0:00:00.000,0:00:05.000 Dini inancımın mərhəmətdən uzaq olduğunu düşünənlərə rəğmən 0:00:05.000,0:00:08.000 bu gün mərhəmət haqqında məhz 0:00:08.000,0:00:12.000 islami yönündən danışacam 0:00:12.000,0:00:14.000 Məsələnin mahiyyəti budur - 0:00:14.000,0:00:20.000 Bizim müqqədəs kitabımız Quran 114 surədən ibarətdir 0:00:20.000,0:00:24.000 və hər bir surə "bismillah" dediyimiz kəlmə ilə başlayır ki, 0:00:24.000,0:00:30.000 bu da "mərhəmətli, rəhmli Allahın adı ilə" mənasını verir. 0:00:30.000,0:00:32.000 Sir Richard Burton- 0:00:32.000,0:00:35.000 Elizabeth Taylor’la evlənmiş Richard Burton deyil, 0:00:35.000,0:00:38.000 19-cu əsrdə yaşamış və dünyanı dolaşmış 0:00:38.000,0:00:40.000 və çoxlu ədəbi əsərləri tərcümə etmiş 0:00:40.000,0:00:44.000 Richard Burton bu kəlməni 0:00:44.000,0:00:51.000 "mərhəmətli və şəvqətli Allahın adı ilə" kimi tərcümə etmişdir. 0:00:51.000,0:00:58.000 Allahın insanlığa ünvanladığı Quran kəlamlarında əks olunduğu kimi 0:00:58.000,0:01:01.000 Allah elçisi Məhəmmədə - 0:01:01.000,0:01:04.000 Adəmlə başlayan və Nuh, Musa, İbrahimlə davam edən 0:01:04.000,0:01:10.000 İsanın da daxil olduğu peyğəmbərlər silsiləsini tamamlayan 0:01:10.000,0:01:14.000 Məhəmməd peyğəmbərə deyir: 0:01:14.000,0:01:17.000 "Ey Məhəmməd! Biz səni insanlara 0:01:17.000,0:01:23.000 rəhmət, mərhəmət məqsədi xaricində gödərmədik." 0:01:23.000,0:01:27.000 Biz insanlara, xüsusən də müsəlman olaraq bizlərə - 0:01:27.000,0:01:32.000 peyğəmbərin yolu ilə getməyi məqsəd kimi qəbul edənlərə, 0:01:32.000,0:01:36.000 peyğəmbərə mümkün qədər çox bənzəmək mühümdür. 0:01:36.000,0:01:38.000 Peyğəmbər belə buyurmuşdur: 0:01:38.000,0:01:43.000 "Özünüzü Allahın əlamətləri ilə bəzəyin" 0:01:43.000,0:01:49.000 Allahın ən böyük əlaməti olan rəhmliliyi barədə Quranda 0:01:49.000,0:01:54.000 "Alllah özünə mərhəməti fərman vermişdir" kimi 0:01:54.000,0:01:58.000 və ya "özünə rəhmlə hökm vermişdir" yazılır. 0:01:58.000,0:02:05.000 Buna görə də bizim məqsəd və məramımızın da cövhərində mərhəmət 0:02:05.000,0:02:09.000 və mərhəməti daim yaşadan, 0:02:09.000,0:02:13.000 mərhəməti dilə gətirən, əmələ çevirən bir şeylər mözcud olmalıdır. 0:02:13.000,0:02:16.000 Bunlar hamısı gözəldir amma 0:02:16.000,0:02:19.000 bir çox yanlışlıqlar edirik. 0:02:19.000,0:02:24.000 Bəs onda dünyada mərhəmət azlığının səbəbi nədir? 0:02:24.000,0:02:29.000 Bu sualı cavablandırmaq üçün biz mənəvi yolumuza nəzər salmalıyıq. 0:02:29.000,0:02:36.000 Hər bir dini təlimdə "xarici yol" və "daxili yol" anlayışları vardır 0:02:36.000,0:02:41.000 bunu biz ekzoterik və ezoterik yol da adlandırırıq 0:02:41.000,0:02:49.000 İslamın ezoterik yolu - populyar Sufizm, ərəb dilində təsəvvüf kimi tanınır 0:02:49.000,0:02:52.000 və bunu daşıyanlar - mürşidlər, ustadlar, 0:02:52.000,0:02:56.000 sufi ənənələrini yaşadan mənəvi müəllimlər - 0:02:56.000,0:03:00.000 peyğımbərimizin öyrətdikləri və nümunələrinə istinad edərək 0:03:00.000,0:03:04.000 problemin harada olduğunu bizlərə çatdırırlar. 0:03:04.000,0:03:08.000 Peyğəmbərin qələbə çaldığı bir döyüşdən sonra 0:03:08.000,0:03:13.000 o ardıcıllarına müraciətində "İndi biz kiçik döyüşdən 0:03:13.000,0:03:17.000 böyük döyüşə qayıdırıq" demişdir 0:03:17.000,0:03:22.000 və onlar da - "Allahın elçisi, biz əldən düşmüşük, 0:03:22.000,0:03:25.000 bu halla daha böyük döyüşə necə girə bilərik?" 0:03:25.000,0:03:33.000 Peyğımbər isə cavabında "Bu sizin özünüzlə, öz eqonuzla olan döyüşünüzdür" demişdir. 0:03:33.000,0:03:42.000 İnsanlığın problemlərinin əsasında eqoizm, "mən" durur. 0:03:42.000,0:03:48.000 Tanınmış Sufi ustadı Ruminin bir hekayəti var - 0:03:48.000,0:03:54.000 dostunun evinə gələn bir şəxsin hadisəsini nəql edir - 0:03:54.000,0:03:57.000 adam qapını döyür 0:03:57.000,0:04:00.000 içəridən bir səs "kimdir?" deyir. 0:04:00.000,0:04:05.000 Adam cavab verir -"mən" 0:04:05.000,0:04:07.000 ingilis dilində desək - "I" 0:04:07.000,0:04:10.000 səs cavab verir - "çıx get". 0:04:10.000,0:04:18.000 Uzun illər sürən təlimlərdən, axtarışlardan və müridlikdən sonra 0:04:18.000,0:04:20.000 o geriyə dönür və 0:04:20.000,0:04:24.000 böyük itaətlə həmin qapını bir daha döyür 0:04:24.000,0:04:27.000 və səs "kimdir orda?" soruşur 0:04:27.000,0:04:31.000 və o deyir: "bu sənsən, ey qəlbqıran" 0:04:31.000,0:04:35.000 qapı açılır və səs deyir: 0:04:35.000,0:04:42.000 "içəri keç, zira bu evdə iki "mən" üçün yer yoxdur". 0:04:42.000,0:04:46.000 Yəni "iki eqo" nəzərdə tututlur 0:04:46.000,0:04:55.000 və Ruminin hekayələri ruhani yol üçün bir metaforadır. 0:04:55.000,0:05:01.000 Allahın varlığında birdən çox "mən"ə yer yoxdur 0:05:01.000,0:05:06.000 və bu yeganə "mən" də ilahi olandır. 0:05:06.000,0:05:10.000 Hədisi-qüdsi açıqlamalarında Allah buyurur ki, 0:05:10.000,0:05:16.000 mənim qulum və ya insan olaraq yaratdığım varlıq 0:05:16.000,0:05:22.000 mənə yalnız ondan etmək istədiklərim 0:05:22.000,0:05:25.000 vasitəsilə yaxınlaşa bilər. 0:05:25.000,0:05:29.000 Aranızda tabeçiliyində işçiləri olan şəxslər bunun 0:05:29.000,0:05:33.000 nə olduğunu yaxşı bilir. İşçinizdən hansısa bir iş 0:05:33.000,0:05:35.000 tələb edin və əgər o bu işin öhdəsindən gələrsə 0:05:35.000,0:05:38.000 deməli ona daha çox iş tapşırmaq olar. 0:05:38.000,0:05:44.000 Allah buyurur: "Mənim qulum ondan istədiklərimdən çoxunu edərək 0:05:44.000,0:05:47.000 mənə yaxınlaşmaqda davam edir" 0:05:47.000,0:05:49.000 - deyək ki, o sevgini yolunda 0:05:49.000,0:05:53.000 "ekstra kreditlər" qazanır - 0:05:53.000,0:05:56.000 "qulumu sevərkən" - Allah buyurur - 0:05:56.000,0:06:02.000 "Mən onun gördüyü gözlərinə, 0:06:02.000,0:06:08.000 eşitdiyi qulaqlarına, 0:06:08.000,0:06:13.000 tuta bildiyi əllərinə, 0:06:13.000,0:06:17.000 yeridiyi ayaqlarına 0:06:17.000,0:06:22.000 və anladığı ürəyinə çevrilərəm." 0:06:22.000,0:06:27.000 Bu bizim özümüzü ilahi olanla birləşdirir, 0:06:27.000,0:06:35.000 bu bizim bütün ruhani yolumuzun, ənənəmizin məramı və məqsədidir. 0:06:35.000,0:06:41.000 Müsəlmanlar İsaya Sufi ustadı kimi, 0:06:41.000,0:06:48.000 ruhani yolu vurğulamaq üçün göndərilmiş böyük bir elçi kimi baxırlar. 0:06:48.000,0:06:52.000 O, "mən ruham və yol mənəm" dedikdə, 0:06:52.000,0:06:57.000 Məhəmməd peyğımbər "məni kim görmüşsə, Allahı görmüşdür" deməsi 0:06:57.000,0:07:02.000 onların varlığının tamamilə Allahın vasitəçiliyinə dəlalət etməsidir - 0:07:02.000,0:07:04.000 onlar Allahın yolunun bir parçası olmuş, 0:07:04.000,0:07:08.000 onlar öz nəfsləri və "mən"i - eqoları ilə deyil, 0:07:08.000,0:07:12.000 Allahın məramı ilə yer üzünə yaymışlar. 0:07:12.000,0:07:19.000 Mərhəmət dünyaya verilib, o bizdə doğuşdandır, o bizim içimizdədir. 0:07:19.000,0:07:24.000 Edə biləcəyimiş şey "mən"imizi yolumuzdan dəf etməkdir, 0:07:24.000,0:07:27.000 eqoizmimizi kənara atmaqdır. 0:07:27.000,0:07:35.000 Əminəm ki, böyük ehtimalla sizin burada hamınız və ya əksəriyyətiniz 0:07:35.000,0:07:39.000 ruhi təcrübə adlandırdığımız hisslə rastlaşmısınız - 0:07:39.000,0:07:46.000 bu həyatınızdakı bir an, bir dəqiqə, bəlkə bir neçə saniyə 0:07:46.000,0:07:52.000 eqonuzun sərhədlərinin yoxa çıxdığını yaşamısınız 0:07:52.000,0:07:59.000 və bu anda özümüzü ətrafla bir tam olan kimi 0:07:59.000,0:08:05.000 bu qabdakı su ilə, bütün insanlıqla birlikdə, 0:08:05.000,0:08:09.000 Yaradanla tamlıqda hiss etmisiniz - 0:08:09.000,0:08:14.000 özünüzü gücün, qorxunun 0:08:14.000,0:08:18.000 dərin məhəmmətin, həyatınızda nə vaxtsa hiss etmədiyiniz 0:08:18.000,0:08:22.000 dərin mərhəmət hissinin mövcudluğunda hiss etmisiniz. 0:08:22.000,0:08:28.000 Bu an Allah tərəfindən bizə verilən bir bəxşişdir - 0:08:28.000,0:08:32.000 elə bir bəxşiş ki, bir anlığa bizi 0:08:32.000,0:08:38.000 "mən, mən, mənə, mənim" deməkdən məhrum edir 0:08:38.000,0:08:42.000 və Ruminin hekayəsindəki adamın ilk dediyindən fərqli olaraq 0:08:42.000,0:08:48.000 bu an biz "ah, bu hamısı Sənsən" deyirik 0:08:48.000,0:08:50.000 Bunların hamısı sənsən. Bunların hamısı bizik. 0:08:50.000,0:08:56.000 Biz, mən və hamımız Sənin bir parçanıq. 0:08:56.000,0:09:02.000 Bütün yaradılış, bütün cisimlər, həyatın qaynağı 0:09:02.000,0:09:04.000 və bütün bu səyahətin sonu - hamısı Sənsən. 0:09:04.000,0:09:09.000 Sən həm də qəlblərimizi qıransan 0:09:09.000,0:09:15.000 Sən hamımızın yönləndiyi ünvan, yaşamımızın məqsədisən 0:09:15.000,0:09:19.000 uğrunda ölməli olduğumuzsan 0:09:19.000,0:09:23.000 və uğrunda yenidən diriləcəyimiz olansan və Sən 0:09:23.000,0:09:30.000 bizim mərhəmətli varlıq olaraq qalmağımıza səbəb olan Allahsan. 0:09:30.000,0:09:34.000 Bugünkü ismarıcımız və bugünkü məqsədimiz 0:09:34.000,0:09:37.000 sizlərə - bu gün burada olanlara 0:09:37.000,0:09:42.000 mərhəmət nizamının məqsədini xatırlamaqdır. 0:09:42.000,0:09:50.000 Zira Quran bizə bunu hər zaman yadda saxlamağı və bir-birimizə xatırlarlamamızı təkid edər 0:09:50.000,0:09:58.000 çünki, həqiqət biliyi hər bir insanın içindədir 0:09:58.000,0:10:01.000 və biz bunu bilirik. 0:10:01.000,0:10:03.000 Bunu anlamağa imkanımız da var. 0:10:03.000,0:10:07.000 Jung bunu instinktiv adlandıra bilər. 0:10:07.000,0:10:11.000 Təhtəlşüurda, xəyallarımızda 0:10:11.000,0:10:19.000 Quranda yazıldığı kimi - yuxu halımızda 0:10:19.000,0:10:23.000 yəni, kiçik keçici ölüm. 0:10:23.000,0:10:28.000 Yatmışkən yuxular görürük, 0:10:28.000,0:10:34.000 hətta bu hallarda bəzilərimizin ruhu bədənimizi tərk edir 0:10:34.000,0:10:37.000 və biz gözəl şeylər görürük. 0:10:37.000,0:10:42.000 Biz sərhədsiz məkanlarda və 0:10:42.000,0:10:46.000 sərhədsiz zamanlarda səyahətlər edirik. 0:10:46.000,0:10:56.000 Ancaq bütün bunlar mərhəmətli və rəhmli 0:10:56.000,0:11:02.000 yaradıcının adını yüksəltmək üçündür. 0:11:02.000,0:11:09.000 Tannı, Boq, ona istənilən adda müraciət etdiyimizdə...Allah, Ram, Om, 0:11:09.000,0:11:12.000 onun nə cür adlandırdığımızdan asılı olmayaraq 0:11:12.000,0:11:16.000 və ya o ilahi varlığa necə hansı formada üz tutmağımızdan asılı olmayaraq - 0:11:16.000,0:11:22.000 - istənilən halda bu mütləq varlığın olduğu nöqtədir - 0:11:22.000,0:11:26.000 mütləq sevgi, mərhəmət və rəhmət, 0:11:26.000,0:11:29.000 mütləq bilik və mütləq əqlin olduğu yer 0:11:29.000,0:11:32.000 Hindlilərin adlandırdığı "Satçidananda" kimi. 0:11:32.000,0:11:35.000 Dillər fərqli olsalar da 0:11:35.000,0:11:39.000 hədəf eynidir. 0:11:39.000,0:11:41.000 Ruminin başqa bir hekayəti var - 0:11:41.000,0:11:44.000 üç nəfər barədə, biri türk, biri ərəb 0:11:44.000,0:11:48.000 biri də, xatırlamıram, deyək ki malay 0:11:48.000,0:11:51.000 biri angour istəyir, deyək ki, ingiliscə 0:11:51.000,0:11:56.000 biri enab, o biri də üzüm istəyir 0:11:56.000,0:11:59.000 istədikləri ilə bağlı "mən üzüm - enab - angour istəyirəm" deyə 0:11:59.000,0:12:03.000 aralarında mübahisə düşür 0:12:03.000,0:12:06.000 lakin anlamırlar ki, bu sözlər 0:12:06.000,0:12:09.000 müxtəlif dillərdə eyni reallığı ifadə edir 0:12:09.000,0:12:15.000 Lakin təyinatına görə yalnız bir mütləq reallıq mövcuddur, 0:12:15.000,0:12:18.000 bir mütləq varlıq - 0:12:18.000,0:12:21.000 çünki bu mütləqlik təyinatına görə təkdir 0:12:21.000,0:12:24.000 mütləq və tək. 0:12:24.000,0:12:27.000 Varlığın bu mütləq bütünlüyü, 0:12:27.000,0:12:30.000 şüurun bu mütləq birliyi, 0:12:30.000,0:12:40.000 mütləq şüur, mərhəmət və eşq - 0:12:40.000,0:12:44.000 ilahi olanın başlıca özəlliyidir. 0:12:44.000,0:12:47.000 Bu həm də ayrılıqda 0:12:47.000,0:12:52.000 insan mənasını ifadə edən özəllikdir. 0:12:52.000,0:12:58.000 Fiziki olaraq insanı təyin edən 0:12:58.000,0:13:01.000 onun fizioloji varlığıdır. 0:13:01.000,0:13:09.000 Lakin Allah insanı ruh və təbiətinə görə təyin edər. 0:13:09.000,0:13:13.000 Quranda yazıldığı kimi O, mələklərə üz tutaraq deyir: 0:13:13.000,0:13:17.000 "Adəmi palçıqdan yaratdıqdan və 0:13:17.000,0:13:21.000 öz ruhumdan ona üfürdüyümdən 0:13:21.000,0:13:25.000 sonra ona səcdə edin." 0:13:25.000,0:13:33.000 Mələklər insan bədəni deyil, insan ruhu 0:13:33.000,0:13:36.000 qarşısında səcdə edirlər 0:13:36.000,0:13:40.000 Niyə? Çünki ruh, insan ruhu 0:13:40.000,0:13:46.000 ilahi nəfəsin, ilahi ruhun 0:13:46.000,0:13:49.000 bir hissəsidir. 0:13:49.000,0:13:54.000 İnsanın ilahi cilddə yaradılması fikri 0:13:54.000,0:14:00.000 İncildə də öz əksini tapmışdır. 0:14:00.000,0:14:02.000 Tanrının təsviri nədir? 0:14:02.000,0:14:06.000 Tanrının təsviri mütləq varlıqdır 0:14:06.000,0:14:09.000 mütləq şüur, bilik və müdrüklük 0:14:09.000,0:14:12.000 mütləq mərhəmət və məhəbbət 0:14:12.000,0:14:16.000 və buna görə də bizlər - insanlar üçün 0:14:16.000,0:14:20.000 insan olmanın hansı anlama gəlməsinə dair ən ali hissləri 0:14:20.000,0:14:23.000 insan varlığının nə demək olduğuna dair ən həyacan verici duyğuların anlamı 0:14:23.000,0:14:29.000 içimizdəki ilahi nəfəsin düzgün 0:14:29.000,0:14:33.000 daşıyıcısı kimi olmağımızdır - 0:14:33.000,0:14:38.000 bu içimizdən, öz içimizdən gələn mükəmməllik axtarışıdır, 0:14:38.000,0:14:41.000 həyatda olma, var olma 0:14:41.000,0:14:46.000 müdrük, şüurlu, hissiyatlı, rəhmli 0:14:46.000,0:14:51.000 olmaq və varlıqlara sevgi bəsləməkdir. 0:14:51.000,0:14:57.000 Bu mənim daşıdığım inam ənənəsinin özüdür, 0:14:57.000,0:15:04.000 mənim öyrəndiyim və anladığım inam ənənəsinin özüdür. 0:15:04.000,0:15:10.000 Bu bizim dayandığımız ümumi platformadır 0:15:10.000,0:15:13.000 və bu platformada hamı eyni olsa 0:15:13.000,0:15:19.000 biz yaşadığımız dünyanı daha gözəl məkana çevirə bilərik. 0:15:19.000,0:15:25.000 Hazırda uçurumun kənarındayıq 0:15:25.000,0:15:29.000 və sizin kimi insanların sayəsində 0:15:29.000,0:15:35.000 biz Isiah öngörüsünün həyata keçməsi və 0:15:35.000,0:15:39.000 bu öngörüyə görə zaman gələcək ki, 0:15:39.000,0:15:46.000 insanlar qılınclarını kotanlarla əvəz edəcəklər 0:15:46.000,0:15:52.000 və müharibəyə heç zaman can atmayacaqlar, 0:15:52.000,0:15:58.000 insanlıq tarixində son bir həddə gəlib çatmışıq - 0:15:58.000,0:16:07.000 eqomuza hakim olmalıyıq 0:16:07.000,0:16:12.000 bunun hansı eqo olduğundan asılı olmayaraq - fərdi eqo, 0:16:12.000,0:16:18.000 ailə eqosu, milli eqo - 0:16:18.000,0:16:23.000 - qoy bütün təriflər yalnız Vahidə ünvanlansın. 0:16:23.000,0:16:25.000 Təşəkkürlər. Allah sizləri qorusun. 0:16:25.000,0:16:26.000 Alqışlar