Gəlin başlayaq.
İki ağciyər və bir ürəyimiz var.
Birbaşa hər şeyi qruplaşdıracağam.
Sağ və sol ağciyərimiz, bir də ürəyimiz var.
Və əmin olmaq istəyirəm ki, ürəyin
dörd kamerasını da ayırıca göstərirəm.
Damarların çoxunu çıxarmışam.
Burada bir neçə şeyə fokuslanmaq istəyirəm -
əsasən, mavi qan damarı ürəkdən çıxır,
bu mavi rənglə çəkdiyim, hansı ki, burada
ağciyər arteriyasına aid edəcəyəm.
Yenidən xatırlayın ki, arteriyalar ürəkdən çıxır.
Bu bizim ağciyər arteriyamızdır, hətta
tərkibində oksigensiz qan da daşıyır.
Birazca əks-intutivdir, amma məncə başa düşdünüz.
Aha, ağciyər arteriyamız buradadır və
sağ və sol ağciyərlərimizdən çıxır.
Fərz edək ki, məsələn, 5l qan
dəqiqə ərzində ürəkdən keçir,
o deməkdir ki, 5 l damarlar
boyunca hərəkət edir.
Və bunun birazı sağa,
birazı da sola gedir.
Düşünək ki, 2.5 litr dəqiqə ərzində
sol ağciyərə getdiyini dedim.
Belə fərz edək sadəcə.
Onda bilirsiz ki, 5 litrin
digər yarısı, 2.5l də
sağa getməlidir.
Çünki bu boruya nə getsə
çıxışlardan biri digər
çıxışa qatılır.
Beləcə, bəsit olaraq ixrac olunana əlavə edirsiniz.
Və daxil olan miqdar bərabər olmalıdır.
Burada axın təsəvvürümüz var.
Və digər videolarımızda axın haqda danışdıq,
amma yenidən təkrarlamaq istəyirəm.
Bu, müəyyən zaman müddətində olan həcmdir.
Bu halda, biz dəqiqə ərzindəki litr miqdarını nəzərə alırıq.
Amma əslində istənilən həcm miqdarının zamana nisbətini
qan axımını təsvir etmək üçüm istifadə edə bilərsiniz.
Gəlin deyək ki, dəhşətli hadisə baş verib,
və bu mənim ciyərimdə olacaq əməliyyatla yekunlaşır.
Bu sarı xəttin altında ağciyərimin aşağı şöbəsi,
üstündə isə yuxarı şöbəsinin olduğunu düşünək.
Fərz edin aşağı şöbənin götürülməsi vacibdir.
Bu, olduqca dəhşətli şeydir,
amma gəlin belə olduğunu deyək.
Mənim qan dövranımda nə dəyişiklik olardı?
Aha, dəyişəcək şey
mənim müqavimətimdir.
Gəlin bu haqda bir düşünək.
Bu əməliyyatdan öncə bu qan damarımda,
həmçinin, bu damarımda da
müəyyən miqdar müqavimətim var idi.
Və gəlin onların eyni olduğunu deyək,
sadəcə işimizi asanlaşdırmaq üçün.
Müqavimətin təxminən eyni olduğunu deyək.
Və yenidən, mən əməliyyat keçirirəm.
Və ağciyərimin aşağı şöbəsi götürülməzdən əvvəl
--bu əməliyyatın nə olduğunu dəqiq xatırlayaq--
aha, aşağı şöbəni götürdülər.
Əməliyyatdan öncə-- bura "öncə" yazacağam--
müqavimət necə idi?
Aha, üzləşdiyim müqavimət-- burada
budaqlanma olduğunu xatırlayın.
Ümumi müqaviməti cəmləməliyik.
Bunu necə edəcəyimizi xatırlayırsınız.
Ümumi müqavimət-- buna M ümumi deyəcəyəm--
bərabərdir 1 bölünsün 1/M-- çünki
buradakı müqavimətin elə olduğunu dedik--
1/M üstəgəl 1/M. İkincisi isə buna görə idi.
Beləcə bir növ cəmləyirik.
Və bu yaxşıdır deyərdim.
Aha, bu bərabərdir 1 bölünsün 2/M.
Və hamısını əksinə çevirə bilərəm.
Və alıram ki, M/2, yaxud 1/2M. Bu da
mənim yekun müqavimətimdir-- 1/2M.
Bu biraz məntiqsizdir-- əslində çəngəl
olduğu üçün müqavimətin yarısı tapmısınız.
Yoldakı çəngəl-- buradakı çəngəl
nəzərdə tutulur-- sizə iki yoldan biri ilə getməyə fürsət verir.
Nəticədə müqavimət ikiyə bölünür.
Bəs əməliyyatdan sonra müqavimətim necə olur?
Aha, əməliyyatımda bunlar hamısı demək olar götürüldü.
Artıq hamısı gedib.
Çünki əməliyyatda aşağı şöbə götürüldü və hamısı ona daxil idi.
Bəs idi ümumi M nədir?
Əgər yenidən hesablamalı olsam,
deyərdim ki, yaxşı, M ümumi.
Bu halda olduqca asandır,
çünki ancaq yerdə qalan olur.
Bu halda ümumi M sadəcə M olacaq.
Həqiqətən də, müqavimətim yarım M-dən M-ə dəyişdi.
Və əslində müqavimətim aşağı şöbənin çıxarılması ilə
ikiqat artdı.
Müqavimətim xeyli artdı.
Bu ilk maraqlı nüansdır--
bir şöbənin götürülməsi ilə müqavimət yarıdan
çox yuxarıya qədər artdı.
Aha, bu tərəfdə əməliyyatdan sonrakı müqavimətim
əvvəlkindən çox daha yuxarıdır.
İndi dövranı xatırlayaq-- dəqiqədə 5 litr.