Yeni dostumuz Əli - BUZ adamı təqdim etməyin vaxtıdır. Əli bütün elektrik mühəndislərinin və istifadə etdiyimiz D/C analizinin dostudur. D/C analizində 1 növ siqnal limitlənir və bu, sinusoiddir. Sinusoidə kosinus da deyilir. Kosinus omeqa t üstəgəl fi. Omeqa kosinusun tezlik radianını bildirir. Burada mavi rənglə göstərilib. Radian tezliyi omeqadır və fi faza sürüşməsidir. Əgər diqqətlə baxsaq, bunun kosinus dalğası olmadığını görərik, çünki maksimum, zaman sıfıra bərabər olduqdan əvvəl olur. Buradakı məsafə faza məsafəsi adlanır və fi-ni bildirir. fi müsbət ədəd olduqda kosinus dalğası bir az sola sürüşür. Bu da faza sürüşməsi adlanır. Bu növ siqnallarda sevimli komponentlərimizin inputu komponentlərin gərginlik və cərəyan şiddəti arasındakı asılılığa əsaslanır və impedansla əlaqələndirilir. İmpedans gərginliyin cərəyan şiddətinə olan nisbətidir və z simvolu ilə işarələnir. Bu videoda gərginliyi u ilə ifadə etmək yerinə e hərfindən istifadə edirəm. E EMF, yəni elektromotor qüvvəsinin qısaldılmış formasıdır və həqiqətən gərginliyi göstərmək üçün u kimi tez-tez istifadə olunur. Niyə E-ni istifadə etmək istədiyimi göstərəcəm. Bunu yaza biləcəyim başqa asan yol E-nin z vur t-ə bərabər olmasıdır. Bu, Ohm qanununa çox oxşayır. İfadəni isə təkcə rezistentlərə deyil, kondensator və induktorlara da tətbiq edə bilərik. İlk öncə induktora baxaq. İnduktor üçün düstur E bərabərdir, z vur i olur. İ-ni sinusoid üçün təyin edəcəyəm. Deməli, i müəyyən qiymətə malik olacaq. Bunu i 0 kimi işarələyək, kosinus omeqa t üstəgəl fi. Deyə bilərəm ki, mənim cərəyan şiddətim bu faza gecikməsi ilə olan qiymətin kosinus dalğasıdır. Bu, göy ilə göstərilib və i buradadır. Gəlin indi E-ni i-nin köməyilə yazaq. E-nin z-ə bərabər olduğunu yaza bilərəm. İnduktor üçün z nəyi bildirir? Induktorun impendansı j omeqa L birlikdə z-i bildirir. Bəs i nəyi göstərir? İ fazanı göstərir, yəni faza göstəricisidir. Cərəyan şiddətinin qiyməti fi bucağı ilə təyin olunur. Budur, i-yə ekvivalent ifadə əldə edirik. İlk yazdığımda zaman əsas göstəricidir. İkinci yazdığım da isə faza əsas göstəricidir. İ-nin qarşısında olanlar ölçmə faktorudur. Bu faktora indi müzakirə edəcəyimiz j, omeqa və L kəmiyyətləri daxildir. Omeqa tezlikdir, l (el) isə induktorun ölçüsüdür. Videonun əsas məqsədini izah etmək üçün gərginlik üçün qrafiki burada narıncı ilə çəkdikdə omeqa ölçmə faktorunu 1 qəbul edirik. Səbəb isə cərəyan şiddəti və gərginlik arasındakı zaman əlaqəsinə fokus ola bilməyimizdir. Kompleks ədədlərdən danışdıqda nəyi isə j-yə vurmaq üstəgəl 90 dərəcə fırlanmanı göstərir. Bunu e bərabərdir, gəlin ölçmə faktorlarını da qeyd edək. Omeqa, L, cərəyan şiddətinin ilk qiyməti İ 0. Fi isə dəyişir, fi-nin j ilə hasili fi üstəgəl 90 dərəcəyə uyğun gəlir. Yəni j ilə vurma 90 dərəcə faza dəyişməsinə səbəb olur. Burada çəksəm, bu, indi e-ni bildirir. Buradakı məsafə fi-ni bildirir və buradakı məsafə isə 90 dərəcə faza dəyişməsidir.