1 00:00:00,000 --> 00:00:02,000 Bizim işimizdə 2 00:00:02,000 --> 00:00:05,000 şəkillərin dünyanı dəyişə biləcəyinə inanırıq. 3 00:00:05,000 --> 00:00:08,000 Düzdür, bir az sadəlövhük, işimizi çox sevirik. 4 00:00:08,000 --> 00:00:10,000 Əslində, bilirik ki, şəkillər 5 00:00:10,000 --> 00:00:12,000 özləri dünyanı dəyişmirlər. 6 00:00:12,000 --> 00:00:15,000 Amma fotoqraflığın yarandığı gündən bəri 7 00:00:15,000 --> 00:00:18,000 şəkillərin insanları hərəkətə gətirib dəyişikliyə səbəb olan 8 00:00:18,000 --> 00:00:21,000 amillərdən biri olduğunu da bilirik. 9 00:00:21,000 --> 00:00:24,000 Bir neçə şəkildən başlayaq. 10 00:00:24,000 --> 00:00:26,000 Yəqin ki, bu şəkillərin çoxunu 11 00:00:26,000 --> 00:00:29,000 ya da hamısını görübsünüz. 12 00:00:29,000 --> 00:00:31,000 Bu şəkilləri klassik adlandırmaq düz olardı: 13 00:00:31,000 --> 00:00:34,000 klassikləşib klişeyə çevriliblər. 14 00:00:34,000 --> 00:00:36,000 Bu şəkilləri o qədər yaxşı tanıyırıq ki, 15 00:00:36,000 --> 00:00:38,000 onlar azca fərqli formada olsalar belə 16 00:00:38,000 --> 00:00:41,000 dərhal seçə bilirik. 17 00:00:42,000 --> 00:00:44,000 (Gülüş) 18 00:00:45,000 --> 00:00:47,000 Ancaq bu tam hekayə deyil. 19 00:00:47,000 --> 00:00:49,000 Daha dərinə gedək. 20 00:00:49,000 --> 00:00:51,000 Vacib məsələlərə işıq salmış 21 00:00:51,000 --> 00:00:54,000 fotoşəkillərdən danışaq. 22 00:00:54,000 --> 00:00:57,000 Sərhəd və dinlərin hüdudlarını aşıb 23 00:00:57,000 --> 00:00:59,000 bizi ayağa qalxmağa, 24 00:00:59,000 --> 00:01:01,000 hərəkətə keçməyə 25 00:01:01,000 --> 00:01:03,000 təşviq edən şəkillər. 26 00:01:03,000 --> 00:01:06,000 Bu şəkli hamınız görmüsünüz. 27 00:01:06,000 --> 00:01:08,000 Bu şəkil fiziki dünyamız haqdakı anlayışımızı dəyişib. 28 00:01:08,000 --> 00:01:11,000 Əvvəllər dünyanı bu perspektivdən heç vaxt görməmişdik. 29 00:01:11,000 --> 00:01:13,000 Çox adam ətraf mühitin qorunması 30 00:01:13,000 --> 00:01:15,000 hərəkatının yaranmasını bu şəkillə əlaqələndirir, 31 00:01:15,000 --> 00:01:17,000 dünyanı ilk dəfə belə kiçik, 32 00:01:17,000 --> 00:01:19,000 belə kövrək gördüyümüz 33 00:01:19,000 --> 00:01:21,000 ilk şəkil. 34 00:01:22,000 --> 00:01:25,000 Bu andan 40 il keçib, 35 00:01:25,000 --> 00:01:27,000 biz insanların ətraf mühitə dağıdıcı təsirini 36 00:01:27,000 --> 00:01:30,000 burda oturanlar da çox yaxşı bilirlər. 37 00:01:30,000 --> 00:01:33,000 Axır ki, buna qarşı nə isə etməyə başlamışıq. 38 00:01:34,000 --> 00:01:37,000 Bu dağıdıcı qüvvə fərqli şəkillər ala bilir. 39 00:01:37,000 --> 00:01:40,000 Məsələn, bu şəkillər Brent Stirton tərəfindən 40 00:01:40,000 --> 00:01:42,000 Konqoda çəkilib. 41 00:01:42,000 --> 00:01:45,000 Bu qorillalar öldürülmüşdü, hətta çarmıxa çəkilmişdilər deyərdik. 42 00:01:45,000 --> 00:01:47,000 Təbii olaraq, bunlar 43 00:01:47,000 --> 00:01:49,000 bütün dünyada narazılığa səbəb oldu. 44 00:01:49,000 --> 00:01:51,000 Bu yaxınlarda 45 00:01:51,000 --> 00:01:54,000 təbiətin özünün dağıdıcı gücünün varlığını 46 00:01:54,000 --> 00:01:56,900 Haitidəki son zəlzələdə təkrar hiss etdik. 47 00:01:56,900 --> 00:02:00,000 Bundan daha pisi isə 48 00:02:00,000 --> 00:02:02,000 insanların bir-birinə etdikləridir. 49 00:02:02,000 --> 00:02:05,000 Auşvitsdən sağ çıxan Samuel Pisar 50 00:02:05,000 --> 00:02:07,000 belə demişdi, 51 00:02:07,000 --> 00:02:09,000 "Holokost göstərir ki, 52 00:02:09,000 --> 00:02:12,000 təbiət ən qəddar anında belə 53 00:02:12,000 --> 00:02:15,000 mənəviyyat və idrakını itirmiş insanla 54 00:02:15,000 --> 00:02:18,000 müqayisədə çox daha zərərsizdir." 55 00:02:18,000 --> 00:02:21,000 Başqa bir çarmıx şəkli. 56 00:02:21,000 --> 00:02:23,000 Əbu Qreib və Quantanamoda 57 00:02:23,000 --> 00:02:25,000 çəkilmiş bu şəkillərin 58 00:02:25,000 --> 00:02:27,000 çox böyük təsiri oldu. 59 00:02:27,000 --> 00:02:29,000 Bu şəkillərin yayımlanması 60 00:02:29,000 --> 00:02:31,000 şəkillərə qarşı dövlət siyasətinin 61 00:02:31,000 --> 00:02:34,000 dəyişməsinə səbəb oldu. 62 00:02:34,000 --> 00:02:36,000 Bir çox insanlar bu şəkillərin İraqdakı iğtişaşlara 63 00:02:36,000 --> 00:02:39,000 digər bütün virtual qarşıdurmalardan 64 00:02:39,000 --> 00:02:41,000 daha güclü təsiri olduğuna da inanırlar. 65 00:02:41,000 --> 00:02:44,000 Bu şəkillər həm də işğalçı qüvvələrin 66 00:02:44,000 --> 00:02:47,000 alışılmış haqlı və üstünlüyü anlayışının da sonu oldu. 67 00:02:47,000 --> 00:02:49,000 Bir az geri gedək. 68 00:02:49,000 --> 00:02:51,000 60-70-ci illərdə 69 00:02:51,000 --> 00:02:53,000 Vyetnam müharibəsi Amerika evlərində 70 00:02:53,000 --> 00:02:55,000 gecə-gündüz göstərilirdi. 71 00:02:55,000 --> 00:02:58,000 Xəbərlərdə yayımlanan fotoşəkillər 72 00:02:58,000 --> 00:03:01,000 izləyiciləri müharibə qurbanları olan napalmla yanmış qızla, 73 00:03:02,000 --> 00:03:04,000 Ohayonun Kent Dövlət Universitetində etirazlar zamanı 74 00:03:04,000 --> 00:03:07,000 Milli Mühafizəçilər tərəfindən öldürülmüş tələbə ilə üz-üzə gətirdi. 75 00:03:07,000 --> 00:03:09,000 Bu şəkillər sonrakı etirazların da 76 00:03:09,000 --> 00:03:11,000 əsas səbəbi oldu. 77 00:03:11,000 --> 00:03:13,000 Fotoşəkillər həm də 78 00:03:13,000 --> 00:03:15,000 şübhə, cəhalətin ortadan 79 00:03:15,000 --> 00:03:17,000 qalxmasında xüsusi rol oynayıb. 80 00:03:17,000 --> 00:03:19,000 Haqqında əvvəllər də çox danışdığım, 81 00:03:19,000 --> 00:03:22,000 bircə rəsmlə izah edəcəyim 82 00:03:22,000 --> 00:03:24,000 QİÇS virusu məsələsinə toxunum. 83 00:03:25,000 --> 00:03:28,000 90-ci illərdə xəstəliyə yoluxmaq o qədər 84 00:03:28,000 --> 00:03:30,000 rüsvacçılıq hesab olunurdu ki, 85 00:03:30,000 --> 00:03:32,000 problemi müzakirə etmək belə çətin idi. 86 00:03:32,000 --> 00:03:35,000 Kiçik bir hərəkət, 1987-ci ildə dünyanın ən məşhur xanımı 87 00:03:35,000 --> 00:03:37,000 Uels kraliçasının QİÇS-ə yoluxmuş uşağa 88 00:03:37,000 --> 00:03:39,000 toxunması bu tutumda 89 00:03:39,000 --> 00:03:42,000 əsas da Avropada böyük dəyişikliyə səbəb oldu. 90 00:03:42,000 --> 00:03:45,000 O, şəklin gücünü hamıdan çox yaxşı bilirdi. 91 00:03:46,000 --> 00:03:48,000 Bizim də belə güclü fotoşəkillər qarşısında 92 00:03:48,000 --> 00:03:50,000 edəcəyimiz bir neçə seçim var; 93 00:03:50,000 --> 00:03:53,000 gözümüzü onlardan çəkə, yaxud şəkildəki problemə xitab edə bilərik. 94 00:03:53,000 --> 00:03:55,000 Şükr, bu şəkillər 1988-ci ildə 95 00:03:55,000 --> 00:03:57,000 Guardian qəzetində çap olunduqdan sonra 96 00:03:57,000 --> 00:04:00,000 Sudanda aclığa qarşı tədbirlərə daha çox diqqət, 97 00:04:00,000 --> 00:04:02,000 sonda isə maddi dəstək ayrıldı. 98 00:04:02,000 --> 00:04:04,000 Fotoşəkillər dünyanı dəyişdi? 99 00:04:04,000 --> 00:04:06,000 Xeyr, ancaq onlar böyük rol oynadılar. 100 00:04:07,000 --> 00:04:09,000 Şəkillər çox vaxt bizi öz fikirlərimizi və 101 00:04:09,000 --> 00:04:12,000 bir-birimizə qarşı öhdəliklərimizi sorğulamağa vadar edir. 102 00:04:12,000 --> 00:04:14,000 Katrina qasırğasından sonrakı şəkilləri hamımız gördük, 103 00:04:14,000 --> 00:04:16,000 və, məncə, milyonlarla insana 104 00:04:16,000 --> 00:04:18,000 çox böyük təsir etdi. 105 00:04:18,000 --> 00:04:20,000 2008-ci ilin Noyabrında seçkilərə gedən 106 00:04:20,000 --> 00:04:22,000 Amerikalıların fikirlərində də bu şəkillərin 107 00:04:22,000 --> 00:04:25,000 olduğuna inanıram. 108 00:04:26,000 --> 00:04:29,000 Təssüf ki, bəzi çox vacib şəkillər 109 00:04:29,000 --> 00:04:32,000 çox açıq və kəskin olduğundan paylaşılmır. 110 00:04:33,000 --> 00:04:35,000 Sizə bunlardan birini göstərəcəm, Eugene Richards 111 00:04:35,000 --> 00:04:38,000 tərəfindən çəkilən İraq müharibəsi veteranının bu şəkli, 112 00:04:38,000 --> 00:04:40,000 Müharibə Şəxsi Həyatda adlı hələ heç yerdə 113 00:04:40,000 --> 00:04:43,000 yayımlanmamış proyektindəndir. 114 00:04:43,000 --> 00:04:45,000 Ancaq şəkillərin bizə müharibənin tragediyasını 115 00:04:45,000 --> 00:04:47,000 anlatmaq üçün çox kəskin olması şərt deyil. 116 00:04:47,000 --> 00:04:50,000 Bu şəkil John Moore tərəfindən Arlington qəbiristanlığında çəkilib. 117 00:04:50,000 --> 00:04:52,000 Bütün konflikt zonalarından, 118 00:04:52,000 --> 00:04:55,000 müharibə anlarından sonra, 119 00:04:55,000 --> 00:04:58,000 bu sakitlikdə çəkilmiş şəkil 120 00:04:58,000 --> 00:05:01,000 məni daha çox düşündürür. 121 00:05:02,000 --> 00:05:05,000 Ansel Adamsın razılaşmadığım bir fikri var, 122 00:05:05,000 --> 00:05:08,000 "Şəkli çəkmirsən, onu yaradırsan." 123 00:05:08,000 --> 00:05:10,000 Məncə isə, şəkli yaradan fotoqraf deyil, 124 00:05:10,000 --> 00:05:12,000 sizlərsiniz. 125 00:05:12,000 --> 00:05:14,000 Biz hər şəklə 126 00:05:14,000 --> 00:05:16,000 öz dəyərimizlə yanaşır, öz imamınmıza uyğun qəbul edirik, 127 00:05:16,000 --> 00:05:19,000 nəticədə də şəkil bizi əks etdirir. 128 00:05:19,000 --> 00:05:21,000 Bizim şirkətdə 70 milyon şəkil var. 129 00:05:21,000 --> 00:05:24,000 Mənim otağımda isə bircə şəkil var. 130 00:05:24,000 --> 00:05:26,000 Budur. 131 00:05:26,000 --> 00:05:28,000 Ümid edirəm ki, siz də 132 00:05:28,000 --> 00:05:30,000 sizə nəsə hiss etdirən şəkli görəndə 133 00:05:30,000 --> 00:05:32,000 səbəbini başa düşəcəksiniz 134 00:05:32,000 --> 00:05:35,000 və əminəm ki, burda oturan şəxslər olaraq 135 00:05:35,000 --> 00:05:37,000 həmin şəkil haqda nə isə edəcəksiniz. 136 00:05:37,000 --> 00:05:39,000 Bütün fotoqraflara da təşəkkkür edirəm. 137 00:05:39,000 --> 00:05:41,000 (Alqış)