Bizim işimizdə şəkillərin dünyanı dəyişə biləcəyinə inanırıq. Düzdür, bir az sadəlövhük, işimizi çox sevirik. Əslində, bilirik ki, şəkillər özləri dünyanı dəyişmirlər. Amma fotoqraflığın yarandığı gündən bəri şəkillərin insanları hərəkətə gətirib dəyişikliyə səbəb olan amillərdən biri olduğunu da bilirik. Bir neçə şəkildən başlayaq. Yəqin ki, bu şəkillərin çoxunu ya da hamısını görübsünüz. Bu şəkilləri klassik adlandırmaq düz olardı: klassikləşib klişeyə çevriliblər. Bu şəkilləri o qədər yaxşı tanıyırıq ki, onlar azca fərqli formada olsalar belə dərhal seçə bilirik. (Gülüş) Ancaq bu tam hekayə deyil. Daha dərinə gedək. Vacib məsələlərə işıq salmış fotoşəkillərdən danışaq. Sərhəd və dinlərin hüdudlarını aşıb bizi ayağa qalxmağa, hərəkətə keçməyə təşviq edən şəkillər. Bu şəkli hamınız görmüsünüz. Bu şəkil fiziki dünyamız haqdakı anlayışımızı dəyişib. Əvvəllər dünyanı bu perspektivdən heç vaxt görməmişdik. Çox adam ətraf mühitin qorunması hərəkatının yaranmasını bu şəkillə əlaqələndirir, dünyanı ilk dəfə belə kiçik, belə kövrək gördüyümüz ilk şəkil. Bu andan 40 il keçib, biz insanların ətraf mühitə dağıdıcı təsirini burda oturanlar da çox yaxşı bilirlər. Axır ki, buna qarşı nə isə etməyə başlamışıq. Bu dağıdıcı qüvvə fərqli şəkillər ala bilir. Məsələn, bu şəkillər Brent Stirton tərəfindən Konqoda çəkilib. Bu qorillalar öldürülmüşdü, hətta çarmıxa çəkilmişdilər deyərdik. Təbii olaraq, bunlar bütün dünyada narazılığa səbəb oldu. Bu yaxınlarda təbiətin özünün dağıdıcı gücünün varlığını Haitidəki son zəlzələdə təkrar hiss etdik. Bundan daha pisi isə insanların bir-birinə etdikləridir. Auşvitsdən sağ çıxan Samuel Pisar belə demişdi, "Holokost göstərir ki, təbiət ən qəddar anında belə mənəviyyat və idrakını itirmiş insanla müqayisədə çox daha zərərsizdir." Başqa bir çarmıx şəkli. Əbu Qreib və Quantanamoda çəkilmiş bu şəkillərin çox böyük təsiri oldu. Bu şəkillərin yayımlanması şəkillərə qarşı dövlət siyasətinin dəyişməsinə səbəb oldu. Bir çox insanlar bu şəkillərin İraqdakı iğtişaşlara digər bütün virtual qarşıdurmalardan daha güclü təsiri olduğuna da inanırlar. Bu şəkillər həm də işğalçı qüvvələrin alışılmış haqlı və üstünlüyü anlayışının da sonu oldu. Bir az geri gedək. 60-70-ci illərdə Vyetnam müharibəsi Amerika evlərində gecə-gündüz göstərilirdi. Xəbərlərdə yayımlanan fotoşəkillər izləyiciləri müharibə qurbanları olan napalmla yanmış qızla, Ohayonun Kent Dövlət Universitetində etirazlar zamanı Milli Mühafizəçilər tərəfindən öldürülmüş tələbə ilə üz-üzə gətirdi. Bu şəkillər sonrakı etirazların da əsas səbəbi oldu. Fotoşəkillər həm də şübhə, cəhalətin ortadan qalxmasında xüsusi rol oynayıb. Haqqında əvvəllər də çox danışdığım, bircə rəsmlə izah edəcəyim QİÇS virusu məsələsinə toxunum. 90-ci illərdə xəstəliyə yoluxmaq o qədər rüsvacçılıq hesab olunurdu ki, problemi müzakirə etmək belə çətin idi. Kiçik bir hərəkət, 1987-ci ildə dünyanın ən məşhur xanımı Uels kraliçasının QİÇS-ə yoluxmuş uşağa toxunması bu tutumda əsas da Avropada böyük dəyişikliyə səbəb oldu. O, şəklin gücünü hamıdan çox yaxşı bilirdi. Bizim də belə güclü fotoşəkillər qarşısında edəcəyimiz bir neçə seçim var; gözümüzü onlardan çəkə, yaxud şəkildəki problemə xitab edə bilərik. Şükr, bu şəkillər 1988-ci ildə Guardian qəzetində çap olunduqdan sonra Sudanda aclığa qarşı tədbirlərə daha çox diqqət, sonda isə maddi dəstək ayrıldı. Fotoşəkillər dünyanı dəyişdi? Xeyr, ancaq onlar böyük rol oynadılar. Şəkillər çox vaxt bizi öz fikirlərimizi və bir-birimizə qarşı öhdəliklərimizi sorğulamağa vadar edir. Katrina qasırğasından sonrakı şəkilləri hamımız gördük, və, məncə, milyonlarla insana çox böyük təsir etdi. 2008-ci ilin Noyabrında seçkilərə gedən Amerikalıların fikirlərində də bu şəkillərin olduğuna inanıram. Təssüf ki, bəzi çox vacib şəkillər çox açıq və kəskin olduğundan paylaşılmır. Sizə bunlardan birini göstərəcəm, Eugene Richards tərəfindən çəkilən İraq müharibəsi veteranının bu şəkli, Müharibə Şəxsi Həyatda adlı hələ heç yerdə yayımlanmamış proyektindəndir. Ancaq şəkillərin bizə müharibənin tragediyasını anlatmaq üçün çox kəskin olması şərt deyil. Bu şəkil John Moore tərəfindən Arlington qəbiristanlığında çəkilib. Bütün konflikt zonalarından, müharibə anlarından sonra, bu sakitlikdə çəkilmiş şəkil məni daha çox düşündürür. Ansel Adamsın razılaşmadığım bir fikri var, "Şəkli çəkmirsən, onu yaradırsan." Məncə isə, şəkli yaradan fotoqraf deyil, sizlərsiniz. Biz hər şəklə öz dəyərimizlə yanaşır, öz imamınmıza uyğun qəbul edirik, nəticədə də şəkil bizi əks etdirir. Bizim şirkətdə 70 milyon şəkil var. Mənim otağımda isə bircə şəkil var. Budur. Ümid edirəm ki, siz də sizə nəsə hiss etdirən şəkli görəndə səbəbini başa düşəcəksiniz və əminəm ki, burda oturan şəxslər olaraq həmin şəkil haqda nə isə edəcəksiniz. Bütün fotoqraflara da təşəkkkür edirəm. (Alqış)