WEBVTT 00:00:00.000 --> 00:00:05.000 Dini inancımın mərhəmətdən uzaq olduğunu düşünənlərə rəğmən 00:00:05.000 --> 00:00:08.000 bu gün mərhəmət haqqında məhz 00:00:08.000 --> 00:00:12.000 islami yönündən danışacam 00:00:12.000 --> 00:00:14.000 Məsələnin mahiyyəti budur - NOTE Paragraph 00:00:14.000 --> 00:00:20.000 Bizim müqqədəs kitabımız Quran 114 surədən ibarətdir 00:00:20.000 --> 00:00:24.000 və hər bir surə "bismillah" dediyimiz kəlmə ilə başlayır ki, 00:00:24.000 --> 00:00:30.000 bu da "mərhəmətli, rəhmli Allahın adı ilə" mənasını verir. 00:00:30.000 --> 00:00:32.000 Sir Richard Burton- 00:00:32.000 --> 00:00:35.000 Elizabeth Taylor’la evlənmiş Richard Burton deyil, 00:00:35.000 --> 00:00:38.000 19-cu əsrdə yaşamış və dünyanı dolaşmış 00:00:38.000 --> 00:00:40.000 və çoxlu ədəbi əsərləri tərcümə etmiş 00:00:40.000 --> 00:00:44.000 Richard Burton bu kəlməni 00:00:44.000 --> 00:00:51.000 "mərhəmətli və şəvqətli Allahın adı ilə" kimi tərcümə etmişdir. NOTE Paragraph 00:00:51.000 --> 00:00:58.000 Allahın insanlığa ünvanladığı Quran kəlamlarında əks olunduğu kimi 00:00:58.000 --> 00:01:01.000 Allah elçisi Məhəmmədə - 00:01:01.000 --> 00:01:04.000 Adəmlə başlayan və Nuh, Musa, İbrahimlə davam edən 00:01:04.000 --> 00:01:10.000 İsanın da daxil olduğu peyğəmbərlər silsiləsini tamamlayan 00:01:10.000 --> 00:01:14.000 Məhəmməd peyğəmbərə deyir: 00:01:14.000 --> 00:01:17.000 "Ey Məhəmməd! Biz səni insanlara 00:01:17.000 --> 00:01:23.000 rəhmət, mərhəmət məqsədi xaricində gödərmədik." NOTE Paragraph 00:01:23.000 --> 00:01:27.000 Biz insanlara, xüsusən də müsəlman olaraq bizlərə - 00:01:27.000 --> 00:01:32.000 peyğəmbərin yolu ilə getməyi məqsəd kimi qəbul edənlərə, 00:01:32.000 --> 00:01:36.000 peyğəmbərə mümkün qədər çox bənzəmək mühümdür. 00:01:36.000 --> 00:01:38.000 Peyğəmbər belə buyurmuşdur: 00:01:38.000 --> 00:01:43.000 "Özünüzü Allahın əlamətləri ilə bəzəyin" 00:01:43.000 --> 00:01:49.000 Allahın ən böyük əlaməti olan rəhmliliyi barədə Quranda 00:01:49.000 --> 00:01:54.000 "Alllah özünə mərhəməti fərman vermişdir" kimi 00:01:54.000 --> 00:01:58.000 və ya "özünə rəhmlə hökm vermişdir" yazılır. 00:01:58.000 --> 00:02:05.000 Buna görə də bizim məqsəd və məramımızın da cövhərində mərhəmət 00:02:05.000 --> 00:02:09.000 və mərhəməti daim yaşadan, 00:02:09.000 --> 00:02:13.000 mərhəməti dilə gətirən, əmələ çevirən bir şeylər mözcud olmalıdır. NOTE Paragraph 00:02:13.000 --> 00:02:16.000 Bunlar hamısı gözəldir amma 00:02:16.000 --> 00:02:19.000 bir çox yanlışlıqlar edirik. 00:02:19.000 --> 00:02:24.000 Bəs onda dünyada mərhəmət azlığının səbəbi nədir? 00:02:24.000 --> 00:02:29.000 Bu sualı cavablandırmaq üçün biz mənəvi yolumuza nəzər salmalıyıq. 00:02:29.000 --> 00:02:36.000 Hər bir dini təlimdə "xarici yol" və "daxili yol" anlayışları vardır 00:02:36.000 --> 00:02:41.000 bunu biz ekzoterik və ezoterik yol da adlandırırıq 00:02:41.000 --> 00:02:49.000 İslamın ezoterik yolu - populyar Sufizm, ərəb dilində təsəvvüf kimi tanınır 00:02:49.000 --> 00:02:52.000 və bunu daşıyanlar - mürşidlər, ustadlar, 00:02:52.000 --> 00:02:56.000 sufi ənənələrini yaşadan mənəvi müəllimlər - 00:02:56.000 --> 00:03:00.000 peyğımbərimizin öyrətdikləri və nümunələrinə istinad edərək 00:03:00.000 --> 00:03:04.000 problemin harada olduğunu bizlərə çatdırırlar. NOTE Paragraph 00:03:04.000 --> 00:03:08.000 Peyğəmbərin qələbə çaldığı bir döyüşdən sonra 00:03:08.000 --> 00:03:13.000 o ardıcıllarına müraciətində "İndi biz kiçik döyüşdən 00:03:13.000 --> 00:03:17.000 böyük döyüşə qayıdırıq" demişdir NOTE Paragraph 00:03:17.000 --> 00:03:22.000 və onlar da - "Allahın elçisi, biz əldən düşmüşük, 00:03:22.000 --> 00:03:25.000 bu halla daha böyük döyüşə necə girə bilərik?" NOTE Paragraph 00:03:25.000 --> 00:03:33.000 Peyğımbər isə cavabında "Bu sizin özünüzlə, öz eqonuzla olan döyüşünüzdür" demişdir. 00:03:33.000 --> 00:03:42.000 İnsanlığın problemlərinin əsasında eqoizm, "mən" durur. NOTE Paragraph 00:03:42.000 --> 00:03:48.000 Tanınmış Sufi ustadı Ruminin bir hekayəti var - 00:03:48.000 --> 00:03:54.000 dostunun evinə gələn bir şəxsin hadisəsini nəql edir - 00:03:54.000 --> 00:03:57.000 adam qapını döyür 00:03:57.000 --> 00:04:00.000 içəridən bir səs "kimdir?" deyir. NOTE Paragraph 00:04:00.000 --> 00:04:05.000 Adam cavab verir -"mən" 00:04:05.000 --> 00:04:07.000 ingilis dilində desək - "I" NOTE Paragraph 00:04:07.000 --> 00:04:10.000 səs cavab verir - "çıx get". NOTE Paragraph 00:04:10.000 --> 00:04:18.000 Uzun illər sürən təlimlərdən, axtarışlardan və müridlikdən sonra 00:04:18.000 --> 00:04:20.000 o geriyə dönür və 00:04:20.000 --> 00:04:24.000 böyük itaətlə həmin qapını bir daha döyür NOTE Paragraph 00:04:24.000 --> 00:04:27.000 və səs "kimdir orda?" soruşur NOTE Paragraph 00:04:27.000 --> 00:04:31.000 və o deyir: "bu sənsən, ey qəlbqıran" NOTE Paragraph 00:04:31.000 --> 00:04:35.000 qapı açılır və səs deyir: 00:04:35.000 --> 00:04:42.000 "içəri keç, zira bu evdə iki "mən" üçün yer yoxdur". 00:04:42.000 --> 00:04:46.000 Yəni "iki eqo" nəzərdə tututlur NOTE Paragraph 00:04:46.000 --> 00:04:55.000 və Ruminin hekayələri ruhani yol üçün bir metaforadır. 00:04:55.000 --> 00:05:01.000 Allahın varlığında birdən çox "mən"ə yer yoxdur 00:05:01.000 --> 00:05:06.000 və bu yeganə "mən" də ilahi olandır. 00:05:06.000 --> 00:05:10.000 Hədisi-qüdsi açıqlamalarında Allah buyurur ki, 00:05:10.000 --> 00:05:16.000 mənim qulum və ya insan olaraq yaratdığım varlıq 00:05:16.000 --> 00:05:22.000 mənə yalnız ondan etmək istədiklərim 00:05:22.000 --> 00:05:25.000 vasitəsilə yaxınlaşa bilər. 00:05:25.000 --> 00:05:29.000 Aranızda tabeçiliyində işçiləri olan şəxslər bunun 00:05:29.000 --> 00:05:33.000 nə olduğunu yaxşı bilir. İşçinizdən hansısa bir iş 00:05:33.000 --> 00:05:35.000 tələb edin və əgər o bu işin öhdəsindən gələrsə 00:05:35.000 --> 00:05:38.000 deməli ona daha çox iş tapşırmaq olar. NOTE Paragraph 00:05:38.000 --> 00:05:44.000 Allah buyurur: "Mənim qulum ondan istədiklərimdən çoxunu edərək 00:05:44.000 --> 00:05:47.000 mənə yaxınlaşmaqda davam edir" 00:05:47.000 --> 00:05:49.000 - deyək ki, o sevgini yolunda 00:05:49.000 --> 00:05:53.000 "ekstra kreditlər" qazanır - 00:05:53.000 --> 00:05:56.000 "qulumu sevərkən" - Allah buyurur - 00:05:56.000 --> 00:06:02.000 "Mən onun gördüyü gözlərinə, 00:06:02.000 --> 00:06:08.000 eşitdiyi qulaqlarına, 00:06:08.000 --> 00:06:13.000 tuta bildiyi əllərinə, 00:06:13.000 --> 00:06:17.000 yeridiyi ayaqlarına 00:06:17.000 --> 00:06:22.000 və anladığı ürəyinə çevrilərəm." 00:06:22.000 --> 00:06:27.000 Bu bizim özümüzü ilahi olanla birləşdirir, 00:06:27.000 --> 00:06:35.000 bu bizim bütün ruhani yolumuzun, ənənəmizin məramı və məqsədidir. NOTE Paragraph 00:06:35.000 --> 00:06:41.000 Müsəlmanlar İsaya Sufi ustadı kimi, 00:06:41.000 --> 00:06:48.000 ruhani yolu vurğulamaq üçün göndərilmiş böyük bir elçi kimi baxırlar. 00:06:48.000 --> 00:06:52.000 O, "mən ruham və yol mənəm" dedikdə, 00:06:52.000 --> 00:06:57.000 Məhəmməd peyğımbər "məni kim görmüşsə, Allahı görmüşdür" deməsi 00:06:57.000 --> 00:07:02.000 onların varlığının tamamilə Allahın vasitəçiliyinə dəlalət etməsidir - 00:07:02.000 --> 00:07:04.000 onlar Allahın yolunun bir parçası olmuş, 00:07:04.000 --> 00:07:08.000 onlar öz nəfsləri və "mən"i - eqoları ilə deyil, 00:07:08.000 --> 00:07:12.000 Allahın məramı ilə yer üzünə yaymışlar. 00:07:12.000 --> 00:07:19.000 Mərhəmət dünyaya verilib, o bizdə doğuşdandır, o bizim içimizdədir. 00:07:19.000 --> 00:07:24.000 Edə biləcəyimiş şey "mən"imizi yolumuzdan dəf etməkdir, 00:07:24.000 --> 00:07:27.000 eqoizmimizi kənara atmaqdır. NOTE Paragraph 00:07:27.000 --> 00:07:35.000 Əminəm ki, böyük ehtimalla sizin burada hamınız və ya əksəriyyətiniz 00:07:35.000 --> 00:07:39.000 ruhi təcrübə adlandırdığımız hisslə rastlaşmısınız - 00:07:39.000 --> 00:07:46.000 bu həyatınızdakı bir an, bir dəqiqə, bəlkə bir neçə saniyə 00:07:46.000 --> 00:07:52.000 eqonuzun sərhədlərinin yoxa çıxdığını yaşamısınız 00:07:52.000 --> 00:07:59.000 və bu anda özümüzü ətrafla bir tam olan kimi 00:07:59.000 --> 00:08:05.000 bu qabdakı su ilə, bütün insanlıqla birlikdə, 00:08:05.000 --> 00:08:09.000 Yaradanla tamlıqda hiss etmisiniz - 00:08:09.000 --> 00:08:14.000 özünüzü gücün, qorxunun 00:08:14.000 --> 00:08:18.000 dərin məhəmmətin, həyatınızda nə vaxtsa hiss etmədiyiniz 00:08:18.000 --> 00:08:22.000 dərin mərhəmət hissinin mövcudluğunda hiss etmisiniz. NOTE Paragraph 00:08:22.000 --> 00:08:28.000 Bu an Allah tərəfindən bizə verilən bir bəxşişdir - 00:08:28.000 --> 00:08:32.000 elə bir bəxşiş ki, bir anlığa bizi 00:08:32.000 --> 00:08:38.000 "mən, mən, mənə, mənim" deməkdən məhrum edir 00:08:38.000 --> 00:08:42.000 və Ruminin hekayəsindəki adamın ilk dediyindən fərqli olaraq 00:08:42.000 --> 00:08:48.000 bu an biz "ah, bu hamısı Sənsən" deyirik 00:08:48.000 --> 00:08:50.000 Bunların hamısı sənsən. Bunların hamısı bizik. 00:08:50.000 --> 00:08:56.000 Biz, mən və hamımız Sənin bir parçanıq. 00:08:56.000 --> 00:09:02.000 Bütün yaradılış, bütün cisimlər, həyatın qaynağı 00:09:02.000 --> 00:09:04.000 və bütün bu səyahətin sonu - hamısı Sənsən. 00:09:04.000 --> 00:09:09.000 Sən həm də qəlblərimizi qıransan 00:09:09.000 --> 00:09:15.000 Sən hamımızın yönləndiyi ünvan, yaşamımızın məqsədisən 00:09:15.000 --> 00:09:19.000 uğrunda ölməli olduğumuzsan 00:09:19.000 --> 00:09:23.000 və uğrunda yenidən diriləcəyimiz olansan və Sən 00:09:23.000 --> 00:09:30.000 bizim mərhəmətli varlıq olaraq qalmağımıza səbəb olan Allahsan. NOTE Paragraph 00:09:30.000 --> 00:09:34.000 Bugünkü ismarıcımız və bugünkü məqsədimiz 00:09:34.000 --> 00:09:37.000 sizlərə - bu gün burada olanlara 00:09:37.000 --> 00:09:42.000 mərhəmət nizamının məqsədini xatırlamaqdır. 00:09:42.000 --> 00:09:50.000 Zira Quran bizə bunu hər zaman yadda saxlamağı və bir-birimizə xatırlarlamamızı təkid edər 00:09:50.000 --> 00:09:58.000 çünki, həqiqət biliyi hər bir insanın içindədir NOTE Paragraph 00:09:58.000 --> 00:10:01.000 və biz bunu bilirik. 00:10:01.000 --> 00:10:03.000 Bunu anlamağa imkanımız da var. 00:10:03.000 --> 00:10:07.000 Jung bunu instinktiv adlandıra bilər. 00:10:07.000 --> 00:10:11.000 Təhtəlşüurda, xəyallarımızda 00:10:11.000 --> 00:10:19.000 Quranda yazıldığı kimi - yuxu halımızda 00:10:19.000 --> 00:10:23.000 yəni, kiçik keçici ölüm. 00:10:23.000 --> 00:10:28.000 Yatmışkən yuxular görürük, 00:10:28.000 --> 00:10:34.000 hətta bu hallarda bəzilərimizin ruhu bədənimizi tərk edir 00:10:34.000 --> 00:10:37.000 və biz gözəl şeylər görürük. 00:10:37.000 --> 00:10:42.000 Biz sərhədsiz məkanlarda və 00:10:42.000 --> 00:10:46.000 sərhədsiz zamanlarda səyahətlər edirik. 00:10:46.000 --> 00:10:56.000 Ancaq bütün bunlar mərhəmətli və rəhmli 00:10:56.000 --> 00:11:02.000 yaradıcının adını yüksəltmək üçündür. NOTE Paragraph 00:11:02.000 --> 00:11:09.000 Tannı, Boq, ona istənilən adda müraciət etdiyimizdə...Allah, Ram, Om, 00:11:09.000 --> 00:11:12.000 onun nə cür adlandırdığımızdan asılı olmayaraq 00:11:12.000 --> 00:11:16.000 və ya o ilahi varlığa necə hansı formada üz tutmağımızdan asılı olmayaraq - 00:11:16.000 --> 00:11:22.000 - istənilən halda bu mütləq varlığın olduğu nöqtədir - 00:11:22.000 --> 00:11:26.000 mütləq sevgi, mərhəmət və rəhmət, 00:11:26.000 --> 00:11:29.000 mütləq bilik və mütləq əqlin olduğu yer 00:11:29.000 --> 00:11:32.000 Hindlilərin adlandırdığı "Satçidananda" kimi. 00:11:32.000 --> 00:11:35.000 Dillər fərqli olsalar da 00:11:35.000 --> 00:11:39.000 hədəf eynidir. NOTE Paragraph 00:11:39.000 --> 00:11:41.000 Ruminin başqa bir hekayəti var - 00:11:41.000 --> 00:11:44.000 üç nəfər barədə, biri türk, biri ərəb 00:11:44.000 --> 00:11:48.000 biri də, xatırlamıram, deyək ki malay 00:11:48.000 --> 00:11:51.000 biri angour istəyir, deyək ki, ingiliscə 00:11:51.000 --> 00:11:56.000 biri enab, o biri də üzüm istəyir 00:11:56.000 --> 00:11:59.000 istədikləri ilə bağlı "mən üzüm - enab - angour istəyirəm" deyə 00:11:59.000 --> 00:12:03.000 aralarında mübahisə düşür 00:12:03.000 --> 00:12:06.000 lakin anlamırlar ki, bu sözlər 00:12:06.000 --> 00:12:09.000 müxtəlif dillərdə eyni reallığı ifadə edir NOTE Paragraph 00:12:09.000 --> 00:12:15.000 Lakin təyinatına görə yalnız bir mütləq reallıq mövcuddur, 00:12:15.000 --> 00:12:18.000 bir mütləq varlıq - 00:12:18.000 --> 00:12:21.000 çünki bu mütləqlik təyinatına görə təkdir 00:12:21.000 --> 00:12:24.000 mütləq və tək. 00:12:24.000 --> 00:12:27.000 Varlığın bu mütləq bütünlüyü, 00:12:27.000 --> 00:12:30.000 şüurun bu mütləq birliyi, 00:12:30.000 --> 00:12:40.000 mütləq şüur, mərhəmət və eşq - 00:12:40.000 --> 00:12:44.000 ilahi olanın başlıca özəlliyidir. NOTE Paragraph 00:12:44.000 --> 00:12:47.000 Bu həm də ayrılıqda 00:12:47.000 --> 00:12:52.000 insan mənasını ifadə edən özəllikdir. 00:12:52.000 --> 00:12:58.000 Fiziki olaraq insanı təyin edən 00:12:58.000 --> 00:13:01.000 onun fizioloji varlığıdır. 00:13:01.000 --> 00:13:09.000 Lakin Allah insanı ruh və təbiətinə görə təyin edər. NOTE Paragraph 00:13:09.000 --> 00:13:13.000 Quranda yazıldığı kimi O, mələklərə üz tutaraq deyir: 00:13:13.000 --> 00:13:17.000 "Adəmi palçıqdan yaratdıqdan və 00:13:17.000 --> 00:13:21.000 öz ruhumdan ona üfürdüyümdən 00:13:21.000 --> 00:13:25.000 sonra ona səcdə edin." 00:13:25.000 --> 00:13:33.000 Mələklər insan bədəni deyil, insan ruhu 00:13:33.000 --> 00:13:36.000 qarşısında səcdə edirlər 00:13:36.000 --> 00:13:40.000 Niyə? Çünki ruh, insan ruhu 00:13:40.000 --> 00:13:46.000 ilahi nəfəsin, ilahi ruhun 00:13:46.000 --> 00:13:49.000 bir hissəsidir. NOTE Paragraph 00:13:49.000 --> 00:13:54.000 İnsanın ilahi cilddə yaradılması fikri 00:13:54.000 --> 00:14:00.000 İncildə də öz əksini tapmışdır. 00:14:00.000 --> 00:14:02.000 Tanrının təsviri nədir? 00:14:02.000 --> 00:14:06.000 Tanrının təsviri mütləq varlıqdır 00:14:06.000 --> 00:14:09.000 mütləq şüur, bilik və müdrüklük 00:14:09.000 --> 00:14:12.000 mütləq mərhəmət və məhəbbət NOTE Paragraph 00:14:12.000 --> 00:14:16.000 və buna görə də bizlər - insanlar üçün 00:14:16.000 --> 00:14:20.000 insan olmanın hansı anlama gəlməsinə dair ən ali hissləri 00:14:20.000 --> 00:14:23.000 insan varlığının nə demək olduğuna dair ən həyacan verici duyğuların anlamı 00:14:23.000 --> 00:14:29.000 içimizdəki ilahi nəfəsin düzgün 00:14:29.000 --> 00:14:33.000 daşıyıcısı kimi olmağımızdır - 00:14:33.000 --> 00:14:38.000 bu içimizdən, öz içimizdən gələn mükəmməllik axtarışıdır, 00:14:38.000 --> 00:14:41.000 həyatda olma, var olma 00:14:41.000 --> 00:14:46.000 müdrük, şüurlu, hissiyatlı, rəhmli 00:14:46.000 --> 00:14:51.000 olmaq və varlıqlara sevgi bəsləməkdir. NOTE Paragraph 00:14:51.000 --> 00:14:57.000 Bu mənim daşıdığım inam ənənəsinin özüdür, 00:14:57.000 --> 00:15:04.000 mənim öyrəndiyim və anladığım inam ənənəsinin özüdür. 00:15:04.000 --> 00:15:10.000 Bu bizim dayandığımız ümumi platformadır 00:15:10.000 --> 00:15:13.000 və bu platformada hamı eyni olsa 00:15:13.000 --> 00:15:19.000 biz yaşadığımız dünyanı daha gözəl məkana çevirə bilərik. NOTE Paragraph 00:15:19.000 --> 00:15:25.000 Hazırda uçurumun kənarındayıq 00:15:25.000 --> 00:15:29.000 və sizin kimi insanların sayəsində 00:15:29.000 --> 00:15:35.000 biz Isiah öngörüsünün həyata keçməsi və 00:15:35.000 --> 00:15:39.000 bu öngörüyə görə zaman gələcək ki, 00:15:39.000 --> 00:15:46.000 insanlar qılınclarını kotanlarla əvəz edəcəklər 00:15:46.000 --> 00:15:52.000 və müharibəyə heç zaman can atmayacaqlar, NOTE Paragraph 00:15:52.000 --> 00:15:58.000 insanlıq tarixində son bir həddə gəlib çatmışıq - 00:15:58.000 --> 00:16:07.000 eqomuza hakim olmalıyıq 00:16:07.000 --> 00:16:12.000 bunun hansı eqo olduğundan asılı olmayaraq - fərdi eqo, 00:16:12.000 --> 00:16:18.000 ailə eqosu, milli eqo - 00:16:18.000 --> 00:16:23.000 - qoy bütün təriflər yalnız Vahidə ünvanlansın. NOTE Paragraph 00:16:23.000 --> 00:16:25.000 Təşəkkürlər. Allah sizləri qorusun. 00:16:25.000 --> 00:16:26.000 Alqışlar