1 00:00:00,000 --> 00:00:05,000 Dini inancımın mərhəmətdən uzaq olduğunu düşünənlərə rəğmən 2 00:00:05,000 --> 00:00:08,000 bu gün mərhəmət haqqında məhz 3 00:00:08,000 --> 00:00:12,000 islami yönündən danışacam 4 00:00:12,000 --> 00:00:14,000 Məsələnin mahiyyəti budur - 5 00:00:14,000 --> 00:00:20,000 Bizim müqqədəs kitabımız Quran 114 surədən ibarətdir 6 00:00:20,000 --> 00:00:24,000 və hər bir surə "bismillah" dediyimiz kəlmə ilə başlayır ki, 7 00:00:24,000 --> 00:00:30,000 bu da "mərhəmətli, rəhmli Allahın adı ilə" mənasını verir. 8 00:00:30,000 --> 00:00:32,000 Sir Richard Burton- 9 00:00:32,000 --> 00:00:35,000 Elizabeth Taylor’la evlənmiş Richard Burton deyil, 10 00:00:35,000 --> 00:00:38,000 19-cu əsrdə yaşamış və dünyanı dolaşmış 11 00:00:38,000 --> 00:00:40,000 və çoxlu ədəbi əsərləri tərcümə etmiş 12 00:00:40,000 --> 00:00:44,000 Richard Burton bu kəlməni 13 00:00:44,000 --> 00:00:51,000 "mərhəmətli və şəvqətli Allahın adı ilə" kimi tərcümə etmişdir. 14 00:00:51,000 --> 00:00:58,000 Allahın insanlığa ünvanladığı Quran kəlamlarında əks olunduğu kimi 15 00:00:58,000 --> 00:01:01,000 Allah elçisi Məhəmmədə - 16 00:01:01,000 --> 00:01:04,000 Adəmlə başlayan və Nuh, Musa, İbrahimlə davam edən 17 00:01:04,000 --> 00:01:10,000 İsanın da daxil olduğu peyğəmbərlər silsiləsini tamamlayan 18 00:01:10,000 --> 00:01:14,000 Məhəmməd peyğəmbərə deyir: 19 00:01:14,000 --> 00:01:17,000 "Ey Məhəmməd! Biz səni insanlara 20 00:01:17,000 --> 00:01:23,000 rəhmət, mərhəmət məqsədi xaricində gödərmədik." 21 00:01:23,000 --> 00:01:27,000 Biz insanlara, xüsusən də müsəlman olaraq bizlərə - 22 00:01:27,000 --> 00:01:32,000 peyğəmbərin yolu ilə getməyi məqsəd kimi qəbul edənlərə, 23 00:01:32,000 --> 00:01:36,000 peyğəmbərə mümkün qədər çox bənzəmək mühümdür. 24 00:01:36,000 --> 00:01:38,000 Peyğəmbər belə buyurmuşdur: 25 00:01:38,000 --> 00:01:43,000 "Özünüzü Allahın əlamətləri ilə bəzəyin" 26 00:01:43,000 --> 00:01:49,000 Allahın ən böyük əlaməti olan rəhmliliyi barədə Quranda 27 00:01:49,000 --> 00:01:54,000 "Alllah özünə mərhəməti fərman vermişdir" kimi 28 00:01:54,000 --> 00:01:58,000 və ya "özünə rəhmlə hökm vermişdir" yazılır. 29 00:01:58,000 --> 00:02:05,000 Buna görə də bizim məqsəd və məramımızın da cövhərində mərhəmət 30 00:02:05,000 --> 00:02:09,000 və mərhəməti daim yaşadan, 31 00:02:09,000 --> 00:02:13,000 mərhəməti dilə gətirən, əmələ çevirən bir şeylər mözcud olmalıdır. 32 00:02:13,000 --> 00:02:16,000 Bunlar hamısı gözəldir amma 33 00:02:16,000 --> 00:02:19,000 bir çox yanlışlıqlar edirik. 34 00:02:19,000 --> 00:02:24,000 Bəs onda dünyada mərhəmət azlığının səbəbi nədir? 35 00:02:24,000 --> 00:02:29,000 Bu sualı cavablandırmaq üçün biz mənəvi yolumuza nəzər salmalıyıq. 36 00:02:29,000 --> 00:02:36,000 Hər bir dini təlimdə "xarici yol" və "daxili yol" anlayışları vardır 37 00:02:36,000 --> 00:02:41,000 bunu biz ekzoterik və ezoterik yol da adlandırırıq 38 00:02:41,000 --> 00:02:49,000 İslamın ezoterik yolu - populyar Sufizm, ərəb dilində təsəvvüf kimi tanınır 39 00:02:49,000 --> 00:02:52,000 və bunu daşıyanlar - mürşidlər, ustadlar, 40 00:02:52,000 --> 00:02:56,000 sufi ənənələrini yaşadan mənəvi müəllimlər - 41 00:02:56,000 --> 00:03:00,000 peyğımbərimizin öyrətdikləri və nümunələrinə istinad edərək 42 00:03:00,000 --> 00:03:04,000 problemin harada olduğunu bizlərə çatdırırlar. 43 00:03:04,000 --> 00:03:08,000 Peyğəmbərin qələbə çaldığı bir döyüşdən sonra 44 00:03:08,000 --> 00:03:13,000 o ardıcıllarına müraciətində "İndi biz kiçik döyüşdən 45 00:03:13,000 --> 00:03:17,000 böyük döyüşə qayıdırıq" demişdir 46 00:03:17,000 --> 00:03:22,000 və onlar da - "Allahın elçisi, biz əldən düşmüşük, 47 00:03:22,000 --> 00:03:25,000 bu halla daha böyük döyüşə necə girə bilərik?" 48 00:03:25,000 --> 00:03:33,000 Peyğımbər isə cavabında "Bu sizin özünüzlə, öz eqonuzla olan döyüşünüzdür" demişdir. 49 00:03:33,000 --> 00:03:42,000 İnsanlığın problemlərinin əsasında eqoizm, "mən" durur. 50 00:03:42,000 --> 00:03:48,000 Tanınmış Sufi ustadı Ruminin bir hekayəti var - 51 00:03:48,000 --> 00:03:54,000 dostunun evinə gələn bir şəxsin hadisəsini nəql edir - 52 00:03:54,000 --> 00:03:57,000 adam qapını döyür 53 00:03:57,000 --> 00:04:00,000 içəridən bir səs "kimdir?" deyir. 54 00:04:00,000 --> 00:04:05,000 Adam cavab verir -"mən" 55 00:04:05,000 --> 00:04:07,000 ingilis dilində desək - "I" 56 00:04:07,000 --> 00:04:10,000 səs cavab verir - "çıx get". 57 00:04:10,000 --> 00:04:18,000 Uzun illər sürən təlimlərdən, axtarışlardan və müridlikdən sonra 58 00:04:18,000 --> 00:04:20,000 o geriyə dönür və 59 00:04:20,000 --> 00:04:24,000 böyük itaətlə həmin qapını bir daha döyür 60 00:04:24,000 --> 00:04:27,000 və səs "kimdir orda?" soruşur 61 00:04:27,000 --> 00:04:31,000 və o deyir: "bu sənsən, ey qəlbqıran" 62 00:04:31,000 --> 00:04:35,000 qapı açılır və səs deyir: 63 00:04:35,000 --> 00:04:42,000 "içəri keç, zira bu evdə iki "mən" üçün yer yoxdur". 64 00:04:42,000 --> 00:04:46,000 Yəni "iki eqo" nəzərdə tututlur 65 00:04:46,000 --> 00:04:55,000 və Ruminin hekayələri ruhani yol üçün bir metaforadır. 66 00:04:55,000 --> 00:05:01,000 Allahın varlığında birdən çox "mən"ə yer yoxdur 67 00:05:01,000 --> 00:05:06,000 və bu yeganə "mən" də ilahi olandır. 68 00:05:06,000 --> 00:05:10,000 Hədisi-qüdsi açıqlamalarında Allah buyurur ki, 69 00:05:10,000 --> 00:05:16,000 mənim qulum və ya insan olaraq yaratdığım varlıq 70 00:05:16,000 --> 00:05:22,000 mənə yalnız ondan etmək istədiklərim 71 00:05:22,000 --> 00:05:25,000 vasitəsilə yaxınlaşa bilər. 72 00:05:25,000 --> 00:05:29,000 Aranızda tabeçiliyində işçiləri olan şəxslər bunun 73 00:05:29,000 --> 00:05:33,000 nə olduğunu yaxşı bilir. İşçinizdən hansısa bir iş 74 00:05:33,000 --> 00:05:35,000 tələb edin və əgər o bu işin öhdəsindən gələrsə 75 00:05:35,000 --> 00:05:38,000 deməli ona daha çox iş tapşırmaq olar. 76 00:05:38,000 --> 00:05:44,000 Allah buyurur: "Mənim qulum ondan istədiklərimdən çoxunu edərək 77 00:05:44,000 --> 00:05:47,000 mənə yaxınlaşmaqda davam edir" 78 00:05:47,000 --> 00:05:49,000 - deyək ki, o sevgini yolunda 79 00:05:49,000 --> 00:05:53,000 "ekstra kreditlər" qazanır - 80 00:05:53,000 --> 00:05:56,000 "qulumu sevərkən" - Allah buyurur - 81 00:05:56,000 --> 00:06:02,000 "Mən onun gördüyü gözlərinə, 82 00:06:02,000 --> 00:06:08,000 eşitdiyi qulaqlarına, 83 00:06:08,000 --> 00:06:13,000 tuta bildiyi əllərinə, 84 00:06:13,000 --> 00:06:17,000 yeridiyi ayaqlarına 85 00:06:17,000 --> 00:06:22,000 və anladığı ürəyinə çevrilərəm." 86 00:06:22,000 --> 00:06:27,000 Bu bizim özümüzü ilahi olanla birləşdirir, 87 00:06:27,000 --> 00:06:35,000 bu bizim bütün ruhani yolumuzun, ənənəmizin məramı və məqsədidir. 88 00:06:35,000 --> 00:06:41,000 Müsəlmanlar İsaya Sufi ustadı kimi, 89 00:06:41,000 --> 00:06:48,000 ruhani yolu vurğulamaq üçün göndərilmiş böyük bir elçi kimi baxırlar. 90 00:06:48,000 --> 00:06:52,000 O, "mən ruham və yol mənəm" dedikdə, 91 00:06:52,000 --> 00:06:57,000 Məhəmməd peyğımbər "məni kim görmüşsə, Allahı görmüşdür" deməsi 92 00:06:57,000 --> 00:07:02,000 onların varlığının tamamilə Allahın vasitəçiliyinə dəlalət etməsidir - 93 00:07:02,000 --> 00:07:04,000 onlar Allahın yolunun bir parçası olmuş, 94 00:07:04,000 --> 00:07:08,000 onlar öz nəfsləri və "mən"i - eqoları ilə deyil, 95 00:07:08,000 --> 00:07:12,000 Allahın məramı ilə yer üzünə yaymışlar. 96 00:07:12,000 --> 00:07:19,000 Mərhəmət dünyaya verilib, o bizdə doğuşdandır, o bizim içimizdədir. 97 00:07:19,000 --> 00:07:24,000 Edə biləcəyimiş şey "mən"imizi yolumuzdan dəf etməkdir, 98 00:07:24,000 --> 00:07:27,000 eqoizmimizi kənara atmaqdır. 99 00:07:27,000 --> 00:07:35,000 Əminəm ki, böyük ehtimalla sizin burada hamınız və ya əksəriyyətiniz 100 00:07:35,000 --> 00:07:39,000 ruhi təcrübə adlandırdığımız hisslə rastlaşmısınız - 101 00:07:39,000 --> 00:07:46,000 bu həyatınızdakı bir an, bir dəqiqə, bəlkə bir neçə saniyə 102 00:07:46,000 --> 00:07:52,000 eqonuzun sərhədlərinin yoxa çıxdığını yaşamısınız 103 00:07:52,000 --> 00:07:59,000 və bu anda özümüzü ətrafla bir tam olan kimi 104 00:07:59,000 --> 00:08:05,000 bu qabdakı su ilə, bütün insanlıqla birlikdə, 105 00:08:05,000 --> 00:08:09,000 Yaradanla tamlıqda hiss etmisiniz - 106 00:08:09,000 --> 00:08:14,000 özünüzü gücün, qorxunun 107 00:08:14,000 --> 00:08:18,000 dərin məhəmmətin, həyatınızda nə vaxtsa hiss etmədiyiniz 108 00:08:18,000 --> 00:08:22,000 dərin mərhəmət hissinin mövcudluğunda hiss etmisiniz. 109 00:08:22,000 --> 00:08:28,000 Bu an Allah tərəfindən bizə verilən bir bəxşişdir - 110 00:08:28,000 --> 00:08:32,000 elə bir bəxşiş ki, bir anlığa bizi 111 00:08:32,000 --> 00:08:38,000 "mən, mən, mənə, mənim" deməkdən məhrum edir 112 00:08:38,000 --> 00:08:42,000 və Ruminin hekayəsindəki adamın ilk dediyindən fərqli olaraq 113 00:08:42,000 --> 00:08:48,000 bu an biz "ah, bu hamısı Sənsən" deyirik 114 00:08:48,000 --> 00:08:50,000 Bunların hamısı sənsən. Bunların hamısı bizik. 115 00:08:50,000 --> 00:08:56,000 Biz, mən və hamımız Sənin bir parçanıq. 116 00:08:56,000 --> 00:09:02,000 Bütün yaradılış, bütün cisimlər, həyatın qaynağı 117 00:09:02,000 --> 00:09:04,000 və bütün bu səyahətin sonu - hamısı Sənsən. 118 00:09:04,000 --> 00:09:09,000 Sən həm də qəlblərimizi qıransan 119 00:09:09,000 --> 00:09:15,000 Sən hamımızın yönləndiyi ünvan, yaşamımızın məqsədisən 120 00:09:15,000 --> 00:09:19,000 uğrunda ölməli olduğumuzsan 121 00:09:19,000 --> 00:09:23,000 və uğrunda yenidən diriləcəyimiz olansan və Sən 122 00:09:23,000 --> 00:09:30,000 bizim mərhəmətli varlıq olaraq qalmağımıza səbəb olan Allahsan. 123 00:09:30,000 --> 00:09:34,000 Bugünkü ismarıcımız və bugünkü məqsədimiz 124 00:09:34,000 --> 00:09:37,000 sizlərə - bu gün burada olanlara 125 00:09:37,000 --> 00:09:42,000 mərhəmət nizamının məqsədini xatırlamaqdır. 126 00:09:42,000 --> 00:09:50,000 Zira Quran bizə bunu hər zaman yadda saxlamağı və bir-birimizə xatırlarlamamızı təkid edər 127 00:09:50,000 --> 00:09:58,000 çünki, həqiqət biliyi hər bir insanın içindədir 128 00:09:58,000 --> 00:10:01,000 və biz bunu bilirik. 129 00:10:01,000 --> 00:10:03,000 Bunu anlamağa imkanımız da var. 130 00:10:03,000 --> 00:10:07,000 Jung bunu instinktiv adlandıra bilər. 131 00:10:07,000 --> 00:10:11,000 Təhtəlşüurda, xəyallarımızda 132 00:10:11,000 --> 00:10:19,000 Quranda yazıldığı kimi - yuxu halımızda 133 00:10:19,000 --> 00:10:23,000 yəni, kiçik keçici ölüm. 134 00:10:23,000 --> 00:10:28,000 Yatmışkən yuxular görürük, 135 00:10:28,000 --> 00:10:34,000 hətta bu hallarda bəzilərimizin ruhu bədənimizi tərk edir 136 00:10:34,000 --> 00:10:37,000 və biz gözəl şeylər görürük. 137 00:10:37,000 --> 00:10:42,000 Biz sərhədsiz məkanlarda və 138 00:10:42,000 --> 00:10:46,000 sərhədsiz zamanlarda səyahətlər edirik. 139 00:10:46,000 --> 00:10:56,000 Ancaq bütün bunlar mərhəmətli və rəhmli 140 00:10:56,000 --> 00:11:02,000 yaradıcının adını yüksəltmək üçündür. 141 00:11:02,000 --> 00:11:09,000 Tannı, Boq, ona istənilən adda müraciət etdiyimizdə...Allah, Ram, Om, 142 00:11:09,000 --> 00:11:12,000 onun nə cür adlandırdığımızdan asılı olmayaraq 143 00:11:12,000 --> 00:11:16,000 və ya o ilahi varlığa necə hansı formada üz tutmağımızdan asılı olmayaraq - 144 00:11:16,000 --> 00:11:22,000 - istənilən halda bu mütləq varlığın olduğu nöqtədir - 145 00:11:22,000 --> 00:11:26,000 mütləq sevgi, mərhəmət və rəhmət, 146 00:11:26,000 --> 00:11:29,000 mütləq bilik və mütləq əqlin olduğu yer 147 00:11:29,000 --> 00:11:32,000 Hindlilərin adlandırdığı "Satçidananda" kimi. 148 00:11:32,000 --> 00:11:35,000 Dillər fərqli olsalar da 149 00:11:35,000 --> 00:11:39,000 hədəf eynidir. 150 00:11:39,000 --> 00:11:41,000 Ruminin başqa bir hekayəti var - 151 00:11:41,000 --> 00:11:44,000 üç nəfər barədə, biri türk, biri ərəb 152 00:11:44,000 --> 00:11:48,000 biri də, xatırlamıram, deyək ki malay 153 00:11:48,000 --> 00:11:51,000 biri angour istəyir, deyək ki, ingiliscə 154 00:11:51,000 --> 00:11:56,000 biri enab, o biri də üzüm istəyir 155 00:11:56,000 --> 00:11:59,000 istədikləri ilə bağlı "mən üzüm - enab - angour istəyirəm" deyə 156 00:11:59,000 --> 00:12:03,000 aralarında mübahisə düşür 157 00:12:03,000 --> 00:12:06,000 lakin anlamırlar ki, bu sözlər 158 00:12:06,000 --> 00:12:09,000 müxtəlif dillərdə eyni reallığı ifadə edir 159 00:12:09,000 --> 00:12:15,000 Lakin təyinatına görə yalnız bir mütləq reallıq mövcuddur, 160 00:12:15,000 --> 00:12:18,000 bir mütləq varlıq - 161 00:12:18,000 --> 00:12:21,000 çünki bu mütləqlik təyinatına görə təkdir 162 00:12:21,000 --> 00:12:24,000 mütləq və tək. 163 00:12:24,000 --> 00:12:27,000 Varlığın bu mütləq bütünlüyü, 164 00:12:27,000 --> 00:12:30,000 şüurun bu mütləq birliyi, 165 00:12:30,000 --> 00:12:40,000 mütləq şüur, mərhəmət və eşq - 166 00:12:40,000 --> 00:12:44,000 ilahi olanın başlıca özəlliyidir. 167 00:12:44,000 --> 00:12:47,000 Bu həm də ayrılıqda 168 00:12:47,000 --> 00:12:52,000 insan mənasını ifadə edən özəllikdir. 169 00:12:52,000 --> 00:12:58,000 Fiziki olaraq insanı təyin edən 170 00:12:58,000 --> 00:13:01,000 onun fizioloji varlığıdır. 171 00:13:01,000 --> 00:13:09,000 Lakin Allah insanı ruh və təbiətinə görə təyin edər. 172 00:13:09,000 --> 00:13:13,000 Quranda yazıldığı kimi O, mələklərə üz tutaraq deyir: 173 00:13:13,000 --> 00:13:17,000 "Adəmi palçıqdan yaratdıqdan və 174 00:13:17,000 --> 00:13:21,000 öz ruhumdan ona üfürdüyümdən 175 00:13:21,000 --> 00:13:25,000 sonra ona səcdə edin." 176 00:13:25,000 --> 00:13:33,000 Mələklər insan bədəni deyil, insan ruhu 177 00:13:33,000 --> 00:13:36,000 qarşısında səcdə edirlər 178 00:13:36,000 --> 00:13:40,000 Niyə? Çünki ruh, insan ruhu 179 00:13:40,000 --> 00:13:46,000 ilahi nəfəsin, ilahi ruhun 180 00:13:46,000 --> 00:13:49,000 bir hissəsidir. 181 00:13:49,000 --> 00:13:54,000 İnsanın ilahi cilddə yaradılması fikri 182 00:13:54,000 --> 00:14:00,000 İncildə də öz əksini tapmışdır. 183 00:14:00,000 --> 00:14:02,000 Tanrının təsviri nədir? 184 00:14:02,000 --> 00:14:06,000 Tanrının təsviri mütləq varlıqdır 185 00:14:06,000 --> 00:14:09,000 mütləq şüur, bilik və müdrüklük 186 00:14:09,000 --> 00:14:12,000 mütləq mərhəmət və məhəbbət 187 00:14:12,000 --> 00:14:16,000 və buna görə də bizlər - insanlar üçün 188 00:14:16,000 --> 00:14:20,000 insan olmanın hansı anlama gəlməsinə dair ən ali hissləri 189 00:14:20,000 --> 00:14:23,000 insan varlığının nə demək olduğuna dair ən həyacan verici duyğuların anlamı 190 00:14:23,000 --> 00:14:29,000 içimizdəki ilahi nəfəsin düzgün 191 00:14:29,000 --> 00:14:33,000 daşıyıcısı kimi olmağımızdır - 192 00:14:33,000 --> 00:14:38,000 bu içimizdən, öz içimizdən gələn mükəmməllik axtarışıdır, 193 00:14:38,000 --> 00:14:41,000 həyatda olma, var olma 194 00:14:41,000 --> 00:14:46,000 müdrük, şüurlu, hissiyatlı, rəhmli 195 00:14:46,000 --> 00:14:51,000 olmaq və varlıqlara sevgi bəsləməkdir. 196 00:14:51,000 --> 00:14:57,000 Bu mənim daşıdığım inam ənənəsinin özüdür, 197 00:14:57,000 --> 00:15:04,000 mənim öyrəndiyim və anladığım inam ənənəsinin özüdür. 198 00:15:04,000 --> 00:15:10,000 Bu bizim dayandığımız ümumi platformadır 199 00:15:10,000 --> 00:15:13,000 və bu platformada hamı eyni olsa 200 00:15:13,000 --> 00:15:19,000 biz yaşadığımız dünyanı daha gözəl məkana çevirə bilərik. 201 00:15:19,000 --> 00:15:25,000 Hazırda uçurumun kənarındayıq 202 00:15:25,000 --> 00:15:29,000 və sizin kimi insanların sayəsində 203 00:15:29,000 --> 00:15:35,000 biz Isiah öngörüsünün həyata keçməsi və 204 00:15:35,000 --> 00:15:39,000 bu öngörüyə görə zaman gələcək ki, 205 00:15:39,000 --> 00:15:46,000 insanlar qılınclarını kotanlarla əvəz edəcəklər 206 00:15:46,000 --> 00:15:52,000 və müharibəyə heç zaman can atmayacaqlar, 207 00:15:52,000 --> 00:15:58,000 insanlıq tarixində son bir həddə gəlib çatmışıq - 208 00:15:58,000 --> 00:16:07,000 eqomuza hakim olmalıyıq 209 00:16:07,000 --> 00:16:12,000 bunun hansı eqo olduğundan asılı olmayaraq - fərdi eqo, 210 00:16:12,000 --> 00:16:18,000 ailə eqosu, milli eqo - 211 00:16:18,000 --> 00:16:23,000 - qoy bütün təriflər yalnız Vahidə ünvanlansın. 212 00:16:23,000 --> 00:16:25,000 Təşəkkürlər. Allah sizləri qorusun. 213 00:16:25,000 --> 00:16:26,000 Alqışlar