Bu video çıxma əməli haqqındadır.
Mövzuya başlamazdan əvvəl
toplamanı yada salaq.
4 üstəgəl 3.
Bu nə deməkdir?
Bu nəyə bərabərdir?
Bunu həll etməyin bir neçə üsulu var.
4 ədəd əşyanız olduğunu fərz edin.
Məsələn, 4 ədəd çevrə və ya
4 ədəd limon.
1, 2, 3, 4 ədəd limon var.
Mağazadan əlavə 3 limon aldıq.
1, 2, 3 limon alındı.
Ümumi nə qədər
limon oldu?
4-ə 3 əlavə edirik.
Ümumi neçə limon oldu?
1, 2, 3, 4, 5, 6, 7.
Ümumi 7 limon oldu.
Bunu başqa formada əlavə etmək üçün
ədəd oxundan istifadə edə bilərik.
Sarı rəngdən istifadə edərək,
ədəd oxu çəkək.
Nümunədə limon istifadə etdiyimiz üçün
sarı rəng seçirik.
Bu, ədəd oxudur.
Burada bir neçə ədəd qeyd edək.
0, 1, 2, 3, 4, 5, 6, 7.
Bu ədədlərin cəmini tapmaq üçün
ədəd oxundan istifadə edək.
4-dən başlayaq.
Bu, 4-dür.
Buna 3 əlavə edirik.
Yəni ədəd oxunda 3 vahid irəliləyirik.
1, 2, 3.
Cavabda 7 alınır.
4-ə 3 əlavə etdikdə cavabda 7 alınır.
Yəni 4-ü 3 vahid artırdıqda
cavabda 7 alınır.
Bəs çıxma nə deməkdir?
Bu videoda bundan bəhs edəcəyik.
Bütün vaxtımızı toplamaya sərf etməyək.
Məsələn, 4 çıx 3
nəyə bərabərdir?
Fərqli rənglərdən istifadə edək.
4 çıx 3 nəyə bərabərdir?
Çıxma toplamanın əksidir.
Toplama zamanı
verilən ədədləri bir-birinə
əlavə edirik.
Məsələn, 4 limona 3 əlavə etdik.
İndi isə çıxmadan istifadə edək.
4 ədəd limon olduğunu
fərz edin.
Bundan 3 çıxaq.
3 əlavə edib,
cavabda 7 almaq əvəzinə,
çıxmadan istifadə edirik.
Fərz edin ki, mövcud olan 4 ədəd limondan
üçünü yeyirsiniz.
4-dən 3 çıxırıq.
Bir,
iki, üç çıxılır.
Neçə limon qaldı?
Gördüyünüz kimi burada sadəcə
1 ədəd limon qaldı.
Bu, qalan limondur.
Çıxılan 3 ədəd limonu göstərmək üçün
bunların üzərindən xətt çəkə bilərik.
Bunu başqa formada ifadə etmək üçün
yenidən ədəd oxu çəkək.
Burada bir ədəd oxu çəkirik.
Bir neçə rəqəm qeyd edək.
0, 1, 2, 3, 4, 5, 6, 7.
Bunu belə davam etdirə bilərik.
Burada çox böyük ədəd yoxdur.
Burada istənilən qiyməti seçib
misalı həll edə bilərik.
Burada böyük bir ədəd
olmadığından
ədəd oxunu burada sonlandıra bilərik.
Ədəd oxunu çəkdik.
Misala qayıdaq.
Başlanğıc ədədimiz 4-dür.
Buna 3 əlavə etdikdə,
ədəd oxunda 3 vahid
sağa irəliləyirik.
Sağa irəlilədikdə qiymət artır.
4-dən 5-ə getdikdə
1 vahid artım olur.
Eləcə də 5-dən 6-ya getdikdə.
İndi isə 4-dən müəyyən bir
ədəd çıxmalıyıq.
Burada nə edə bilərik?
Bunu necə həll edə bilərik?
Çıxma tətbiq edildiyindən deməli,
limonların sayı azalacaq.
1 çıxsaq, 3 alınar.
2 çıxsaq, 2 alınar.
3 çıxsaq, nə alınar?
1, 2, 3 çıxdıqda ədəd oxunda
1 alınır.
Cavab 1-ə bərabərdir.
Toplamada ədədləri əlavə edirik.
Çıxmada isə bunun əksi baş verir.
Bunu ədəd oxuna nəzərən izah edək.
Toplamada ədəd oxunda artan qiymətlər
görürük.
Məsələn, burada 3 vahid artım oldu.
4-dən 7 alındı.
Çıxmada isə ədəd oxunda
azalma baş verir.
Çıxmada ədədin miqdarı azalır.
Burada 3 vahid azalma baş verdi.
1, 2, 3 vahid azalma baş verir və
1 alınır.
4 ədəd əşyanız olduğunu fərz edin.
Ondan 3 çıxırıq.
Ümumi verilən miqdardan
3 çıxdıqda, cavabda 1 alınır.
Çıxma haqqında maraqlı bir məqama
nəzər salaq.
Bildiyiniz kimi 4 çıx 3 = 1.
Maraqli bir məqama nəzər salaq.
4 çıx 1 nəyə bərabərdir?
Başqa bir nümunəyə baxaq.
Limon nümunəsindən istifadə edək.
Yaxud bu nümunədə almalardan
istifadə edək.
1, 2, 3, 4.
Qırmızı rəngdən istifadə edərək,
4 ədəd alma çəkək.
Bu nümunədə almalardan istifadə edirik.
Onlardan biri yeyildi.
Onlardan birini silək.
Neçə alma qaldı?
1, 2, 3.
4 çıx 1 3-ə bərabərdir.
Ədəd oxu üzərində 4 ədədini
göstərək.
Ondan 1 çıxırıq.
Başlanğıc ədədi azalır,
cavabda 3 qalır.
Hər iki halda cavab doğrudur?
Maraqlı deyil?
4 çıx 3 = 1 və
4 çıx 1 = 3.
Bu, istənilən ədədlər üçün doğrudur?
Bəli, bu qayda hər zaman doğrudur.
Bunun səbəbini
riyaziyyatı daha dərindən öyrənməyə
başladıqda
ətraflı öyrənəcəksiniz.
Burada bunun qısa izahını verməyə çalışaq.
Bu nəyə əsasən belə yazılır?
Bunun belə yazılmağının səbəbi
3 üstəgəl 1-dir.
Qarışıqlıq olmağını istəmirəm.
Bunu bir qədər qarışıq hesab edə bilərsiniz.
Başqa maraqlı bir məqama nəzər salaq.
3 üstəgəl 1
nəyə bərabərdir?
Çox asandır.
Bunu sadə toplama ilə
həll edə bilərik.
Ədəd oxunda 3 ədədi ilə başlayırıq
və ona 1 əlavə edirik.
Cavabda nə alınır?
4.
3 üstəgəl 1 4-ə bərabərdir.
Yaxud 1-dən başlayıb 3 əlavə edə bilərik.
1, 2, 3.
Cavabda yenə 4 alınır.
Hər iki halda cavab eynidir.
Misalların cavabı 4-ə bərabərdir.
Bu nə deməkdir?
Burada bir neçə misal yazdıq və onlar
bir-biri ilə əlaqəlidir.
1 üstəgəl 3 = 4.
3 üstəgəl 1 = 4.
4 çıx 1 = 3.
4 çıx 1 = 3.
Bildiyiniz kimi 3 üstəgəl 1 = 4.
3-ə 1 əlavə etsək 4 alınar.
Odur ki, 4-dən 1 çıxsaq 3 alınar.
4-dən 1 vahid geriyə getsək
3 alınar.
3-dən bir vahid irəliyə getsək
4 alınar.
Ümid edirəm ki, çıxmanın nə demək olduğunu
anladınız.
Növbəti videolarda çıxmaya aid
məsələlərin necə həll
edildiyini öyrənəcəyik.
Həmin məsələləri asanlıqla həll edəcəksiniz.
Bu qədər.