394 və 397 ədədlərini müqayisə edin. Böyükdür və ya kiçikdir işarəsindən istifadə etməklə ifadəni yazın. Bu haqda bir qədər düşünək. Bu kiçikdir, bu isə böyükdür işarəsidir. Ədədlərə nəzər salaq. 394 və 397. Gəlin yazaq. 394 və 397. Onların hər ikisində 3 yüzlük var. Yüzlüklər mərtəbəsi bərabərdir. Onların hər ikisində 90 var. Bu, 300 üstəgəl 90 üstəgəl 4, bu isə 300 üstəgəl 90 üstəgəl 7-dir. Bildiyiniz kimi 4 7-dən kiçikdir. Ədəd oxunda 4 7-dən əvvəldə yerləşir. 7-yə qədər saydıqda, 4-dən istifadə edirik. Odur ki, 394 397-dən kiçikdir. Bunu belə yaza bilərik: 394, kiçikdir işarəsi və 397. Kiçikdir işarəsini yadda saxlamaq üçün uc tərəfin kiçik ədədə istiqamətləndiyini nəzərə alın. Bu tərəf buna nəzərən daha kiçikdir. Buna başqa üsulla da ifadə edə bilərik. 397 394-dən böyükdür. İşarənin böyük tərəfi hansı ədədə istiqamətlənibsə, həmin ədəd böyük ədəddir. Bu, kiçik tərəfdir. Bu isə böyük tərəfdir. Buraya böyük ədəd yazılmalıdır. Böyükdür, kiçikdir.