- [Təlimatçı] Nəsli kəsilmə
termini haqqında
düşünərkən ağlımıza ilk
öncə baş verən hadisələr,
yəni 63 milyon il əvvəl Yer
kürəsinin böyük bir meteoritlə
toqquşması və bu toqquşma
nəticəsində dinozavrların
əksəriyyətinin ölməsi
kimi hadisələr gəlir.
Əksər heyvanlar deyirəm,
çünki müəyyən olunub ki,
hazırki dövrdə tanıdığımız
bir çox heyvan xüsusilə
toyuqların daxil olduğu
quşlar sinfi öz
başlanğıclarını sağ qalan
dinozavrlardan götürmüşlər.
Təkcə dinozavrların yox,
digər bir neçə
növün də nəsli kəsilmişdir.
Lakin aydındır ki,
bəzi növlər sağ qalmışdır.
Ola bilsin ki, bizim əcdadımız
bir növ yereşən,
gəmirici dələ olmuşdur
və toqquşma anında
torpağın altında olduğu üçün
zədələnmədən xilas
olmuşdur. Daha sonra
Yer kürəsinin tozla örtüldüyünə
baxmayaraq necəsə
qida tapmış və davamlı
fotosintez
getməsə belə bir şəkildə
sağ qala bilmişdir.
Bu videoda nəslin kəsilməsi
haqqında
daha dərin danışacağıq.
Onun səbəbi həmişiə
ətraf mühitdə baş
verən belə böyük dəyişikliklər olmur.
Ancaq nəsil kəsilmə
zamanı haqqında
danışacağımız təkan növü
ətraf mühitin müəyyən
səviyyələrdə dəyişilməsi olacaq.
Populyasiyada müxtəlifliklər
yarandıqca müxtəlifliyi fərqli
rənglərə
malik dairələr şəklində çəkəcəyəm.
Əgər ətraf mühit
müəyyən yollarla tədricən
dəyişərsə, populyasiya
əksər hallarda variantlara,
digər populyasiya fərdlərinə
nisbətən daha
uğurlu olan fərdlərə sahib olacaq.
Ətraf mühitdə baş verən
dəyişikliklərə daha
tez uyğunlaşa bilən belə
variantlar zaman keçdikcə
çoxalacaq, nəticədə onların
daha çoxu sağ qalacaq.
Onlar zamanla dominant
varianta çevriləcək, hətta bir
müddətdən sonra yeni
növ əmələ gətirəcəklər.
Beləliklə, zaman keçdikcə
nəsli kəsilməyəcək,
adaptasiya olaraq, bəlkə də
ətraf mühitə daha yaxşı
uyğunlaşan digər növlərə
çevriləcək fərdlərə sahibsiniz.
Lakin meteoritli dinozavr
nümunəsi bizə göstərdi ki,
dəyişiklik heç də həmişə tədricən olmur.
Aydındır ki, dinozavr
nümunəsində olduğu
kimi səmanın alovlandığı
bir vəziyyətdə çox az
sayda orqanizm belə
şəraitə uyğunlaşaraq
sağ qala biləcək.
Ancaq biz insanlar üçün
o qədər də sürətli görünməyən
sürətli dəyişikliklər də baş verə bilər.
Məsələn, bu qrafik 1500-ci
ildən bəri nəsli kəsilmiş
canlıları göstərir.
Mən sizə bu videonu
dayandırmağı və burada baş
verənləri anladığınızdan tam
əmin olmağı tövsiyə
edirəm, çünki bu, özlüyündə bir
bacarıqdır, lakin həqiqətən maraqlıdır.
Bu, bizə təqribən son
500 ildə nəsli kəsilmiş
növlərin yekun faizini göstərir.
1500-cü ildə orada
olan növləri görə bilərsiniz.
Gəlin suda-quruda
yaşayanların xəttini izləyək.
Cədvəldə suda-quruda
yaşayanların nəsli kəsilmiş
bütün növləri təxminən 2%-lə
2 1/2% arasında yerləşir.
Bu o demək deyil ki, suda-quruda
yaşayanların 2%-dən 2 1/2%-ə qədəri ölüb.
Bu o deməkdir ki, sinfin bu
növləri artıq mövcud deyil.
Suda-qruruda yaşayanların
genotiplərinin bu variantları
artıq dünyada mövcud deyil.
Suda-quruda yaşayanlar üçün
bu olduqca pisdir, lakin
biz bunun digər heyvan növləri
üçün də pis olduğunu görürük.
Deyə bilərsiniz ki, 2%-dən
2 1/2%-ə qədər elə də pis rəqəm deyil.
Yenidən qeyd edək ki,
bunlar bir daha görməyəcəyimiz
bütün növlərdir və
bizi narahat edən şey bu
əyrilərin nə üçün
sürətlə yuxarıya doğru qalxmasıdır.
Bəziləriniz maraqlana bilər ki,
nəsli kəsilmənin ilkin səviyyəsi yoxdur?
Ola bilsin ki, bu ilkin səviyyəyə
nisbətən çox da pis deyil.
Qrafikdəki maraqlı
məqam odur ki, o bizə
ilkin səviyyəni göstərir.
Bu kiçik boz kvadrat bir
ildə milyon növə düşən
0,1-2 nəsli kəsilmənin ilkin
səviyyəsinə
əsaslanan növlərin yekun
faizini təmsil edir.
Yəni ilkin səviyyənin bu
aşağıda yerləşən boz
kvadrat olduğunu görürsünüz.
Qeyri-adi nəsli kəsilmə
nisbətlərimiz olmasa idi,
qrafikdə təxminən bu xəttə yaxın olardıq.
Ancaq diqqətlə baxın,
1500-cü ildən bəri biz bu
rəqəmi geridə qoymuşuq və
bunun səbəbləri bizə aydındır.
Ətraf mühit sürətlə dəyişir.
Ətraf mühitin sürətlə
dəyişməsinin
əsas günahkarı kimdir?
Son 500 ildə hansı
qrupun populyasiyası
durmadan artıb?
Əlbəttə ki, insanlar deyərdiniz.
Bu insanların təkcə
yaşadıqları yer və yaşayış
yerlərini mənimsədikləri ilə
əlaqəli deyil. Həmçinin,
təsəvvür edin, indiki
ətraf mühit təxminən
500 il əvvəl müasir Los-Ancelesdə olan
mühitdən çox fərqlidir.
Bu təkcə yaşadığımız
yerlə bağlı deyil, ehtiyac duyduğumuz
qida ilə də bağlıdır. Bizim həqiqətən
yeməyə ehtiyacımız var.
Lakin bu, digər heyvanların
yaşaya biləcəyi ekosistemlərə
təsir edir və orada onların
artıq yaşaya bilməyəcəyi
böyük
dəyişikliklərə səbəb ola bilər.
İnsanların kənd təsərüffatı
məqsədləri üçün istifadə etdiyi
əkin torpaqları nəsli kəsilmənin
əsas mənbəyidir.
Eyni zamanda dənizə çıxırıq,
bəzən də balıq tuturuq.
Bu da nəsli kəsilmənin mənbəyi ola bilər.
Müxtəlifliyin azalması.
Getdikcə daha çox növ
insanlar tərəfindən əhliləşdirilir
və bu səbəbdən müxtəlifliyin
azalması təbiətdə yalnız bir
neçə növ əkin sahəsi, bir neçə
növ
mal-qaranın qalmasına şərait yaradır.
Onlarla yaxşı anlaşan və
birlikdə yaşayan müəyyən
növlər ola bilər, lakin onlar
müxtəlifliyə malik olmadığı üçün
ekosistem də o qədər müxtəlif
olmur. Buna görə də
növlərin sağ qalması üçün
müxtəlifliklər olmayacaqdır.
Bunun üzərinə çirklənmə,
qlobal istiləşmə, işğalçı növlər
kimi şeyləri əlavə etsəniz,
bu əyrilərin nə üçün narahat
edici şəkildə üzü yuxarı
artdığını anlaya bilərsiniz.
Biz təkcə heyvanlara
qulluq etməməliyik, baxmayaraq
ki, bu növlərə qulluq
etməyimiz üçün yaxşı
motivasiyadır. Lakin yadda
saxlayın ki, növ yox olduqdan
sonra onu bir daha geri
qaytara bilməyəcəksiniz.
Amma ümumi olaraq
bütövlükdə Yer kürəsində
müxtəliflik nə qədər az
olarsa, ekosistemlər də dəyişikliyə o
qədər az dözümlü olacaq.