Gəlin bu videoda mötərizə daxilində x çıx 4 vurulsun mötərizə daxilində x üstəgəl 7 hasilini tapaq. Videonu dayandıraraq özünüz tapmağa çalışın. İkihədlilərin hasilini tapmağın bir neçə yolu var, ancaq mənim üçün ən rahat olan yol vurmanın paylama qanununu tətbiq etməkdir. Bunu necə edirik? Belə ki, görmüş olduğunuz x çıx 4 ikihədlisini digər mötərizənin daxilinə vururuq. Belə ki, x çıx 4 vurulsun x sonra isə x çıx 4 vurulsun 7. Elə isə gəlin yenidən yazaq. Burada vurmanın paylama qanununu tətbiq ediriksə, x çıx 4 vurulsun bu x, vurulsun bu mavi x, sonra üstəgəl, x çıx 4-ü mötərizə daxilindəki bütün həddlərə vururuq. Deməli, üstəgəl x, çıx 4, vur bu 7. Vur 7. Yaxşı, burada nə olacaq? x vur x, x kvadratı edir. x vur mənfi 4, x vur mənfi 4 bizə mənfi 4x verir. Burada isə 7-ni paylayacağıq. 7 vur x, 7x edir. Deməli, üstəgəl 7x. 7 vur mənfi 4, mənfi 28 edir. İndi bu ifadəni sadələşdirək. Gördüyünüz kimi burada birinci dərəcədən qüvvətə yüksəldilmiş iki x həddi var, elə isə onları toplaya bilərik. Deməli, burada x kvadratı var. Ortadakı bu iki həddə baxsaq, mənfi 4x üstəgəl 7x, müsbət 3x edir. Mənfi 4 üstəgəl 7, müsbət 3 edir. Elə isə üstəgəl 3x. Son olaraq da çıxılsın 28. Bu qədər, bitirdik. Biz, ikihədlilərin hasilini, vurmanın paylama qanununu iki dəfə tətbiq edərək tapdıq. İlk olaraq x çıx 4 ifadəsini digər mötərizə daxilinə payladıq və x çıx 4 vur x üstəgəl x çıx 4 vur 7 aldıq. Sonra x-i paylayaraq sarı rəngli ifadəni aldıq. Daha sonra 7-ni paylayaraq yaşıl rəngli ifadəni aldıq. Nəhayət, ifadəni sadələşdirdik.