Dini inancımın mərhəmətdən uzaq olduğunu düşünənlərə rəğmən
bu gün mərhəmət haqqında məhz
islami yönündən danışacam
Məsələnin mahiyyəti budur -
Bizim müqqədəs kitabımız Quran 114 surədən ibarətdir
və hər bir surə "bismillah" dediyimiz kəlmə ilə başlayır ki,
bu da "mərhəmətli, rəhmli Allahın adı ilə" mənasını verir.
Sir Richard Burton-
Elizabeth Taylor’la evlənmiş Richard Burton deyil,
19-cu əsrdə yaşamış və dünyanı dolaşmış
və çoxlu ədəbi əsərləri tərcümə etmiş
Richard Burton bu kəlməni
"mərhəmətli və şəvqətli Allahın adı ilə" kimi tərcümə etmişdir.
Allahın insanlığa ünvanladığı Quran kəlamlarında əks olunduğu kimi
Allah elçisi Məhəmmədə -
Adəmlə başlayan və Nuh, Musa, İbrahimlə davam edən
İsanın da daxil olduğu peyğəmbərlər silsiləsini tamamlayan
Məhəmməd peyğəmbərə deyir:
"Ey Məhəmməd! Biz səni insanlara
rəhmət, mərhəmət məqsədi xaricində gödərmədik."
Biz insanlara, xüsusən də müsəlman olaraq bizlərə -
peyğəmbərin yolu ilə getməyi məqsəd kimi qəbul edənlərə,
peyğəmbərə mümkün qədər çox bənzəmək mühümdür.
Peyğəmbər belə buyurmuşdur:
"Özünüzü Allahın əlamətləri ilə bəzəyin"
Allahın ən böyük əlaməti olan rəhmliliyi barədə Quranda
"Alllah özünə mərhəməti fərman vermişdir" kimi
və ya "özünə rəhmlə hökm vermişdir" yazılır.
Buna görə də bizim məqsəd və məramımızın da cövhərində mərhəmət
və mərhəməti daim yaşadan,
mərhəməti dilə gətirən, əmələ çevirən bir şeylər mözcud olmalıdır.
Bunlar hamısı gözəldir amma
bir çox yanlışlıqlar edirik.
Bəs onda dünyada mərhəmət azlığının səbəbi nədir?
Bu sualı cavablandırmaq üçün biz mənəvi yolumuza nəzər salmalıyıq.
Hər bir dini təlimdə "xarici yol" və "daxili yol" anlayışları vardır
bunu biz ekzoterik və ezoterik yol da adlandırırıq
İslamın ezoterik yolu - populyar Sufizm, ərəb dilində təsəvvüf kimi tanınır
və bunu daşıyanlar - mürşidlər, ustadlar,
sufi ənənələrini yaşadan mənəvi müəllimlər -
peyğımbərimizin öyrətdikləri və nümunələrinə istinad edərək
problemin harada olduğunu bizlərə çatdırırlar.
Peyğəmbərin qələbə çaldığı bir döyüşdən sonra
o ardıcıllarına müraciətində "İndi biz kiçik döyüşdən
böyük döyüşə qayıdırıq" demişdir
və onlar da - "Allahın elçisi, biz əldən düşmüşük,
bu halla daha böyük döyüşə necə girə bilərik?"
Peyğımbər isə cavabında "Bu sizin özünüzlə, öz eqonuzla olan döyüşünüzdür" demişdir.
İnsanlığın problemlərinin əsasında eqoizm, "mən" durur.
Tanınmış Sufi ustadı Ruminin bir hekayəti var -
dostunun evinə gələn bir şəxsin hadisəsini nəql edir -
adam qapını döyür
içəridən bir səs "kimdir?" deyir.
Adam cavab verir -"mən"
ingilis dilində desək - "I"
səs cavab verir - "çıx get".
Uzun illər sürən təlimlərdən, axtarışlardan və müridlikdən sonra
o geriyə dönür və
böyük itaətlə həmin qapını bir daha döyür
və səs "kimdir orda?" soruşur
və o deyir: "bu sənsən, ey qəlbqıran"
qapı açılır və səs deyir:
"içəri keç, zira bu evdə iki "mən" üçün yer yoxdur".
Yəni "iki eqo" nəzərdə tututlur
və Ruminin hekayələri ruhani yol üçün bir metaforadır.
Allahın varlığında birdən çox "mən"ə yer yoxdur
və bu yeganə "mən" də ilahi olandır.
Hədisi-qüdsi açıqlamalarında Allah buyurur ki,
mənim qulum və ya insan olaraq yaratdığım varlıq
mənə yalnız ondan etmək istədiklərim
vasitəsilə yaxınlaşa bilər.
Aranızda tabeçiliyində işçiləri olan şəxslər bunun
nə olduğunu yaxşı bilir. İşçinizdən hansısa bir iş
tələb edin və əgər o bu işin öhdəsindən gələrsə
deməli ona daha çox iş tapşırmaq olar.
Allah buyurur: "Mənim qulum ondan istədiklərimdən çoxunu edərək
mənə yaxınlaşmaqda davam edir"
- deyək ki, o sevgini yolunda
"ekstra kreditlər" qazanır -
"qulumu sevərkən" - Allah buyurur -
"Mən onun gördüyü gözlərinə,
eşitdiyi qulaqlarına,
tuta bildiyi əllərinə,
yeridiyi ayaqlarına
və anladığı ürəyinə çevrilərəm."
Bu bizim özümüzü ilahi olanla birləşdirir,
bu bizim bütün ruhani yolumuzun, ənənəmizin məramı və məqsədidir.
Müsəlmanlar İsaya Sufi ustadı kimi,
ruhani yolu vurğulamaq üçün göndərilmiş böyük bir elçi kimi baxırlar.
O, "mən ruham və yol mənəm" dedikdə,
Məhəmməd peyğımbər "məni kim görmüşsə, Allahı görmüşdür" deməsi
onların varlığının tamamilə Allahın vasitəçiliyinə dəlalət etməsidir -
onlar Allahın yolunun bir parçası olmuş,
onlar öz nəfsləri və "mən"i - eqoları ilə deyil,
Allahın məramı ilə yer üzünə yaymışlar.
Mərhəmət dünyaya verilib, o bizdə doğuşdandır, o bizim içimizdədir.
Edə biləcəyimiş şey "mən"imizi yolumuzdan dəf etməkdir,
eqoizmimizi kənara atmaqdır.
Əminəm ki, böyük ehtimalla sizin burada hamınız və ya əksəriyyətiniz
ruhi təcrübə adlandırdığımız hisslə rastlaşmısınız -
bu həyatınızdakı bir an, bir dəqiqə, bəlkə bir neçə saniyə
eqonuzun sərhədlərinin yoxa çıxdığını yaşamısınız
və bu anda özümüzü ətrafla bir tam olan kimi
bu qabdakı su ilə, bütün insanlıqla birlikdə,
Yaradanla tamlıqda hiss etmisiniz -
özünüzü gücün, qorxunun
dərin məhəmmətin, həyatınızda nə vaxtsa hiss etmədiyiniz
dərin mərhəmət hissinin mövcudluğunda hiss etmisiniz.
Bu an Allah tərəfindən bizə verilən bir bəxşişdir -
elə bir bəxşiş ki, bir anlığa bizi
"mən, mən, mənə, mənim" deməkdən məhrum edir
və Ruminin hekayəsindəki adamın ilk dediyindən fərqli olaraq
bu an biz "ah, bu hamısı Sənsən" deyirik
Bunların hamısı sənsən. Bunların hamısı bizik.
Biz, mən və hamımız Sənin bir parçanıq.
Bütün yaradılış, bütün cisimlər, həyatın qaynağı
və bütün bu səyahətin sonu - hamısı Sənsən.
Sən həm də qəlblərimizi qıransan
Sən hamımızın yönləndiyi ünvan, yaşamımızın məqsədisən
uğrunda ölməli olduğumuzsan
və uğrunda yenidən diriləcəyimiz olansan və Sən
bizim mərhəmətli varlıq olaraq qalmağımıza səbəb olan Allahsan.
Bugünkü ismarıcımız və bugünkü məqsədimiz
sizlərə - bu gün burada olanlara
mərhəmət nizamının məqsədini xatırlamaqdır.
Zira Quran bizə bunu hər zaman yadda saxlamağı və bir-birimizə xatırlarlamamızı təkid edər
çünki, həqiqət biliyi hər bir insanın içindədir
və biz bunu bilirik.
Bunu anlamağa imkanımız da var.
Jung bunu instinktiv adlandıra bilər.
Təhtəlşüurda, xəyallarımızda
Quranda yazıldığı kimi - yuxu halımızda
yəni, kiçik keçici ölüm.
Yatmışkən yuxular görürük,
hətta bu hallarda bəzilərimizin ruhu bədənimizi tərk edir
və biz gözəl şeylər görürük.
Biz sərhədsiz məkanlarda və
sərhədsiz zamanlarda səyahətlər edirik.
Ancaq bütün bunlar mərhəmətli və rəhmli
yaradıcının adını yüksəltmək üçündür.
Tannı, Boq, ona istənilən adda müraciət etdiyimizdə...Allah, Ram, Om,
onun nə cür adlandırdığımızdan asılı olmayaraq
və ya o ilahi varlığa necə hansı formada üz tutmağımızdan asılı olmayaraq -
- istənilən halda bu mütləq varlığın olduğu nöqtədir -
mütləq sevgi, mərhəmət və rəhmət,
mütləq bilik və mütləq əqlin olduğu yer
Hindlilərin adlandırdığı "Satçidananda" kimi.
Dillər fərqli olsalar da
hədəf eynidir.
Ruminin başqa bir hekayəti var -
üç nəfər barədə, biri türk, biri ərəb
biri də, xatırlamıram, deyək ki malay
biri angour istəyir, deyək ki, ingiliscə
biri enab, o biri də üzüm istəyir
istədikləri ilə bağlı "mən üzüm - enab - angour istəyirəm" deyə
aralarında mübahisə düşür
lakin anlamırlar ki, bu sözlər
müxtəlif dillərdə eyni reallığı ifadə edir
Lakin təyinatına görə yalnız bir mütləq reallıq mövcuddur,
bir mütləq varlıq -
çünki bu mütləqlik təyinatına görə təkdir
mütləq və tək.
Varlığın bu mütləq bütünlüyü,
şüurun bu mütləq birliyi,
mütləq şüur, mərhəmət və eşq -
ilahi olanın başlıca özəlliyidir.
Bu həm də ayrılıqda
insan mənasını ifadə edən özəllikdir.
Fiziki olaraq insanı təyin edən
onun fizioloji varlığıdır.
Lakin Allah insanı ruh və təbiətinə görə təyin edər.
Quranda yazıldığı kimi O, mələklərə üz tutaraq deyir:
"Adəmi palçıqdan yaratdıqdan və
öz ruhumdan ona üfürdüyümdən
sonra ona səcdə edin."
Mələklər insan bədəni deyil, insan ruhu
qarşısında səcdə edirlər
Niyə? Çünki ruh, insan ruhu
ilahi nəfəsin, ilahi ruhun
bir hissəsidir.
İnsanın ilahi cilddə yaradılması fikri
İncildə də öz əksini tapmışdır.
Tanrının təsviri nədir?
Tanrının təsviri mütləq varlıqdır
mütləq şüur, bilik və müdrüklük
mütləq mərhəmət və məhəbbət
və buna görə də bizlər - insanlar üçün
insan olmanın hansı anlama gəlməsinə dair ən ali hissləri
insan varlığının nə demək olduğuna dair ən həyacan verici duyğuların anlamı
içimizdəki ilahi nəfəsin düzgün
daşıyıcısı kimi olmağımızdır -
bu içimizdən, öz içimizdən gələn mükəmməllik axtarışıdır,
həyatda olma, var olma
müdrük, şüurlu, hissiyatlı, rəhmli
olmaq və varlıqlara sevgi bəsləməkdir.
Bu mənim daşıdığım inam ənənəsinin özüdür,
mənim öyrəndiyim və anladığım inam ənənəsinin özüdür.
Bu bizim dayandığımız ümumi platformadır
və bu platformada hamı eyni olsa
biz yaşadığımız dünyanı daha gözəl məkana çevirə bilərik.
Hazırda uçurumun kənarındayıq
və sizin kimi insanların sayəsində
biz Isiah öngörüsünün həyata keçməsi və
bu öngörüyə görə zaman gələcək ki,
insanlar qılınclarını kotanlarla əvəz edəcəklər
və müharibəyə heç zaman can atmayacaqlar,
insanlıq tarixində son bir həddə gəlib çatmışıq -
eqomuza hakim olmalıyıq
bunun hansı eqo olduğundan asılı olmayaraq - fərdi eqo,
ailə eqosu, milli eqo -
- qoy bütün təriflər yalnız Vahidə ünvanlansın.
Təşəkkürlər. Allah sizləri qorusun.
Alqışlar