Artıq yeni dostlarımızı
təqdim etməyin
vaxtıdır.
Bu kəmiyyətlər bütün
elektrik mühəndislərinin və
istifadə etdiyimiz
D/C analizinin dostudur.
D/C analizində 1 növ siqnal
limitlənir və bu, sinusoiddir.
Sinusoidə kosinus da deyilir.
Kosinus omeqa t üstəgəl fi.
Omeqa kosinusun tezlik radianını bildirir.
Burada mavi rənglə
göstərilib.
Radian tezliyi omeqadır
və fi faza sürüşməsidir.
Əgər diqqətlə baxsaq, bunun
kosinus dalğası olmadığını görərik,
çünki maksimum, zaman sıfıra
bərabər olduqdan əvvəl olur.
Buradakı məsafə faza məsafəsi adlanır
və fi-ni bildirir.
fi müsbət ədəd olduqda
kosinus dalğası
bir az sola sürüşür.
Bu da faza sürüşməsi adlanır.
Bu növ siqnallarda
sevimli komponentlərimizin veriləni
komponentlərin gərginlik və
cərəyan şiddəti arasındakı
asılılığa əsaslanır və impedansla
əlaqələndirilir.
İmpedans gərginliyin
cərəyan şiddətinə olan nisbətidir
və z simvolu ilə işarələnir.
Bu videoda gərginliyi
u ilə ifadə etmək yerinə
e hərfindən istifadə edirəm.
E EMQ, yəni elektromotor qüvvəsinin
qısaldılmış formasıdır və
həqiqətən gərginliyi göstərmək üçün
u kimi tez-tez istifadə olunur.
Niyə E-ni istifadə etmək istədiyimi
göstərəcəm.
Bunu yaza biləcəyim başqa asan yol
E-nin z vur t-ə
bərabər olmasıdır.
Bu, Om qanununa çox oxşayır.
İfadəni isə təkcə
rezistentlərə deyil,
kondensator və
induktorlara da tətbiq edə bilərik.
İlk öncə induktora baxaq.
İnduktor üçün düstur
E bərabərdir, z vur i olur.
İ-ni sinusoid üçün təyin edəcəyəm.
Deməli, i müəyyən qiymətə malik olacaq.
Bunu i 0 kimi işarələyək,
kosinus omeqa t üstəgəl fi.
Deyə bilərəm ki, mənim cərəyan şiddətim
bu faza gecikməsi ilə olan qiymətin
kosinus dalğasıdır.
Bu, göy ilə göstərilib və
i buradadır.
Gəlin indi E-ni i-nin köməyilə yazaq.
E-nin z-ə bərabər olduğunu yaza bilərəm.
İnduktor üçün z nəyi bildirir?
İnduktorun impendansı j omeqa L
birlikdə z-i bildirir.
Bəs i nəyi göstərir?
İ fazanı göstərir, yəni
faza göstəricisidir.
Cərəyan şiddətinin qiyməti
fi bucağı ilə təyin olunur.
Budur, i-yə ekvivalent ifadə əldə edirik.
İlk yazdığımda zaman əsas göstəricidir.
İkinci yazdığım da isə
faza əsas göstəricidir.
İ-nin qarşısında olanlar
ölçmə faktorudur.
Bu faktora indi müzakirə edəcəyimiz
j, omeqa və L
kəmiyyətləri daxildir.
Omeqa tezlikdir, l (el) isə
induktorun ölçüsüdür.
Videonun əsas məqsədini izah etmək üçün
gərginlik üçün
qrafiki burada narıncı ilə çəkdikdə
omeqa ölçmə faktorunu 1 qəbul edirik.
Səbəb isə cərəyan şiddəti və
gərginlik arasındakı
zaman əlaqəsinə fokus ola bilməyimizdir.
Kompleks ədədlərdən danışdıqda
nəyi isə j-yə vurmaq
üstəgəl 90 dərəcə fırlanmanı göstərir.
Bunu e bərabərdir,
gəlin ölçmə faktorlarını da qeyd edək.
Omeqa, L, cərəyan şiddətinin
ilk qiyməti İ 0,
fi isə dəyişir,
fi-nin j ilə hasili
fi üstəgəl 90 dərəcəyə uyğun gəlir.
Yəni j ilə vurma 90 dərəcə
faza dəyişməsinə səbəb olur.
Burada çəksəm, bu, indi e-ni bildirir.
Buradakı məsafə
fi-ni bildirir və buradakı məsafə isə
90 dərəcə faza məsafəsidir.
Funksiya qrafiklərinin maksimum
nöqtələrini işarələdiyimi görə bilərsiniz,
çünki onlar məsafənin
ən asan görüldüyü yerdir.
Sola hərəkət etdikdə isə o,
müsbət 90 dərəcə
qabağlamağa uyğun olacaq.
İnduktorda
e i-ni 90 dərəcə altında daxil edir.
Gəlin indi də kondensator üçün edək.
Eyni addımları kondensator
üçün də edəcəyik.
Cərəyan şiddəti eyni qalacaq.
İ bərabərdir, İ 0 kosinus omeqa t
üstəgəl fi.
Gəlin kondensator üçün gərginliyə baxaq.
Gərginlik, yəni e eyni qalır,
e bərabərdir z vur i.
Z-i başqa cür ifadə etmək olar.
Kondensatorun impedansı nəyə bərabərdir?
Onu 1 böl j omeqa c kimi ifadə etmək olar.
Bu, z-i bildirir və i-ni də əvvəl
göstərdiyimiz kimi ifadə edəcəyik.
İ sıfır fi bucağı.
İndi isə vurma əməlini
diqqətlə edək.
Belə ki, e 1 böl j vur 1 böl omeqa c vur
İ sıfır fi bucağına bərabərdir.
Buradakı 1 böl j ifadəsini
mənfi j kimi yaza bilərəm.
Nəyisə mənfi j-ə vurma,
mənfi 90 dərəcə dönməyə
uyğun gəlir.
Yəni e-ni belə də yaza bilərəm.
e bərabərdir 1 böl omeqa c,
bu, ölçmə faktorunu bildirir, vur
İ sıfır cərəyan şiddətinin
ilkin qiyməti və
fi bucağı çıx 90 dərəcə.
Buradakı mənfi işarəsi
faza geriləməsini bildirir.
İlkin cərəyan şiddəti budur
və e gərginlik buna bənzəyir.
Burada isə
faza geriləməmizi, yəni
90 dərəcə sağa yerdəyişməni
görə bilərik.
Bu da geriləmə adlanır.
Kondensatorlarda e i-ni geriləyir
kimi ümumiləşdirə bilərik.
Buna ekvivalent ifadə kimi
i-nin e-ni qabağladığını da deyə bilərik.
İ gərginliyi qabaqlayır.
Əslində bu iki nəticə ətrafında
qutu qoya bilərik.
Burada çoxlu işarə çevrilməsi var
və bunu xatırlamağın əslində
asan yolu var.
Mən sizə bunu xatırlamağınıza kömək edəcək
metod təqdim edəcəm.
İnduktorda
gərginlik cərəyan şiddətini qabaqlayır.
Kondensatorda isə
cərəyan şiddəti
gərginliyi qabaqlayır.
Beləliklə, induktor və
kondensatorlarda
ardıcıllığı belə yadda saxlamaq olar.