az nağd pul
lazımdır.
Likvidliyə ehtiyacım var.
Pulu geri almaq üçün 2 il
gözləyə bilmərəm.
"Bu istiqraz üçün nə
qədər ödəyə bilərsən"?
Mən də deyəcəm ki,
bu istiqraz üçün 1000 dollardan az ödəyə
bilərəm,
çünki bu mənə yalnız 10 % verir.
Mən isə 15 % gözləyirəm,
ona görə də 1000 dollardan az ödəmək
istəyirəm.
Cədvəlimdə bütün hesablamaları etdikdən
sonra
nəticədə 15 % çıxır,
ona görə də, mən ödəyəcəm.
Belə ki, bu vəziyyətdə
qiymət azalacaq.
Bundan sonra mən ödənilən kupondan
daha
asan istiqrazla bağlı hesablamalar
edəcəyəm,
amma intuitiv olmağını istəyirəm.
Əgər faiz dərəcəsi artarsa,
bu istiqrazı almaq istəyən biri
deyəcək ki, "Bu istiqraz mənə yalnız 10 %
verir. Açıq marketdə əldə edə biləcəyim 15
%-li kupon deyil.
"Bu istiqraz üçün 1000 dollardan az
ödəyəcəyəm".
Beləliklə, qiymət aşağı düşəcək.
Və ya siz, xüsusilə, deyə
bilərsiniz ki, bu istiqraz yarı qiymətinə
satıla bilər.
İstiqraz endirimlə satılacaq,
yarı qiymətinə endirimlə.
İndi tutaq ki, əksi baş verir.
Faiz dərəcəsi aşağı düşür.
Faiz dərəcələrinin azaldığı
bir vəziyyətdəyik.
İndi, belə səviyyədə riskli A şirkəti üçün
insanlar 5 % gözləyirlər.
İnsanlar 5 % faiz dərəcəsi gözləyirlər.
Beləliklə, siz bu istiqrazı neçəyə
satarsınız?
Əgər siz orada olsaydınız və
iqtirazı çap etmək üçün şirkətə tək
getməli
olsaydım, mənə 5 %-li kupon verən istiqraz
üçün 1000 dollar və ya
təxminən 1000 dollar ödəməli
olacaqdım.
Hesablamalarda dəqiq olmayacağam.
Sadəcə mahiyyətini izah etmək istəyirəm.
Beləliklə, indi 5 %-li kupon verən bir
şey üçün 1000 dollar ödəyəcəm.
Bu 10 %-li kupon verir.
Aydındır ki, bu daha yaxşıdır.
İndi qiymət qalxa bilər.
Beləliklə, mən nominal dəyərindən
çox ödəyirəm.
Və ya siz deyə bilərsiniz ki, bu istiqraz
mükafata satılır,
nominala mükafat.
Beləliklə, ən azı məntiqi anladıq,
faiz dərəcəsi qalxanda,
insanlar istiqrazdan daha çox gözləyir.
Bu istiqraz çox vermir,
ona görə də qiymət aşağı düşəcək.
Eynilə, əgər faiz dərəcəsi azalarsa,
bu istiqraz insanların gözlədiyindən çox
təklif edir, ona görə də
insanlar bu istiqraz üçün daha çox
ödəyə bilir.
İndi, gəlin bunu faktiki edək,
gəlin verilmiş faiz dərəcəsinə
əsasən kiminsə, rasional bir insanın
bu istiqraz üçün ödəyə biləcəyi
faktiki məbləği təyin etmək üçün
həqiqi hesablamalar aparaq.
Və bunu
sıfır kuponlu istiqrazla edəcəyəm.
Sıfır kuponlu istiqrazı göstərəcəyəm.
Əslində, bunun üçün riyazi həllər
çox sadədir, çünki bunu
müxtəlif kuponlar üçün etməməlisiniz.
Sadəcə son ödəməyə
baxmalısınız.
Sıfır kuponlu istiqraz
yalnız istiqrazın sahibinə
ödəməyə razıdır,
nominal dəyər,
deyək ki,
bundan 2 il sonra
1000 dollar olacaq.
Heç bir kupon yoxdur.
Beləliklə, əgər ödəmə sxemi çəksəydim,
buna bənzər bir şey olacaqdı.
Bu, bu gündür.
Bu, bir ildir.
Bu, 2 ildir.
Sadəcə 1000 dollar əldə edirsiniz.
İndi deyək ki, 1-ci gün
A kimi şirkət üçün faiz dərəcələri,
bu A şirkətinin istiqrazlarıdır,
beləliklə, faiz dərəcələri başlayır,
birinci gün.
Deyək ki, insanların bu tipdə istiqrazlara
olan
gözləntisi illik 10 % faiz dərəcəsidir.
Verilənə əsasən, 2 il sonra
1000 dollar geri ödəniş
alacaqları bir istiqraz üçün
nə qədər ödəyə bilərlər?
Bunun barəsində düşünmənin
yolu odur ki, burada P...
İndi mən bir az daha hesablamalar etmək
istəyirəm,
amma ümid edirəm çox pis olmayacaq.
Deyək ki, P kiminsə istiqraz üçün
ödəyə biləcəyi qiymətdir.
Qiymətin neçə olmasına baxmayaraq,
bunu 2 il üçün 10 % ilə
qarışdırırsınızsa,
beləliklə, 1,10 edir,
bu 1+ bir ildən sonra
10 %-dir.
Əgər bunu 10 % ilə
vururamsa, P vuraq bu olacaq
və daha bir il sonra
mən bunu yenidən 1,10 ilə vururam.
Əgər ilkin hesabımdan və ya istiqraz üçün
ilk ödədiyimdən 10 % faiz geri alıramsa,
bu mənim 2 il sonra əldə etməli olduğum
məbləğdir.
Bu bərabər olmalıdır,
1000 dollara bərabər olmalıdır.
Daha açıq qeyd edək.
P bu tipli bir risk üçün illik 10 %
gözləyən birinin istiqraz
üçün ödəyə biləcəyi məbləğdir.
Beləliklə, siz 2 il üçün onların ödənişini
10 %-ə vuranda 1000 dollar etməlidir.
Hesablama aparsaq,
P vuraq 1,1 kvadratı 1000-ə bərabər olacaq
və ya P 1000 : 1,1-in kvadratına bərabər
olacaq.
Bunun haqqında düşünmənin başqa yolu
odur ki, əgər gözlədikləri
10 % geri ödəniş
2 ildə 1000 dolların indiki dəyərinə 10 %
endirim edilmişdirsə, onlar bu pulu
ödəyə bilərlər.
Bu 1,10 və ya 1+ 10 %-dir.
Beləliklə, burada doğru rəqəm nədir?
Gəlin kalkulyator götürək.
Kalkulyatoru götürək.
1000 : 1,1-in kvadratı misalımız var.
Bu, 826 dollara bərabərdir və
yuvarlaq 826 dollar
yazaq.
Beləliklə, bu 826 dollardır.
Bu gün bu istiqraza 826 dollar
ödəsəydiniz
və 2 il sonra bu şirkət sizə
1000 dollar geri verərdi,
siz pulunuzun illik 10 %
faiz dərəcəsinin qazanmış olacaqsınız.
İndi, deyək ki, daha sonrakı günlərdə faiz
dərəcəsi
qalxarsa, nə baş verəcək?
Mən çox spesifik olmayacağam.
Həmişə iki il olduğunu düşünürəm.
1 gün azdır, amma hesablamanı
kəskin şəkildə dəyişmir.
Gəlin deyək ki, ikinci dəfə
faiz dərəcələri artır.
Deyək ki, ikincidir və hesablamalarımızda
kəskin fərq yaratmır.
Deyək ki, faiz dərəcələri artır.
Beləliklə, qəfildən
insanlar daha çox gözləyir.
Faiz artır.
Yeni gözlənti A kimi şirkət üçün
kreditdə 15 % geri ödənişin olmasıdır.
İndi bizim ödəyə biləcəyimiz
pul nə qədərdir?
Eyni düsturdan istifadə edəcəyik.
Qiymət 1000 dollar bölünsün 2 il
ərzində 10 %-li güzəşt əvəzinə 15 %-li
güzəşt ilə hesablayacağıq.
Beləliklə, 1+ 2 il üçün 15 faiz alınır.
Kalkulyatoru çıxaraq.
Məncə məntiqi olaraq
məxrəcin daha böyük olacağı ilə bağlı
fikir yaranır.
Belə ki, qiymətlər enəcək.
Gəlin, həqiqi hesablamaları aparaq.
1000 bölünsün 1,15-in kvadratı
təxminən 756 dollara bərabərdir.
Beləliklə, qiymət aşağı düşür.
İndi qiymət 756 dollardır.
Bu kiminsə 15 % geri alacağı və
2 ildə 1000 dollar əldə edəcəyi təqdirdə
ödəyə biləcəyi məbləğdir,
və ya 2 ildə 1000 dollar qazanıb və
buna görə xüsusilə 15 % geri qayıdırsa.
İndi, sadəcə mübahisəni bitirmək üçün
əgər faiz dərəcəsi qalxsa nə baş verər?
Deyək ki, bu tip risk üçün
gözlənilən faiz dərəcəsi
azalır.
Tutaq ki, indi 5 %-dir.
Kiminsə bu sıfır kuponlu istiqraz üçün
ödəyəcəyi məbləğ nə qədərdir?
Qiyməti 2 il üçün 1,05 ilə vursanız,
1000 dollar olmalıdır
və ya qiymət 1000 dollar
bölünsün 2 ilin 5 %-də qarışığı.
Yenidən kalkulyatoru götürək.
1000 dollar bölünsün 1,05-in kvadratı
907 dollara bərabər oldu.
Beləliklə, qəfildən ödəyə biləcəyimiz
qiymət indi 907 dollar oldu.
Riyazi olaraq görürsünüz ki, faiz
dərəcəsi artanda
istiqrazın qiyməti 826 dollardan
756 dollara endi.
Qİymət aşağı düşdü.
Faiz dərəcəsi aşağı düşəndə
qiymət qalxır.
Düşünürəm ki, məntiqli oldu.
Daha çox gözlədiyiniz,
daha yüksək geri ödəniş.
Bu istiqraz üçün daha az ödəmə imkanı
deməkdir.
Ümid edirəm ki, video faydalı oldu.