Artıq yeni dostlarımızı təqdim etməyin vaxtıdır. Bu kəmiyyətlər bütün elektrik mühəndislərinin və istifadə etdiyimiz D/C analizinin dostudur. D/C analizində 1 növ siqnal limitlənir və bu, sinusoiddir. Sinusoidə kosinus da deyilir. Kosinus omeqa t üstəgəl fi. Omeqa kosinusun tezlik radianını bildirir. Burada mavi rənglə göstərilib. Radian tezliyi omeqadır və fi faza sürüşməsidir. Əgər diqqətlə baxsaq, bunun kosinus dalğası olmadığını görərik, çünki maksimum, zaman sıfıra bərabər olduqdan əvvəl olur. Buradakı məsafə faza məsafəsi adlanır və fi-ni bildirir. fi müsbət ədəd olduqda kosinus dalğası bir az sola sürüşür. Bu da faza sürüşməsi adlanır. Bu növ siqnallarda sevimli komponentlərimizin veriləni komponentlərin gərginlik və cərəyan şiddəti arasındakı asılılığa əsaslanır və impedansla əlaqələndirilir. İmpedans gərginliyin cərəyan şiddətinə olan nisbətidir və z simvolu ilə işarələnir. Bu videoda gərginliyi u ilə ifadə etmək yerinə e hərfindən istifadə edirəm. E EMQ, yəni elektromotor qüvvəsinin qısaldılmış formasıdır və həqiqətən gərginliyi göstərmək üçün u kimi tez-tez istifadə olunur. Niyə E-ni istifadə etmək istədiyimi göstərəcəm. Bunu yaza biləcəyim başqa asan yol E-nin z vur t-ə bərabər olmasıdır. Bu, Om qanununa çox oxşayır. İfadəni isə təkcə rezistentlərə deyil, kondensator və induktorlara da tətbiq edə bilərik. İlk öncə induktora baxaq. İnduktor üçün düstur E bərabərdir, z vur i olur. İ-ni sinusoid üçün təyin edəcəyəm. Deməli, i müəyyən qiymətə malik olacaq. Bunu i 0 kimi işarələyək, kosinus omeqa t üstəgəl fi. Deyə bilərəm ki, mənim cərəyan şiddətim bu faza gecikməsi ilə olan qiymətin kosinus dalğasıdır. Bu, göy ilə göstərilib və i buradadır. Gəlin indi E-ni i-nin köməyilə yazaq. E-nin z-ə bərabər olduğunu yaza bilərəm. İnduktor üçün z nəyi bildirir? İnduktorun impendansı j omeqa L birlikdə z-i bildirir. Bəs i nəyi göstərir? İ fazanı göstərir, yəni faza göstəricisidir. Cərəyan şiddətinin qiyməti fi bucağı ilə təyin olunur. Budur, i-yə ekvivalent ifadə əldə edirik. İlk yazdığımda zaman əsas göstəricidir. İkinci yazdığım da isə faza əsas göstəricidir. İ-nin qarşısında olanlar ölçmə faktorudur. Bu faktora indi müzakirə edəcəyimiz j, omeqa və L kəmiyyətləri daxildir. Omeqa tezlikdir, l (el) isə induktorun ölçüsüdür. Videonun əsas məqsədini izah etmək üçün gərginlik üçün qrafiki burada narıncı ilə çəkdikdə omeqa ölçmə faktorunu 1 qəbul edirik. Səbəb isə cərəyan şiddəti və gərginlik arasındakı zaman əlaqəsinə fokus ola bilməyimizdir. Kompleks ədədlərdən danışdıqda nəyi isə j-yə vurmaq üstəgəl 90 dərəcə fırlanmanı göstərir. Bunu e bərabərdir, gəlin ölçmə faktorlarını da qeyd edək. Omeqa, L, cərəyan şiddətinin ilk qiyməti İ 0, fi isə dəyişir, fi-nin j ilə hasili fi üstəgəl 90 dərəcəyə uyğun gəlir. Yəni j ilə vurma 90 dərəcə faza dəyişməsinə səbəb olur. Burada çəksəm, bu, indi e-ni bildirir. Buradakı məsafə fi-ni bildirir və buradakı məsafə isə 90 dərəcə faza məsafəsidir. Funksiya qrafiklərinin maksimum nöqtələrini işarələdiyimi görə bilərsiniz, çünki onlar məsafənin ən asan görüldüyü yerdir. Sola hərəkət etdikdə isə o, müsbət 90 dərəcə qabağlamağa uyğun olacaq. İnduktorda e i-ni 90 dərəcə altında daxil edir. Gəlin indi də kondensator üçün edək. Eyni addımları kondensator üçün də edəcəyik. Cərəyan şiddəti eyni qalacaq. İ bərabərdir, İ 0 kosinus omeqa t üstəgəl fi. Gəlin kondensator üçün gərginliyə baxaq. Gərginlik, yəni e eyni qalır, e bərabərdir z vur i. Z-i başqa cür ifadə etmək olar. Kondensatorun impedansı nəyə bərabərdir? Onu 1 böl j omeqa c kimi ifadə etmək olar. Bu, z-i bildirir və i-ni də əvvəl göstərdiyimiz kimi ifadə edəcəyik. İ sıfır fi bucağı. İndi isə vurma əməlini diqqətlə edək. Belə ki, e 1 böl j vur 1 böl omeqa c vur İ sıfır fi bucağına bərabərdir. Buradakı 1 böl j ifadəsini mənfi j kimi yaza bilərəm. Nəyisə mənfi j-ə vurma, mənfi 90 dərəcə dönməyə uyğun gəlir. Yəni e-ni belə də yaza bilərəm. e bərabərdir 1 böl omeqa c, bu, ölçmə faktorunu bildirir, vur İ sıfır cərəyan şiddətinin ilkin qiyməti və fi bucağı çıx 90 dərəcə. Buradakı mənfi işarəsi faza geriləməsini bildirir. İlkin cərəyan şiddəti budur və e gərginlik buna bənzəyir. Burada isə faza geriləməmizi, yəni 90 dərəcə sağa yerdəyişməni görə bilərik. Bu da geriləmə adlanır. Kondensatorlarda e i-ni geriləyir kimi ümumiləşdirə bilərik. Buna ekvivalent ifadə kimi i-nin e-ni qabağladığını da deyə bilərik. İ gərginliyi qabaqlayır. Əslində bu iki nəticə ətrafında qutu qoya bilərik. Burada çoxlu işarə çevrilməsi var və bunu xatırlamağın əslində asan yolu var. Mən sizə bunu xatırlamağınıza kömək edəcək metod təqdim edəcəm. İnduktorda gərginlik cərəyan şiddətini qabaqlayır. Kondensatorda isə cərəyan şiddəti gərginliyi qabaqlayır. Beləliklə, induktor və kondensatorlarda ardıcıllığı belə yadda saxlamaq olar.