Bizim işimizdə
şəkillərin dünyanı dəyişə biləcəyinə inanırıq.
Düzdür, bir az sadəlövhük, işimizi çox sevirik.
Əslində, bilirik ki, şəkillər
özləri dünyanı dəyişmirlər.
Amma fotoqraflığın yarandığı gündən bəri
şəkillərin insanları hərəkətə gətirib
dəyişikliyə səbəb olan
amillərdən biri olduğunu da bilirik.
Bir neçə şəkildən başlayaq.
Yəqin ki, bu şəkillərin çoxunu
ya da hamısını görübsünüz.
Bu şəkilləri klassik adlandırmaq düz olardı:
klassikləşib klişeyə çevriliblər.
Bu şəkilləri o qədər yaxşı tanıyırıq ki,
onlar azca fərqli formada olsalar belə
dərhal seçə bilirik.
(Gülüş)
Ancaq bu tam hekayə deyil.
Daha dərinə gedək.
Vacib məsələlərə işıq salmış
fotoşəkillərdən danışaq.
Sərhəd və dinlərin hüdudlarını aşıb
bizi ayağa qalxmağa,
hərəkətə keçməyə
təşviq edən şəkillər.
Bu şəkli hamınız görmüsünüz.
Bu şəkil fiziki dünyamız haqdakı
anlayışımızı dəyişib.
Əvvəllər dünyanı bu perspektivdən
heç vaxt görməmişdik.
Çox adam ətraf mühitin qorunması
hərəkatının yaranmasını bu şəkillə əlaqələndirir,
dünyanı ilk dəfə belə kiçik,
belə kövrək gördüyümüz
ilk şəkil.
Bu andan 40 il keçib,
biz insanların ətraf mühitə
dağıdıcı təsirini
burda oturanlar da çox yaxşı bilirlər.
Axır ki, buna qarşı nə isə etməyə başlamışıq.
Bu dağıdıcı qüvvə fərqli şəkillər ala bilir.
Məsələn, bu şəkillər Brent Stirton tərəfindən
Konqoda çəkilib.
Bu qorillalar öldürülmüşdü, hətta
çarmıxa çəkilmişdilər deyərdik.
Təbii olaraq, bunlar
bütün dünyada narazılığa səbəb oldu.
Bu yaxınlarda
təbiətin özünün dağıdıcı gücünün varlığını
Haitidəki son zəlzələdə təkrar hiss etdik.
Bundan daha pisi isə
insanların bir-birinə etdikləridir.
Auşvitsdən sağ çıxan Samuel Pisar
belə demişdi,
"Holokost göstərir ki,
təbiət ən qəddar anında belə
mənəviyyat və idrakını itirmiş insanla
müqayisədə çox daha zərərsizdir."
Başqa bir çarmıx şəkli.
Əbu Qreib və Quantanamoda
çəkilmiş bu şəkillərin
çox böyük təsiri oldu.
Bu şəkillərin yayımlanması
şəkillərə qarşı dövlət siyasətinin
dəyişməsinə səbəb oldu.
Bir çox insanlar bu şəkillərin İraqdakı iğtişaşlara
digər bütün virtual qarşıdurmalardan
daha güclü təsiri olduğuna da inanırlar.
Bu şəkillər həm də işğalçı qüvvələrin
alışılmış haqlı və üstünlüyü anlayışının da sonu oldu.
Bir az geri gedək.
60-70-ci illərdə
Vyetnam müharibəsi Amerika evlərində
gecə-gündüz göstərilirdi.
Xəbərlərdə yayımlanan fotoşəkillər
izləyiciləri müharibə qurbanları olan
napalmla yanmış qızla,
Ohayonun Kent Dövlət Universitetində
etirazlar zamanı
Milli Mühafizəçilər tərəfindən öldürülmüş tələbə
ilə üz-üzə gətirdi.
Bu şəkillər sonrakı etirazların da
əsas səbəbi oldu.
Fotoşəkillər həm də
şübhə, cəhalətin ortadan
qalxmasında xüsusi rol oynayıb.
Haqqında əvvəllər də çox danışdığım,
bircə rəsmlə izah edəcəyim
QİÇS virusu məsələsinə toxunum.
90-ci illərdə xəstəliyə yoluxmaq o qədər
rüsvacçılıq hesab olunurdu ki,
problemi müzakirə etmək belə çətin idi.
Kiçik bir hərəkət, 1987-ci ildə
dünyanın ən məşhur xanımı
Uels kraliçasının QİÇS-ə yoluxmuş uşağa
toxunması bu tutumda
əsas da Avropada böyük dəyişikliyə səbəb oldu.
O, şəklin gücünü hamıdan çox yaxşı bilirdi.
Bizim də belə güclü fotoşəkillər qarşısında
edəcəyimiz bir neçə seçim var;
gözümüzü onlardan çəkə,
yaxud şəkildəki problemə xitab edə bilərik.
Şükr, bu şəkillər 1988-ci ildə
Guardian qəzetində çap olunduqdan sonra
Sudanda aclığa qarşı tədbirlərə daha çox diqqət,
sonda isə maddi dəstək ayrıldı.
Fotoşəkillər dünyanı dəyişdi?
Xeyr, ancaq onlar böyük rol oynadılar.
Şəkillər çox vaxt bizi öz fikirlərimizi və
bir-birimizə qarşı öhdəliklərimizi sorğulamağa vadar edir.
Katrina qasırğasından sonrakı şəkilləri hamımız gördük,
və, məncə, milyonlarla insana
çox böyük təsir etdi.
2008-ci ilin Noyabrında seçkilərə gedən
Amerikalıların fikirlərində də bu şəkillərin
olduğuna inanıram.
Təssüf ki, bəzi çox vacib şəkillər
çox açıq və kəskin olduğundan paylaşılmır.
Sizə bunlardan birini göstərəcəm, Eugene Richards
tərəfindən çəkilən İraq müharibəsi veteranının bu şəkli,
Müharibə Şəxsi Həyatda adlı hələ heç yerdə
yayımlanmamış proyektindəndir.
Ancaq şəkillərin bizə müharibənin tragediyasını
anlatmaq üçün çox kəskin olması şərt deyil.
Bu şəkil John Moore tərəfindən
Arlington qəbiristanlığında çəkilib.
Bütün konflikt zonalarından,
müharibə anlarından sonra,
bu sakitlikdə çəkilmiş şəkil
məni daha çox düşündürür.
Ansel Adamsın razılaşmadığım bir fikri var,
"Şəkli çəkmirsən, onu yaradırsan."
Məncə isə, şəkli yaradan fotoqraf deyil,
sizlərsiniz.
Biz hər şəklə
öz dəyərimizlə yanaşır, öz imamınmıza uyğun qəbul edirik,
nəticədə də şəkil bizi əks etdirir.
Bizim şirkətdə 70 milyon şəkil var.
Mənim otağımda isə bircə şəkil var.
Budur.
Ümid edirəm ki, siz də
sizə nəsə hiss etdirən şəkli görəndə
səbəbini başa düşəcəksiniz
və əminəm ki, burda oturan şəxslər olaraq
həmin şəkil haqda nə isə edəcəksiniz.
Bütün fotoqraflara da təşəkkkür edirəm.
(Alqış)