WEBVTT 00:00:00.000 --> 00:00:04.000 Salam. Mən sizə bu gün tərif, heyranlıq və təşəkkürdən, 00:00:04.000 --> 00:00:07.000 onların spesifik və səmimi olmasının 00:00:07.000 --> 00:00:09.000 vacibliyindən danışmaq istəyirəm. NOTE Paragraph 00:00:09.000 --> 00:00:11.000 Bu mövzu ilə maraqlanmağa belə başladım. 00:00:11.000 --> 00:00:14.000 Mən böyüyərkən və təxminən bir neçə il öncəyə qədər 00:00:14.000 --> 00:00:15.000 öz-özümə fikirləşirdim ki, 00:00:15.000 --> 00:00:17.000 insanlara təşəkkür etmək 00:00:17.000 --> 00:00:18.000 onları tərifləmək istəyirəm. 00:00:18.000 --> 00:00:20.000 Onlara bu sözləri demək istəyirəm, 00:00:20.000 --> 00:00:22.000 ancaq demirəm. 00:00:22.000 --> 00:00:25.000 Və özümdən niyəsini soruşdum. 00:00:25.000 --> 00:00:27.000 Özüm özümdən utandım. 00:00:27.000 --> 00:00:29.000 Sonra mənim sualım dəyişdi: 00:00:29.000 --> 00:00:31.000 "Bunu edən yalnız mənəmmi?" 00:00:31.000 --> 00:00:32.000 Beləliklə, bu mövzunu araşdırmağa qərar verdim. NOTE Paragraph 00:00:32.000 --> 00:00:35.000 Xoşbəxtlikdən mən reabilitasiya qurumunda işləyirəm. 00:00:35.000 --> 00:00:38.000 və narkomaniyaya görə həyatla ölüm arasında qalan insanlar görürəm. 00:00:38.000 --> 00:00:42.000 Bəzən bu sadə bir səbəbdən olur, məsələn, atalarının 00:00:42.000 --> 00:00:47.000 onlarla qürur duyduğunu heç vaxt onlara demədən vəfat etməsi əsas yaraları olur. 00:00:47.000 --> 00:00:49.000 Sonradan bütün yaxınlarından eşidirlər ki, 00:00:49.000 --> 00:00:52.000 atası oğlu ilə qürur duyduğunu hər kəsə desə də 00:00:52.000 --> 00:00:53.000 bunu heç vaxt oğluna deməyib. 00:00:53.000 --> 00:00:56.000 Çünki, o, oğlunun bunu eşitməyə ehtiyacı olduğunu bilməyib. NOTE Paragraph 00:00:56.000 --> 00:01:00.000 Sizə sualım da belədir: "Niyə də ehtiyacımız olan bir şeyi istəməyək?" 00:01:00.000 --> 00:01:02.000 Mən 25 ildir ki ailəli olan bir bəy tanıyıram, 00:01:02.000 --> 00:01:04.000 onun eşitmək istədiyi həyat yoldaşının 00:01:04.000 --> 00:01:07.000 "Ailəni dolandırdığın üçün çox sağ ol."deməsidir, 00:01:07.000 --> 00:01:08.000 ancaq bunu dilə gətirmir. 00:01:08.000 --> 00:01:10.000 Mən bunu yaxşı bacaran bir xanım tanıyıram. 00:01:10.000 --> 00:01:12.000 O, həftədə bir dəfə yoldaşına deyir: 00:01:12.000 --> 00:01:16.000 "İstərdim ki, ev və uşaqlarla bağlı gördüyüm bütün işlərə görə təşəkkür edəsən." 00:01:16.000 --> 00:01:19.000 O da cavab verir: "Ah, əlbəttə, bu əladır, çox yaxşıdır." 00:01:19.000 --> 00:01:21.000 Tərif isə həqiqətən səmimi olmalıdır, 00:01:21.000 --> 00:01:23.000 bunun məsuliyyətini isə bu qadın öz üzərinə götürür. 00:01:23.000 --> 00:01:26.000 Uşaq bağçasından bəri tanıdığım rəfiqəm Aprel 00:01:26.000 --> 00:01:29.000 uşaqlarına öz gündəlik işlərini gördükləri üçün təşəkkür edir. 00:01:29.000 --> 00:01:31.000 O deyir: "Onlar bunu etməli olsalar belə, niyə də təşəkkür etməyim?" NOTE Paragraph 00:01:31.000 --> 00:01:33.000 Sual isə nə üçün mənim bunu etməməyimdir. 00:01:33.000 --> 00:01:34.000 Nə üçün digər insanların da bu hissin qarşısını almalarıdır. 00:01:34.000 --> 00:01:37.000 Niyə mən "Mən orta dərəcədə qızarmış bifşteks istəyirəm", 00:01:37.000 --> 00:01:40.000 "Mənə 6 ölçülü ayaqqabı lazımdır" deyə bilirəm. 00:01:40.000 --> 00:01:42.000 Amma "Məni buna görə tərifləyə bilərsiz?" demirəm. 00:01:42.000 --> 00:01:46.000 Çünki, bununla sizə özüm barədə çox vacib məlumat verirəm. 00:01:46.000 --> 00:01:48.000 Mən sizə nədən əmin olmadığımı deyirəm. 00:01:48.000 --> 00:01:50.000 Harada köməyə ehtiyacımın olduğunu deyirəm. 00:01:50.000 --> 00:01:53.000 Və mən sizinlə, yəni, öz yaxın ətrafımla, 00:01:53.000 --> 00:01:55.000 sanki mənim düşmənimsiniz kimi davranıram. 00:01:55.000 --> 00:01:57.000 Bu məlumatlarla nə edə biləcəyinizi düşünün. 00:01:57.000 --> 00:01:59.000 Siz məndən uzaqlaşa bilərsiniz. 00:01:59.000 --> 00:02:00.000 Siz bundan sui-istifadə edə bilərsiniz. 00:02:00.000 --> 00:02:02.000 Yaxud, həqiqətən də mənim ehtiyacımı qarşılaya bilərsiniz. NOTE Paragraph 00:02:02.000 --> 00:02:04.000 Etməkdən zövq aldığım işlərdən biri- velosipedimi təmirə aparmaqdır. 00:02:04.000 --> 00:02:07.000 Eyni velosipeddir, dükanda təkərlərin "düzləşdirilməsi" adlanan bir şey edirlər. 00:02:07.000 --> 00:02:09.000 Orada işləyən adam deyirdi: "Bilirsiz, siz təkərləri düzləşdirəndə 00:02:09.000 --> 00:02:10.000 velosiped əvvəlkindən çox daha yaxşı olur." 00:02:10.000 --> 00:02:12.000 Velosipedi geri alanda, 00:02:12.000 --> 00:02:15.000 onlar təkərlərin bütün kiçik əyriliklərini düzəltmişdilər. 00:02:15.000 --> 00:02:18.000 Velosipedim iki il yarım əvvəl almışam, amma elə bil yeni alınıb. 00:02:18.000 --> 00:02:20.000 Beləliklə, mənim də sizə bir tapşırığım var. 00:02:20.000 --> 00:02:22.000 Mən sizdən öz "təkərlərinizi düzləşdirməyinizi" istəyirəm: 00:02:22.000 --> 00:02:25.000 Eşitməyə ehtiyacınız olan sözlər barədə səmimi olun. 00:02:25.000 --> 00:02:27.000 Nəyi eşitmək istəyirsiz? Evə, xanımınızın yanına gedin, 00:02:27.000 --> 00:02:29.000 və ondan nəyə ehtiyacı olduğunu soruşun. 00:02:29.000 --> 00:02:31.000 Ərinizin yanına gedin - nəyə ehtiyacı olduğunu soruşun. 00:02:31.000 --> 00:02:34.000 Evə gedin, bu sualları verin və sonra ətrafınızdakı insanlara kömək edin. NOTE Paragraph 00:02:34.000 --> 00:02:35.000 Bu çox sadədir. 00:02:35.000 --> 00:02:37.000 Bəs biz nə üçün bu barədə düşünməliyik? 00:02:37.000 --> 00:02:38.000 Biz dünyada sülhdən danışırıq. 00:02:38.000 --> 00:02:41.000 Müxtəlif mədəniyyət və dillərdə vahid dünya sülhünə necə nail ola bilərik? 00:02:41.000 --> 00:02:45.000 Düşünürəm ki sülh ailədən, bir damın altında yaşamaqdan başlayır. 00:02:45.000 --> 00:02:47.000 Gəlin, özümüzdən başlayaq. 00:02:47.000 --> 00:02:49.000 Mən siz tamaşacılara yaxşı həyat yoldaşları, yaxşı analar, 00:02:49.000 --> 00:02:51.000 dostlar, qızlar, oğullar 00:02:51.000 --> 00:02:53.000 olduğunuz üçün təşəkkür etmək istəyirəm. 00:02:53.000 --> 00:02:54.000 Bəlkə də bunu sizə heç vaxt heç kim deməyib, 00:02:54.000 --> 00:02:56.000 amma siz həqiqətən də çox yaxşı iş görmüsünüz. 00:02:56.000 --> 00:02:59.000 Və burada olduğunuz üçün, sadəcə göründüyünüz üçün 00:02:59.000 --> 00:03:02.000 və dünyanı öz ideyalarınızla dəyişdiyiniz üçün sizə təşəkkür edirəm. NOTE Paragraph 00:03:02.000 --> 00:03:04.000 Təşəkkür edirəm. 00:03:04.000 --> 00:03:11.000 (Alqışlar)