- [Təlimatçı] Nəsli kəsilmə termini haqqında düşünərkən ağlımıza ilk öncə baş verən hadisələr, yəni 63 milyon il əvvəl Yer kürəsinin böyük bir meteoritlə toqquşması və bu toqquşma nəticəsində dinozavrların əksəriyyətinin ölməsi kimi hadisələr gəlir. Əksər heyvanlar deyirəm, çünki müəyyən olunub ki, hazırki dövrdə tanıdığımız bir çox heyvan xüsusilə toyuqların daxil olduğu quşlar sinfi öz başlanğıclarını sağ qalan dinozavrlardan götürmüşlər. Təkcə dinozavrların yox, digər bir neçə növün də nəsli kəsilmişdir. Lakin aydındır ki, bəzi növlər sağ qalmışdır. Ola bilsin ki, bizim əcdadımız bir növ yereşən, gəmirici dələ olmuşdur və toqquşma anında torpağın altında olduğu üçün zədələnmədən xilas olmuşdur. Daha sonra Yer kürəsinin tozla örtüldüyünə baxmayaraq necəsə qida tapmış və davamlı fotosintez getməsə belə bir şəkildə sağ qala bilmişdir. Bu videoda nəslin kəsilməsi haqqında daha dərin danışacağıq. Onun səbəbi həmişiə ətraf mühitdə baş verən belə böyük dəyişikliklər olmur. Ancaq nəsil kəsilmə zamanı haqqında danışacağımız təkan növü ətraf mühitin müəyyən səviyyələrdə dəyişilməsi olacaq. Populyasiyada müxtəlifliklər yarandıqca müxtəlifliyi fərqli rənglərə malik dairələr şəklində çəkəcəyəm. Əgər ətraf mühit müəyyən yollarla tədricən dəyişərsə, populyasiya əksər hallarda variantlara, digər populyasiya fərdlərinə nisbətən daha uğurlu olan fərdlərə sahib olacaq. Ətraf mühitdə baş verən dəyişikliklərə daha tez uyğunlaşa bilən belə variantlar zaman keçdikcə çoxalacaq, nəticədə onların daha çoxu sağ qalacaq. Onlar zamanla dominant varianta çevriləcək, hətta bir müddətdən sonra yeni növ əmələ gətirəcəklər. Beləliklə, zaman keçdikcə nəsli kəsilməyəcək, adaptasiya olaraq, bəlkə də ətraf mühitə daha yaxşı uyğunlaşan digər növlərə çevriləcək fərdlərə sahibsiniz. Lakin meteoritli dinozavr nümunəsi bizə göstərdi ki, dəyişiklik heç də həmişə tədricən olmur. Aydındır ki, dinozavr nümunəsində olduğu kimi səmanın alovlandığı bir vəziyyətdə çox az sayda orqanizm belə şəraitə uyğunlaşaraq sağ qala biləcək. Ancaq biz insanlar üçün o qədər də sürətli görünməyən sürətli dəyişikliklər də baş verə bilər. Məsələn, bu qrafik 1500-ci ildən bəri nəsli kəsilmiş canlıları göstərir. Mən sizə bu videonu dayandırmağı və burada baş verənləri anladığınızdan tam əmin olmağı tövsiyə edirəm, çünki bu, özlüyündə bir bacarıqdır, lakin həqiqətən maraqlıdır. Bu, bizə təqribən son 500 ildə nəsli kəsilmiş növlərin yekun faizini göstərir. 1500-cü ildə orada olan növləri görə bilərsiniz. Gəlin suda-quruda yaşayanların xəttini izləyək. Cədvəldə suda-quruda yaşayanların nəsli kəsilmiş bütün növləri təxminən 2%-lə 2 1/2% arasında yerləşir. Bu o demək deyil ki, suda-quruda yaşayanların 2%-dən 2 1/2%-ə qədəri ölüb. Bu o deməkdir ki, sinfin bu növləri artıq mövcud deyil. Suda-qruruda yaşayanların genotiplərinin bu variantları artıq dünyada mövcud deyil. Suda-quruda yaşayanlar üçün bu olduqca pisdir, lakin biz bunun digər heyvan növləri üçün də pis olduğunu görürük. Deyə bilərsiniz ki, 2%-dən 2 1/2%-ə qədər elə də pis rəqəm deyil. Yenidən qeyd edək ki, bunlar bir daha görməyəcəyimiz bütün növlərdir və bizi narahat edən şey bu əyrilərin nə üçün sürətlə yuxarıya doğru qalxmasıdır. Bəziləriniz maraqlana bilər ki, nəsli kəsilmənin ilkin səviyyəsi yoxdur? Ola bilsin ki, bu ilkin səviyyəyə nisbətən çox da pis deyil. Qrafikdəki maraqlı məqam odur ki, o bizə ilkin səviyyəni göstərir. Bu kiçik boz kvadrat bir ildə milyon növə düşən 0,1-2 nəsli kəsilmənin ilkin səviyyəsinə əsaslanan növlərin yekun faizini təmsil edir. Yəni ilkin səviyyənin bu aşağıda yerləşən boz kvadrat olduğunu görürsünüz. Qeyri-adi nəsli kəsilmə nisbətlərimiz olmasa idi, qrafikdə təxminən bu xəttə yaxın olardıq. Ancaq diqqətlə baxın, 1500-cü ildən bəri biz bu rəqəmi geridə qoymuşuq və bunun səbəbləri bizə aydındır. Ətraf mühit sürətlə dəyişir. Ətraf mühitin sürətlə dəyişməsinin əsas günahkarı kimdir? Son 500 ildə hansı qrupun populyasiyası durmadan artıb? Əlbəttə ki, insanlar deyərdiniz. Bu insanların təkcə yaşadıqları yer və yaşayış yerlərini mənimsədikləri ilə əlaqəli deyil. Həmçinin, təsəvvür edin, indiki ətraf mühit təxminən 500 il əvvəl müasir Los-Ancelesdə olan mühitdən çox fərqlidir. Bu təkcə yaşadığımız yerlə bağlı deyil, ehtiyac duyduğumuz qida ilə də bağlıdır. Bizim həqiqətən yeməyə ehtiyacımız var. Lakin bu, digər heyvanların yaşaya biləcəyi ekosistemlərə təsir edir və orada onların artıq yaşaya bilməyəcəyi böyük dəyişikliklərə səbəb ola bilər. İnsanların kənd təsərüffatı məqsədləri üçün istifadə etdiyi əkin torpaqları nəsli kəsilmənin əsas mənbəyidir. Eyni zamanda dənizə çıxırıq, bəzən də balıq tuturuq. Bu da nəsli kəsilmənin mənbəyi ola bilər. Müxtəlifliyin azalması. Getdikcə daha çox növ insanlar tərəfindən əhliləşdirilir və bu səbəbdən müxtəlifliyin azalması təbiətdə yalnız bir neçə növ əkin sahəsi, bir neçə növ mal-qaranın qalmasına şərait yaradır. Onlarla yaxşı anlaşan və birlikdə yaşayan müəyyən növlər ola bilər, lakin onlar müxtəlifliyə malik olmadığı üçün ekosistem də o qədər müxtəlif olmur. Buna görə də növlərin sağ qalması üçün müxtəlifliklər olmayacaqdır. Bunun üzərinə çirklənmə, qlobal istiləşmə, işğalçı növlər kimi şeyləri əlavə etsəniz, bu əyrilərin nə üçün narahat edici şəkildə üzü yuxarı artdığını anlaya bilərsiniz. Biz təkcə heyvanlara qulluq etməməliyik, baxmayaraq ki, bu növlərə qulluq etməyimiz üçün yaxşı motivasiyadır. Lakin yadda saxlayın ki, növ yox olduqdan sonra onu bir daha geri qaytara bilməyəcəksiniz. Amma ümumi olaraq bütövlükdə Yer kürəsində müxtəliflik nə qədər az olarsa, ekosistemlər də dəyişikliyə o qədər az dözümlü olacaq.